Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-128/2024 07.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, xx xxx 1997-ci il tarixdə Naxçıvan şəhəri, Qaraçuq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olmaqla, orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməli törədildiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, Şəxs 07 mart 2024-cü il tarixdə Naxçıvan şəhəri, Nizami küçəsində yerləşən “Böyük bağ” adlanan ərazidə ucadan səsküy salmaqla nalayiq ifadələr işlətmiş, polis əməkdaşları ona yaxınlaşaraq ondan hərəkətlərinə son qoymağını tələb etmiş, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün və şahidlərin məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, bu gün əvvəlcədən dostları Orxan, Muxtar və Mətləb ilə razılaşaraq Naxçıvan şəhərində böyük bağda görüşərək orada bir az söhbət etdikdən sonra aralarında anlaşa bilmədiklərini, bir az ucadan səs-küy yarandığını, dostu Muxtarın istəmədən ucadan söyüş söydüyünü, bir az belə mübahisə etdikdən sonra polis əməkdaşının onlara yaxınlaşdığını, mübahisə etmələrinin səbəbini soruşduğunu, onlara ətrafda vətəndaşların olduğunu bildirərək, ucadan danışıb, səs-küy salıb söyüş söyməmələrini bildirdiyini, onların həmin əməkdaşa məhəl qoymayaraq, öz əməllərinə davam etdiklərini, təkrar səs-küy saldıqlarını, sonra həmin polis əməkdaşının əlavə olaraq post patrul çağıraraq onları Naxçıvan Şəhər Polis İdarəsinə apardıqlarını bildirdiyini, əməlindən peşman olduğunu, qanuni qərar verilməsini xahiş etdi. X3 məhkəmədə şahid qismində verdiyi izahatında, bu gün əvvəlcədən dostları Muxtar, Mətləb və Əli ilə Naxçıvan şəhərində böyük bağda adlanan yerdə görüşdüklərini, oraya yığışmaqda məqsədlərinin, iş axtarmaq olduğunu, aralarında bir söz-söhbət olduğunu, sonra anlaşılmazlıq olduğundan səs-küy yarandığını, istəmədən söyüş söydüklərini, o, dostlarına ətrafda camaatın olduğunu, söyüş söyməmələrini bildirdiyini, sonra ərazidə onlara polis əməkdaşının yaxınlaşdığını, onlardan mübahisə etmələrinin səbəbini soruşduğunu, dostu Muxtarın əsəbi olduğu üçün polis əməkdaşına aqressiv reaksiya verdiyini, ona “yaxşı” deyərək təkrar söyüş söydüyünü, polis əməkdaşının ona məhəl qoymadıqlarını görərək əraziyə əlavə olaraq post patrul əməkdaşlarını dəvət etdiyini, onları Naxçıvan Şəhər Polis İdarəsinə apardıqlarını bildirdi. X2 məhkəmədə şahid qismində verdiyi izahatında, bu gün dostları Orxan, Mətləb və Əli ilə Naxçıvan şəhərində böyük bağ adlanan yerdə görüşdüklərini, oraya yığışmaqda məqsədlərinin iş axtarmaq olduğunu, aralarında bir söz-söhbət olduğunu, sonra anlaşılmazlıq olduğundan səs-küy yarandığını, istəmədən söyüş söydüklərini, sonra ərazidə olan polis əməkdaşının onlara yaxınlaşdığını, onlardan mübahisə etmələrinin səbəbini soruşduğunu, o, əsəbi olduğu üçün polis əməkdaşına aqressiv reaksiya verdiyini, ona “yaxşı” deyərək, yenidən ağzından söyüş çıxdığını, polis əməkdaşının ona məhəl qoymadıqlarını görərək əraziyə əlavə olaraq post patrul əməkdaşlarını dəvət etdiyini, onları Naxçıvan Şəhər Polis İdarəsinə apardıqlarını bildirdi. İş üzrə 07 mart 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 07 mart 2024-cü il tarixdə, saat 14:30-da inzibati qaydada tutulmuşdur Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs 07 mart 2024-cü il tarixdə Naxçıvan Şəhərində uca səslə nalayiq ifadələr işlətmiş, polis əməkdaşları ona yaxınlaşaraq ondan hərəkətlərinə son qoymağını tələb etmiş, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibləri vardır və Şəxs həmin xətaları törətməsi məhkəmə istintaqı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi etirafı və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs inzibati xətanı bir qrup şəxs tərəfindən törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən olunmalıdır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs olunmanın əvvəli 07 mart 2024-cü il tarixdən, saat 14:30-dan hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-128/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-128/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver