Məhkəmə qərarları › İş №3(078)-131/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-131/2025

10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-131/2025 10.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1999-cu ildə Ordubad rayonu, Bist kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, FİN: xxxxxxx, ali hərbi təhsilli, Ordubad rayon Azad kənd tam orta məktəbində hərbi rəhbər vəzifəsində (hərbi müəllim) işləyən, subay, Ordubad rayonu, Bist kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Şəxs idarə etdiyi özünəməxsus Khazar LX markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Naxçıvan şəhəri Topçubaşov küçəsi ilə Abbas Zamanov küçəsinin kəsişməsindəki yolayrıcında sola dönüb hərəkət etmək istəyərkən həmin vaxtı yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat Naxçıvan Şəhər Polis İdarəsinin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitab”ında HKpi- 1173/24 nömrəli ilə qeydə alınmış, araşdırılma aparılaraq 11 dekabr 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və sürücü Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə 05 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, qazidir, vurulmuş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin şikayəti yoxdur. Qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclaslarında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə iclası zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilmişdir. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi vardır. Belə ki, Şəxs əməli işdə olan 05 mart 2025-ci il tarixdə tərtib olunmuş İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla tam sübuta yetir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, araşdırma zamanı xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Şəxs idarə etdiyi özünəməxsus Khazar LX markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Naxçıvan şəhəri Topçubaşov küçəsi ilə Abbas Zamanov küçəsinin kəsişməsindəki yolayrıcında sola dönüb hərəkət etmək istəyərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin (Yolayrıcılarının keçilməsi) tələblərini pozaraq həmin vaxtı yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs vuraraq sağlamlığına yüngül xəsarət yetirdiyi müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin yol-nəqliyyat hadisəsi Naxçıvan şəhəri Topçubaşov küçəsi ilə Abbas Zamanov küçəsinin kəsişməsindəki yolayrıcında piyada keçidi olmayan yerdə, yaşayış məntəqəsində baş vermişdir. Araşdırma zamanı sürücü Şəxs sərxoş olub-olmamasını təyin etmək məqsədi ilə o, müayinə edilmiş və Şəxs sərxoş olmadığı müəyyən edilmişdir. Araşdırma zamanı Şəxs sürücülük vəsiqəsinin olub-olmaması və Khazar LX minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kimə məxsus olması və hər hansı şəxsə etibarnamə əsasında verilib-verilməməsi barədə Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X4 İdarəsinə sorğu məktubları göndərilmiş və alınmış cavab məktublarında Khazar LX minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Ordubad rayonu Bist kənd sakini Şəxs adında qeydiyyatda durduğu və Şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək AR DİN-in BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsi tərəfindən BA seriyalı 032445 nömrəli “Bİ, B” kateqoriyalı sürücülük vəsiqəsinin verildiyi göstərilmişdir. Araşdırma zamanı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyindən 11 dekabr 2024-cü il tarixli məktubla daxil olmuş 355 saylı ekspert rəyində vətəndaş Zərərçəkmiş şəxs sifətində, alnında, sağ əlində, sağ diz oynağındakı sıyrıqların, sağ budunda hematomanın, sağ baldırın və sağ göz ətrafı nahiyyənin qançırlarının bərk küt əşyanın təsirindən törəndiyi, eləcə də, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bildiyi, xəsarətlərin yetirilmə müddətinin qərarda göstərilən tarixə uyğun gəldiyi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olduğu göstərilmişdir. Araşdırma zamanı piyada Əsədov X2 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək, sürücü Şəxs barışdığını, onun barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, toplanmış materiallara görə Khazar LX markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin (Yolayrıcılarının keçilməsi) tələblərini pozaraq törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində piyada Zərərçəkmiş şəxs sağlamlığına yüngül xəsarət yetirmişdir İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 dekabr 2024-cü il tarixli qərarından görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin (Yolayrıcılarının keçilməsi) tələblərinə uyğunsuzluq olduğundan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə (zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) inzibati icraat başlanılması üçün toplanmış materialın Naxçıvan ŞPİ-nin DYPB-nə göndərilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Tənbeh məsələsinə gəldikdə hesab edirəm ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar