Məhkəmə qərarları › İş №3(078)-130/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-130/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-130/2023 27.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 29 avqust 1982-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi işlə məşğul olan, subay, 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmuş, Babək rayonu, Qoşadizə kəndində qeydiyyatda olmaqla, Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdim: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-448/2022 nömrəli, 22 avqust 2022-ci il tarixli icra vərəqəsinin surətinə əsasən, Şəxs 28 mart 2022-ci il tarixdən hesablanmaqla, hər ay sabit məbləğdə bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, iki uşaq üçün ümumilikdə 260 (iki yüz altmış) manat miqdarında alimentin tutularaq, 14 fevral 2007-ci il təvəllüdlü X4 və 31 may 2009-cu il təvəllüdlü X1 üçün X3 xeyrinə ödənilməsi qət edilmişdir. İş üzrə icraata 25 avqust 2022-ci il tarixdə başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, 2400 (iki min dörd yüz) manat məbləğində borc yaranmış, beləliklə, Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətdiyini etiraf edərək, ona daha əvvəl yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq qərarın icrasını yerinə yetirmədiyini, yaranmış borcunu ödəmədiyini, buna maddi vəziyyətinin aşağı olmasının səbəb olduğunu, əməlindən çox peşman olduğunu, mümkün qədər tez müddət ərzində borcunu ödəməyə başlayacağını bildirərək, ona yüngül tənbeh verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: 22 avqust 2022-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-448/2022 nömrəli, 22 avqust 2022-ci il tarixli qətnaməsi ilə, Şəxs 28 mart 2022-ci il tarixdən hesablanmaqla, hər ay sabit məbləğdə bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, iki uşaq üçün ümumilikdə 260 (iki yüz altmış) manat miqdarında alimentin tutularaq, 14 fevral 2007-ci il təvəllüdlü X4 və 31 may 2009-cu il təvəllüdlü X1 üçün X3 xeyrinə ödənilməsi qət olunmuşdur. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 25 avqust 2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. 18 yanvar 2023-cü il tarixli yazılı xəbərdarlığın surətinə əsasən, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs gələcəkdə borcun ödənilməməsinə görə qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi peşmançılığı, 2 uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini nəzərə alaraq, onun barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin.

2. İnzibati həbsin əvvəli 27 mart 2023-cü il tarixdən hesablansın.

3. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun.

4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar