Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-131/2021 13.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, 09 avqust 1980-cı ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, Duz Mədənində fəhlə işləyən, Naxçıvan şəhəri, Əlincə məhəlləsi, ev-2A, mənzil-5 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan vətəndaş Şəxs 12 noybar 2021-ci il tarixdə “Çəmən Supermarket” adlanan yerin qarşısında lotoreya satan X2 2 manatlıq 27 ədəd və 5 manatlıq 20 ədəd poz qazan lotoreyasını onun xəbəri olmadan götürmüş, oradan getməklə onu aldatmışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə verdiyi izahatında törətdiyi inzibati xəta əməlini etiraf edərək, 12 noybar 2021-ci il tarixdə saat 08:00 radələrində fəhlə işlədiyi duz mədəninə getmiş, saat 11:30 radələrində işdən icazə aldığını və Naxçıvan Şəhərində yerləşən “Çəmən Supermarket” adlı yerə getdiyini orada poz qazan lotoreyası satan bir qadına 16 (on altı) manatlıq uduşlu poz qazan lotoreyası verərək 2 (iki) ədəd 2 (iki) manatlıq poz qazan lotoreyası almış, geri qalan 14 (on dörd) manatı geri almıış, bu zaman həmin qadına zəng gəldiyini, telefonla kimləsə danışdığını, başı qarışıq olduğunu gördüyünü, qutunun üzrəində 2 (iki) manatlıq və 5 (beş) manatlıq lotoreyalar gördüyün və onları götürərək oradan uzaqlaşıb marketə giridiyini, lotoreyaları cibindən çıxarıb ayrı-ayrı dəstələyərək gizlətdiyini, lotereyalardan 60 manat udduğunu, uduşlu olanları fərqli yerlərdə lotoreya satan şəxslərə təqdim etdiyini və pulunu aldığını, dəymiş ziyanı ödədiyini bildirərək, etdiyi əmələ görə çox peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verdiyini, qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında ünvan 3 ünvanında yaşayan zərərçəkmiş şəxs qismində izahat verən X5, 12 noybar 2021-ci il tarixdə saat 11:30 radələrində “Çəmən Supermarket” adlanan yerin qarşısında lotoreya satdığını, bu zaman tanımadığı bir şəxsin ona yaxınlaşaraq 16 (on altı) manatlıq uduşlu lotoreya verdiyini, bunun müqabilində 2 (iki) ədəd 2 (iki) manatlıq poz qazan lotoreyası aldığını və geri qalan 14 ( on dörd) manat pulu ona qaytarıdğını, bu zaman mobil telefonuna zəng gəldiyini telefonla danışdıqdan sonra lotoreyaları saydığını və 2 (iki) manatlıq 27 (iyirmi yeddi) ədəd və 5 (beş) manatlıq 20 (iyirmi) ədəd lotoreyanın olmadığını gördüyünü və məcbur qalıb Naxçıvan şəhər Polis Bölməsinə şikayətçi olduğunu, qanuni qərar verilməsini bildirdi. İş materiallarına əlavə olunmuş 13 noybar 2021-ci il tarixli "İnzibati qaydada tutma haqqında protokol"a əsasən, Şəxs 13 noybar 2021-ci il tarixdə, saat 10:05-də tutulmuşdur. İş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs 12 noyabr 2021-ci il tarixdə “Çəmən Supermarket” adlanan yerin qarşısında lotoreya satan X2 2 (iki) manatlıq 27 (iyirmi) ədəd və 5 (beş) manatlıq 20 (iyirimi) ədəd lotoreya götürmüş və xəbərsiz çıxıb getməklə onu aldatmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək, tənbeh olunmalıdır. İşin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. İnzibati həbsin əvvəli 13 noyabr 2021-ci il tarixdən, saat 10:05-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə, üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbeh tədbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 30 (otuz ) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.İnzibati həbsin əvvəli 13 noyabr 2021-ci il tarixdən, saat 10:05-dan hesablansın. 3.Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun. 4.Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-131/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-131/2021
13.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver