Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-126/2024 06.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun qanuni nümayəndəsi X1, Naxçıvan Şəhər Prokurorunun köməkçisi İİ dərəcəli hüquqşünas X12 iştirakı ilə xx.xx.2007-ci ildə Şərur şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, natamam orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmayan, Şərur rayon Sərxanlı kəndində qeydiyyatda olub və Babək rayon Şəkərabad kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Azərbaycan Respublikası Prokurorluğu Naxçıvan MR Naxçıvan Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və inzibati icraatla bağlı toplanmış materiala baxaraq, müəyyənetdi: 06 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Prokurorluğu Naxçıvan MR Naxçıvan Şəhər Prokurorluğundan Naxçıvan Şəhər Məhkəməsinə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və inzibati icraatla bağlı toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və inzibati icraatla bağlı toplanmış materialda qeyd olunmuşdur ki, yetkinlik yaşma çatmayan, azyaşlı X7 qarşı qardaşı X8 tərəfindən zor tətbiq olunmaqla onunla cinsi əlaqədə olunması barədə xalası X4 şikayət ərizəsi əsasında Naxçıvan Şəhər Polis İdarəsində araşdırılan material araşdırmanın davam etdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 215.3.1 -ci maddəsinə əsasən aidiyyəti üzrə Naxçıvan Şəhər Prokurorluğuna göndərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X9 2021-ci ildə hələ 9 yaşı olarkən həmin vaxt kirayə yaşadıqları Abşeron rayonu Mehdiabad qəsəbəsindəki evdə anasının sevgilisi X11 tərəfindən zorlanaraq qızlıq bəkarəti pozulmuş, həmin evdə yaşadıqları müddətdə əlavə olaraq Zaur Babayev tərəfindən dəfələrlə zorlanaraq onunla təbii yolla cinsi əlaqədə olmuşdur. X2 X11 tərəfindən zorlanması faktı ilə əlaqədar xüsusatlara hüquqi qiymət verilməsi üçün toplanmış 09C-24 nömrəli materialdan müvafiq material ayrılmaqla araşdırmanın aparılması üçün Abşeron Rayon Prokurorluğuna göndərilmişdir. Həmçinin aparılmış araşdırma zamanı X8 tərəfindən istər zor tətbiq olunmaqla, istərsə də könüllü şəkildə bacısı Aysu Əliyeva ilə cinsi əlaqədə olması faktı həm A.Əliyevanın özü tərəfindən təkzib edildiyindən, həm də material üzrə toplanmış digər bütün sənədlərlə öz təsdiqini tapmadığından toplanmış material üzrə 01 mart 2024-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Bundan başqa araşdırma zamanı X9, Şəxs qızı, X8, X3, X13 qızı və X10 barəsində məhkəmə tibbi ekspertizası təyin edilmiş və müvafiq rəylər alınmışdır. Alınmış rəylərdə X9, Şəxs qızı, X8, X3, X17 oğlundan götürülmüş qan nümunələrində məhkəmə kimya tədqiqatı zamanı narkotik vasitə hesab olunan tiryək və psixotrop maddə hesab olunan metamfetamin, Mədətova Gülşad İlqar qızından götürülmüş qan nümunəsində isə metamfetamin aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 13/K nömrəli ekspert rəyinə əsasən Şəxs qanında metafitamin aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialına əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni nümayəndəsi X1 iştirakı ilə məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, hazırda Babək rayonu Şəkərabad kəndində xalası Zeynəblə birlikdə yaşayır. Onlarla birlikdə anası Gülüstan Əliyeva, qardaşı Xəyal Əliyev və xalasının 2 azyaşlı uşağı yaşayır. Onun 1 qardaşı və 1 bacısı var. X18 xalası Gülşadla birlikdə Naxçıvan şəhərində xanım qızlar liseyinin yanında yerləşən evdə yaşayır. Onlar ailəlikcə 2014-cü ildən Bakı şəhərində müxtəlif yerlərdə kirayədə yaşayıblar. Təxminən 2021 -ci ildə anasının tanışı, adını bilmədiyi şəxs onlara qonaq gəlib-gedirdi. Həmin şəxsin ondan xoşu gəldiyi üçün ona qaçmağı təklif etmiş və o da razılaşaraq könüllü onunla qaçmışdır. Bakı kəndlərinin birində 2-3 gün onunla tanımadığı evdə yaşamış, həmin şəxslə könüllü cinsi əlaqədə olmuşdur. Həmin vaxt özünün 14, onun isə 23 yaşı vardı. Həmin şəxslə yola getmədiyi üçün anasıgilin yaşadığı Məhəmmədi kəndinə qayıdıb. Bu hadisədən bir müddət keçəndən sonra hamilə olduğunu öyrənib. Uşağı abort etmək üçün artıq gec olduğu üçün uşağı dünyaya gətirib. Uşaq doğulandan sonra 5 aylığında uzanan vaxtı qusduğu üçün boğuldu və öldü. Həmin uşağın atasının sonradan avtoqəzada öldüyünü öyrənib. Çünki ona zəng edən vaxt tanımadığı dostu telefona cavab verərək onun öldüyünü dedi. Təxminən 2020-ci ildən anasının tanışı Zaur adlı şəxs də onlarla yaşamağa başladı. Anası Bakıda kafedə işləyən vaxt Zaurla tanış olub. Zaur evli idi. Arvadı və 2 oğlu ilə birlikdə Maştağada yaşayırdı. Zaurun arvadı xəstə idi. Zaurla anası ər-arvad kimi yaşayırdı. Zaur həftədə bir dəfə onlara bazarlıq edirdi. Zaur həm onlarla, həm də öz evində yaşayırdı. Zaur 2022-ci ildə etdiyi cinayət əməlinə görə tutuldu. Ondan sonra Zaurla əlaqə saxlamayıblar. 2022-ci İlin sonlarında nənəsi Zenfira Bakıya gəlib ilk əvvəl bacısı Aysu ilə onu Naxçıvana gətirdi. Həmin günün səhərisi qardaşı Xəyal da Naxçıvana gəldi. Onlar Bakıdan gələndən sonra ilk əvvəl Zeynəb xalasıgildə, daha sonra Gülşad xalasıgildə yaşadılar. Anası axırıncı dəfə 2023-cü ilin sonlarında Bakıdan gələndən sonra Gülşad xalasının yanında yaşamağa başladı. Ondan sonra xalası anasına “evdə adam çoxdu kirayə ev tap evdən çıx” dediyinə görə o, anası və qardaşı Zeynəb xalasının Şəkərabadda kirayə yaşadığı evə köçmüşlər. Həmin vaxtı balaca bacısı Aysu onlarla gəlmədi. Aysu məktəbə getmədiyi üçün hazırlığa gedirdi ki, məktəbə gedə bilsin. Gülşad xalası həmin evdə sevgilisi Qasımla və 2 övladı ilə birlikdə yaşayır. xx.xx.2024-cü ildə o, anası və Zeynəb xalası Aysunu evə gətirmək üçün Gülşad xalasıgilə getmişlər. Həmin vaxt anası Aysuyu evə aparmaq istədiyini demiş, Gülşad xalası isə “Aysu burda hazırlığa gedir, heç yerə apara bilmərsız, Aysun mənimlə qalacaq” dedi. Zeynəb xalası isə Gülşad xalasına qarşı çıxan vaxt aralarında səs-küy yarandı və savaşdılar. Bundan sonra Gülşad xalası çölə çıxaraq polisə zəng edərək “məni evimdə döyürlər” dedi. Daha sonra Aysu öz istəyi ilə onlarla birlikdə evə getdi. Həmin günü Aysunun hazırlığı olduğu üçün özü onu hazırlığa aparıb. Narkotik istifadə etmədiyini bildirmiş və bütün nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə araşdırması zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Məhkəmə Şəxs izahatında hər hansı narkotik vasitə və psixotrop maddə qəbul etməməsi ilə bağlı bildirdiyi halları özünümüdafiə xarakteri daşıyan izahat kimi qiymətləndirir. Bu halda məhkəmə ekspert rəyinin sübut növü kimi qiymətləndirilməsi nəticəsinə gəlir. İş üzrə məsuliyyəti yüngülləşdirən hal inzibati xətanın yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinin tələbinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə olunmalıdır. Şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikası Konstitusiyasının 129, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 43.1, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-126/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-126/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver