Məhkəmə qərarları › İş №3(078)-13/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-13/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-13/2025 22.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən hüquqi şəxsin nümayəndələri X2, X11 və X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin direktoru X7 iştirakları ilə, Naxçıvan şəhərində yerləşən, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə Azərbaycan Respublikası Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, Ətraf Mühitə və X4 Nəzarət Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, Ətraf Mühitə və X4 Nəzarət Xidməti tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçirilən reyd-yoxlama nəticəsində Naxçıvan şəhər dairəvi yolun kənarında yerləşən Şəxs MMC-də əmələ gələn çirkab suların qanunsuz olaraq müəssisənin yaxınlığından keçən su kanalına axıdılması faktı aşkar edildiyindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X13 izahatında bildirmişdir ki, həmin avtoservisi icarə müqaviləsi əsasında X10 icarəyə götürmüşdür. Onlar Sukanalizasiya İdarəsi ilə müqavilə bağlamışlar və hər ay xidmət haqqı ödənilir. Ona görə də protokolda qeyd edilənləri qəbul etmir. Həmin tullantı sularına görə onlar cavabdehlik daşımırlar. Məhkəmə baxış iclasında inzibati xəta haqqında protokol tərtib edən hüquqi şəxsin nümayəndəsi X15 izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinin tələblərini pozmuşdur. Bu barədə xx.xx.2024-cü il tarixli akt və həmin tarixdə MN ******* nömrəli protokol tərtib edilmişdir. Akt tərtib olunub. Tullantı suyunun su kanalına axıdılması bu gün də davam edir. Məhkəmə baxış iclasında inzibati xəta haqqında protokol tərtib edən hüquqi şəxsin nümayəndəsi X3 verdiyi izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinin tələblərini pozmuşdur. Bu barədə xx.xx.2024-cü il tarixli akt və həmin tarixdə MN ******* nömrəli protokol tərtib edilmişdir. Akt tərtib olunub. Tullantı suyunun su kanalına axıdılması bu gün də davam edir. Məhkəmə baxış iclasında inzibati xəta haqqında protokol tərtib edən hüquqi şəxsin nümayəndəsi X5 verdiyi izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinin tələblərini pozmuşdur. Bu barədə xx.xx.2024-cü il tarixli akt və həmin tarixdə MN ******* nömrəli protokol tərtib edilmişdir. Akt tərtib olunub. Tullantı suyunun su kanalına axıdılması bu gün də davam edir. Məhkəmə baxışı iclasında şahid X6 izahatında bildirmişdir ki, həmin avtoservisi icarə müqaviləsi əsasında işlədir. Avtoyuma yeri və maşın düzəltmə sexi vardır. Həmin obyekt üzrə hər ay tullantı üçün su kanalizasiya pulu ödənilir. Ona görə o tullantı suyun axıdılmasına görə cavabdehlik daşımır. Cavabdeh Su İdarəsidir. Məhkəmə izahatları, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati materiala əlavə edilmiş 23 dekabr 2024-cü il tarixli aktda qeyd olunmuşdur ki, 23 dekabr 2024-cü il tarixdə Şəxs MMC-də əmələ gələn çirkab suların su kanalına axıdılması faktı aşkar edilmiş və hüquqi şəxsin nümayəndəsi protokol tərtib olunması məqsədilə həmin Nazirliyə dəvət olunsa da, gəlməkdən və yazılı izahat verməkdən imtina etmişdir. İnzibati materiala əlavə edilmiş 05 dekabr 2024-cü il tarixli aktda qeyd olunmuşdur ki, müəssisədə yaranan tullantı və çirkab sularının müəssisənin yaxınlığından keçən kanala axıdılmasına görə hər hansı bir müəssisə ilə müqaviləsi yoxdur. Sadalanan tələblərinə əməl olunmadığından 23 dekabr 2024-cü il tarixdə Şəxs MMC-yə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs MMC tərəfindən törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin əməlində inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Su Məcəlləsinin 1-ci maddəsinə görə -su obyektlərinin çirklənməsi — suların keyfiyyətini pisləşdirən, su obyektlərinin səthinə, dibinə və ətrafına mənfi təsir edən zərərli maddələrin tökülməsi və ya axıdılmasıdır. -su obyektlərinin zibillənməsi — su obyektlərindən istifadəni çətinləşdirən əşyaların, bərk maddə hissəciklərinin müxtəlif çeşidli texnogen mənşəli və məişət tullantılarının tökülməsidir. İşə baxılarkən müəyyən edilmişdir ki, inzibati xəta törətmiş hüquqi şəxs tərəfindən tullantı və çirkli su axıdılaraq su obyektlərinin çirklənməsi ilə nəticələnmişdir. Bu hal iş materiallarında olan aktlarla öz təsdiqini tapmışdır. Buna görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyası həddində barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Naxçıvan şəhərində yerləşən, VÖEN nömrəsi ********** olan Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar