Məhkəmə qərarları › İş №3(078)-128/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-128/2021

04.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-128/2021 04.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Babək rayon, Xal-Xal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, 3 uşaq atası, orta təhsilli, ticarətçi, Babək rayonu, Xal-xal kəndində qeydiyyatda olub, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material 04 noyabr 2021-ci il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin İTB-nin baş polis sahə inspektoru polis kapitanı X2 tərəfindən tərtib edilmiş 04 noyabr 2021-ci il tarixli 009906 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 04.11.2021-ci il tarixdə Naxçıvan şəhər Əliabad qəsəbəsində mağazanın qarşısında ictimai yerdə ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmiş və bu zaman polis əməkdaşlarına qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 04 noyabr 2021-ci il tarixdə səhər saatlarında evdə həyat yoldaşı ilə mübahisə etmiş, o, mübahisənin davam etməməsi üçün evdən çıxıb işə gedərkən Əliabad qəsəbəsində mağazanın qarşısında gəlib bacısını başa salması üçün qaynı Uğura zəng vurmuş, telefonda Uğurla danışan zaman mübahisə etmiş, əsəbi olduğu üçün uca səslə nalayiq ifadələr işlətmiş, bu zaman ərazidə xidmət aparan polis əməkdaşının yaxınlaşaraq onu nizam-intizama dəvət etsə də, polisin qanuni tələbinə məhəl qoymamışdır. Şəxs etdiyi əmələ görə peşman olduğunu, əsəbi vəziyyətdə olduğu üçün belə bir hərəkət etdiyini bildirməklə məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində ifadə verən X1 04.11.2021-ci il tarixdə Naxçıvan şəhəri, Əliabad qəsəbəsində yerləşən mağazanın qarşısında təmizlik işləri aparan zaman 1 nəfər tanımadığı şəxsin küçədə ucadan telefonla danışıb səs-küy salaraq nalayiq ifadələr işlətdiyini, bu zaman ərazidə xidmət aparan polis əməkdaşının yaxınlaşaraq onu nizamintizama dəvət etdiyini, lakin onun, polisin qanuni tələbinə məhəl qoymadığını bildirdi. İş materiallarında olan 04.11.2021-ci il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin İTB-nin baş polis sahə inspektoru polis kapitanı X2 tərəfindən verilən raportdan görünür ki, 04.11.2021-ci il tarixdə xidməti vəzifələrini yerinə yetirən zaman bir nəfərin səs-küy salaraq ucadan danışdığını və nalayiq sözlər işlətdiyini gördüyü üçün həmin şəxsə yaxınlaşıb ona etdiyi hərəkətə görə iradını bildirərək onu nizam-intizama dəvət etmiş, lakin o, öz qanunsuz əməllərini davam etdirərək ucadan nalayiq ifadələr işlətmiş və polisin qanuni qanuni tələbinə tabe olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. İş üzrə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 04.11.2021-ci il tarixdə verilmiş 03/1363 nömrəli arayışa əsasən Şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi qeydiyyatda durmur və heç bir növ sosial müavinət və təqüd almır. İş üzrə Naxçıvan MR Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Babək Rayon Məşğulluq Mərkəzi tərəfindən 04.11.2021-ci il tarixdə verilmiş 96 nömrəli arayışa əsasən Şəxs Babək rayon Məşğulluq Mərkəzində işsiz və işaxtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş üzrə Naxçıvan MR Səhiyyə Nazirliyi Babək Rayon Mərkəzi Xəstəxanası tərəfindən 04.11.2021-ci il tarixdə verilmiş 4512 nömrəli tibbi yoxlama arayışına əsasən Şəxs həmin tarixdə ambulator olaraq tibbi yoxlamadan keçirilmiş və o, praktiki sağlamdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 04 noyabr 2021-ci il tarixdə saat 09:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də inzibati həbsin əvvəli 04 noyabr 2021-ci il tarixdə saat 09:10-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşman olması məsuliyyətini yüngülləşdirən hal kimi məhkəmə tərəfindən nəzərə alınmışdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 04 noyabr 2021-ci il tarixdə saat 09:10-dan hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar