Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-126/2025 06.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində X11 iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Naxçıvan şəhərində doğulmuş, FİN:xxxxxxx, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material 06 mart 2025-ci il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin polis sahə rəisi, polis kapitanı Quliyev Tural tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raporta, əsasən, xx.xx.2025-ci il tarixdə Naxçıvan MR Daxili İşlər Nazirliyinin növbətçi hissəsindən zəng gələrək, bir nəfər şəxsin Naxçıvan MR DİN-nin yanında uca səslə səs-küy salaraq nalayiq ifadələr işlətməsi barədə Naxçıvan ŞPİ-nin növbətçi hissəsinə məlumat verilmişdir. O əməliyyat-istintaq qrupunda olduğu üçün həmin əraziyə yaxınlaşmışdır. Əraziyə yaxınlaşan zaman bir nəfər şəxs spirtli içkinin təsiri altında əl-qol hərəkətləri ilə uca səslə nalayiq ifadələr işlədərək səs-küy salırdı. Həmin şəxsə yaxınlaşıb, onu nizam-intizama dəvət edib, hərəkətklərinə son qoymasını tələb edib. Həmin şəxsdə bizim bu qanuni tələbimizə qəsdən məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək, dahada aqresivlik nümayiş etdirdi. Şəxsi Naxçıvan Şəhər Polis İdarəsinə gətirilməsi üçün həmin yerə əlavə PPX-i əməkdaşlarını dəvət edib, Naxçıvan Şəhər Polis İdarəsinə gətirmişdir. İdarədə məlum oldu ki, həmin şəxsin Naxçıvan şəhər H.Əliyev prospekti ev-13/15, mənzil-13 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1967-ci il təvəllüdlü Şəxsdur. Şəxs sərxoşluq müayinəsindən keçirən zaman onun 2.973 promil sərxoş olması müəyyən olundu. xx.xx.2025-ci il tarixli “X17 X16 X8” Protokola, əsasən, Şəxs 1 ədəd “Samsung” markalı mobil telefon və 1 qutu “Marlbro” markalı siqaret aşkar edilərək götürülmüş və növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli “X10 Haqqında” Protokola, əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə 12:20-da tutulmuş, 15:00-da azad edilmişdir. xx.xx.2025-ci il tarixli, MN seriyalı və ******* nömrəli “X11” Protokola, əsasən, Qənbərov X2 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2025-ci il tarixli, MN seriyalı və ******* nömrəli “X11 X15 Göndərilməsi Barədə” Qərardada, əsasən, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati tənbeh növünün tətbiqi rayon (şəhər) məhkəmələrinin səlahiyyətində olduğundan Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli “X11 İcraat Materialı üzrə X7 Şəxsə Müdafiəçinin təqdim X1” protokola, əsasən, Şəxs X6 və digərləri tərəfindən müdafiə edilməsinə etirazını bildirməklə müdafiəçidən imtina etmişdir. xx.xx.2025-ci il tarixli “Alcovisor” testinə, əsasən, Şəxs 2.973% promil sərxoş çıxmışdır. Məhkəmə iclasında barəsində X11 icraat aparılan şəxs Şəxs izahatında 1967-ci ildə anadan olduğunu, içkili olduğunu, hadisənin ayın 5-i olduğunu, sərxoş olaraq bu əməli törətdiyini, əlilliyinin olmadığını, ayağının çaydan tökülərək yandırdığını, gecə saatlarında olduğunu, nə dediyini xatırlamadığını, evli olduğunu, 1 övladı olduğunu, əsgər olduğunu, spirtli içkidən əziyyət çəkmədiyini, birinci dəfə belə hərəkət etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində izahat verən X3 izahatında 1982-ci ildə Ordubad rayonunda anadan olduğunu, PPXB-nin polis nəfəri vəzifəsində olduğunu, Quliyev Tural tərəfindən zəng gəldiyini, bir nəfər şəxsin ucadan səs-küy salaraq ictimai qaydanı pozduğunu bildirdiyini, ora yaxınlaşan zaman həmin şəxsin səs-küy saldığını, nalayiq sözlər dediyini, spirtli içkinin təsiri altında olduğunu, onlara qarşı öz hərəkətlərini davam etdirdiyini, şəxsi Şəhər Polis İdarəsinə təhvil verdiklərini bildirmişdir. Məhkəmədə şahid qismində izahat verən X4 izahatında 1984-cü ildə Culfa rayon, Nəhəcir kəndində anadan olmuş, PPXB-nin polis nəfəri olduğunu, Quliyev Turalın onlara zəng edərək məlumat verdiyini, hadisə yerinə yaxınlaşanda şəxsin səs-küy saldığını, nalayiq ifadələr işlətdiyini, onların qanuni tələblərinə əməl etmədiyini, içkinin təsirində olduğunu, Şəhər Polis idarəsinə təhvil verdiklərini bildirmişdir. Məhkəmə iş materiallarını şahid ifadələrini araşdırıb belə hesab edir ki, Şəxs əməlində xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama inzibati xətalarının tərkibi vardır və həmin əməllərə görə təqsirli bilinməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 535.1-ci maddəsinin sanskiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 06 mart 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X9 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-126/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-126/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver