Məhkəmə qərarları › İş №3(078)-132/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-132/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-132/2023 27.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakı ilə, xx.xx.1972-ci ildə Babək rayon, Qahab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, 4 uşaq atası, orta təhsilli, işsiz, Naxçıvan şəhəri Şəxsa küçəsi, döngə 1, ev 3 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Şəxs tələbkar X3 ona qarşı aliment tələbinə dair Babək Rayon Məhkəməsinin 2(079)- 428/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi əsasında verilmiş 29 sentyabr 2022-ci il tarixli icra vərəqəsinə əsasən icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə qərarı üzrə qeyd edilmiş məbləği tam olaraq ödəməmiş, icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə Şəxs qeyd olunan inzibati xətanı törətdiyini etiraf edərək, maddi imkanı olmadığı üçün 1243 (bir min iki yüz qırx üç) manat olan aliment borcunu tam ödəyə bilmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş 29 sentyabr 2022-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Babək Rayon Məhkəməsinin 2(079)-428/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə 24 avqust 2022-ci il tarixdən hesablanmaqla 03 mart 2011-ci il təvəllüdlü X1 və 22 sentyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay hər uşaq üçün 110 (bir yüz on) manat olmaqla cəmi 220 (iki yüz iyirmi) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmiş, qətnamənin dərhal icra edilməsi üçün 29 sentyabr 2022-ci il tarixdə icra vərəqəsi çıxarılaraq icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli, 226198/2022 nömrəli məktubundan məlum olur ki, həmin məktubla Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə, Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Naxçıvan şəhər şöbəsinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə, Naxçıvan MR DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Bölməsinə və icraatda olan icra sənədlərinin icrasını təmin etmək məqsədilə Şəxs adına yaşayış evinin, torpaq sahəsinin olubolmaması, təqaüd və müavinət alıb-almaması ilə bağlı sorğu verilmişdir. Həmin sorğuya Naxçıvan MR DSMF-nun Naxçıvan şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli 02/1519 nömrəli məktubundan məlum olmuşdur ki, Şəxs şöbədə qeydiyyatda durmur, heç bir növ pensiya almır. Naxçıvan MR DSMF PHŞ Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 01/390 nömrəli məktubundan məlum olmuşdur ki, Şəxs mərkəzin qeydiyyatında durmur və heç bir pensiya almır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 04/620 nömrəli məktubundan məlum olmuşdur ki, Şəxs adına daşınmaz əmlak qeydə alınmamışdır. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər ƏSMMnin xx.xx.2022-ci il tarixli 02/564 nömrəli məktubundan məlum olmuşdur ki, Şəxs mərkəzin qeydiyyatın da durmur, heç bir növ pensiya və müavinət almır. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Şəxs adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə borclu Şəxs axtarışı haqqında qərar qəbul edilmişdir. Naxçıvan MR Xəstəxanası phş tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 166 nömrəli arayışa əsasən Şəxs həmin tarixdə tibbi yoxlamadan keçirilmiş və o, sağlamdır. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini, öhdəliyin məhz pul öhdəliyi olduğunu və bu günə qədər onun tərəfindən cuzi ödəniş aparıldığını, icra məmurunun dəfələrlə yazılı xəbərdarlığını nəzərə almadığını, barəsində axtarış qərarı verildiyini və məhz bunun nəticəsində gətirildiyini nəzərə alaraq barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin.

2. İnzibati həbsin əvvəli 27 mart 2023-cü il tarixdən hesablansın.

3. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X8 həvalə olunsun.

4. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar