Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-129/2024 07.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Babək rayon, Qaraxanbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, subay, işsiz, deməsinə görə əvvəllər məhkum edilməmiş, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyata olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 07 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X7 tərəfindən tərtib olunmuş 07 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 07 mart 2024cü il tarixdə səhər saatlarında Naxçıvan şəhəri, Nizami küçəsində yerləşən “Böyük bağ” adlanan yerdə dostları ilə mübahisə edərək ucadan səs-küy salmış, ictimai qaydanı pozmuş, polis əməkdaşlarının iradına məhəl qoymayaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildiyini, bu gün yəni, 07 mart 2024-cü il tarixdə dostları Orxan, Mətləb və Əli ilə Naxçıvan şəhərində postun qarşısında yerləşən böyük bağda adlanan yerdə görüşdüklərini, oraya yığışmaqda məqsədlərinin iş axtarmaq olduğunu, aralarında bir az söz-söhbət olduğunu, sonra anlaşılmazlıq olduğundan səs-küy yarandığını, istəmədən söyüş söydüklərini, sonra ərazidə onlara polis əməkdaşının onlara yaxınlaşdığını, onlardan mübahisə etmələrinin səbəbini soruşduğunu, o, əsəbi olduğu üçün polis əməkdaşına aqressiv reaksiya verdiyini, ona “yaxşı” deyərək, yenidən ağzından söyüş çıxdığını, polis əməkdaşının ona məhəl qoymadıqlarını görərək əraziyə əlavə olaraq post patrul əməkdaşlarını dəvət etdiyini, onları Naxçıvan Şəhər Polis İdarəsinə apardıqlarını, əməlindən peşman olduğunu bildirərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X4 məhkəmə iclasında verdiyi ifadəsində bu gün yəni, 07 mart 2024-cü il tarixdə dostları Orxan, Muxtar və Mətləb ilə razılaşaraq Naxçıvan şəhərində böyük bağda görüşərək orada bir az söhbət etdikdən sonra aralarında anlaşa bilmədiklərini, bir az ucadan səs-küy yarandığını, söyüş söydüklərini, bir az belə mübahisə etdikdən sonra polis əməkdaşının onlara yaxınlaşdığını, mübahisə etmələrinin səbəbini soruşduğunu, onlara ətrafda vətəndaşların olduğunu bildirərək, ucadan danışıb, səs-küy salıb söyüş söyməmələrini bildirdiyini, onların həmin əməkdaşa məhəl qoymayaraq, öz əməllərinə davam etdiklərini, təkrar səs-küy saldıqlarını, sonra həmin polis əməkdaşının əlavə olaraq post patrul çağıraraq onları Naxçıvan Şəhər Polis İdarəsinə apardıqlarını bildirdi. X2 məhkəmə iclasında verdiyi ifadəsində bu gün yəni, 07 mart 2024-cü il tarixdə əvvəlcədən dostları Muxtar, Mətləb və Əli ilə Naxçıvan şəhərində postun qarşısında yerləşən böyük bağ adlanan yerdə görüşdüklərini, oraya yığışmaqda məqsədlərinin, iş axtarmaq olduğunu, aralarında bir söz-söhbət olduğunu, sonra anlaşılmazlıq olduğundan səs-küy yarandığını, istəmədən söyüş söydüklərini, onun dostlarına ətrafda camaatın olduğunu, söyüş söyməmələrini bildirdiyini, sonra ərazidə onlara polis əməkdaşının yaxınlaşdığını, onlardan mübahisə etmələrinin səbəbini soruşduğunu, dostu Muxtarın əsəbi olduğu üçün polis əməkdaşına aqressiv reaksiya vediyini, ona “yaxşı” deyərək təkrar söyüş söydüyünü, sonra yenidən yolda gedərkən özlərinin səs-küy saldıqlarını, söyüş söydüklərini, polis əməkdaşının ona məhəl qoymadıqlarını görərək əraziyə əlavə olaraq post patrul əməkdaşlarını dəvət etdiyini, onları Naxçıvan Şəhər Polis İdarəsinə apardıqlarını bildirdi. X1 məhkəmə iclasında verdiyi ifadəsində bu gün yəni, 07 mart 2024-cü il tarixdə dostları Əli, Orxan və Muxtar və ilə iş axtarmaq məqsədilə böyük bağda yığışaraq görüşdüklərini, orada bir az söhbət etdikdən sonra aralarında anlaşa bilmədiklərini, bir az ucada səs-küy yarandığını, bir-birlərini söyməyə başladıqlarını, bir az belə mübahisə etdikdən sonra onlara polis əməkdaşının yaxınlaşdığını, mübahisə etmələrinin səbəbini soruşduğunu, onlara ətrafda vətəndaşlar olduğunu bildirərək ucadan səs-küy salıb söyüş söyməmələrini bildirdiyini, onların həmin əməkdaşa məhəl qoymayaraq öz əməllərinə davam etdiklərini, təkrar səs-küy saldıqlarını, sonra həmin polis əməkdaşının oraya əlavə olaraq post patrul çağırdığını, onları Naxçıvan Şəhər Polis İdarəsinə apardıqlarını bildirdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 07 mart 2024-cü il tarixdə saat 14:35-də inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün izahatı ilə yanaşı, şahidlərin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsini nəzərə alan məhkəmə hesab edir ki, inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iş üzrə əməlini ağırlaşdırıcı haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1 və 33.1.5-ci maddələrinə əsasən inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halı nəzərə alır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXMin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, cərimə növündə inzibati tənbehin tətbiq edilməsi kifayət sayılmır ona görə də Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 07 mart 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X8 həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-129/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-129/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver