Məhkəmə qərarları › İş №3(078)-132/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-132/2024

09.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-132/2024 09.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxx 1997-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, orta təhsilli, fərdi fəaliyyətlə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yaşayan X1 MR DİN Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəxs onun qızı X3 yaxınlaşaraq narahat etmişdir. X5 qanuni tədbir görülməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli material xx.xx.2024cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin məsul növbətçisi polis kapitanı T.Quliyev tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş raportda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 18:26 radələrində Kəngərli rayon Şahtaxtı kənd sakini X7 102 xidmətinə 060 ***-**-** mobil nömrəsindən zəng edərək Naxçıvan şəhəri Atatürk küçəsində 7 nömrəli tam orta məktəbin önündə 20-25 yaşlarında bir şəxsin qız uşağını narahat etdiyini və həmin qızın ona yaxınlaşaraq kömək istədiyini bildirmiş, aparılmış əməliyyat tədbirləri nəticəsində həmin şəxsin Naxçıvan şəhəri H.Əliyev pr. 29/5 ünvanında yaşayan Şəxs olduğu müəyyən edilmişdir. 07 mart 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhəri Atatürk küçəsində ictimai qaydanı pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər, özünün və şahidlərin məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Cahan Ticarət Mərkəzində yerləşən mağazada satıcı işləyir. xx.xx.2024cü il tarixdə saat 17:30 radələrində işdən çıxıb evə gedərkən 7 nömrəli tam orta məktəbin qarşısında yaşını bilmədiyi çiyninə məktəbli çantası asmış qız görmüş, onun arxasınca bir az getdikdən sonra yaxınlaşıb uşağa salam vermiş və ona “səni görən zaman ürəyim teztez döyünür” demişdir. Həmin uşaq yoldan keçən taksini saxlayaraq əli ilə onu göstərmiş və taksi sürücüsünə onu narahat edib söz atdığını demişdir. Taksi sürücüsü ona yaxınlaşıb niyə belə hərəkət etdiyini soruşmuşdur. Sonra o öz yolu ilə getməyə davam etmişdir. Daha sonra polis əməkdaşları ona yaxınlaşaraq onu Polis İdarəsinə dəvət etmişlər. Həmin qızın 16 yaşı olardı. Bir dəfə də dekabr ayında bir qıza yaxınlaşıb pul təklif etmişdir. Həmin qız 11-12 yaşlarında olardı. Ona pulu pis mənada təklif etməmişdi. Əməlindən peşman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini bildirib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid X2 qanuni nümayəndəsi X5 izahatında bildirmişdir ki, X4 onun övladıdır. Zümrüdün 12 yaşı var. xx.xx.2023-cü il tarixdə Şəxs onun qızı X3 yaxınlaşaraq narahat etmişdir. Şikayətçi olub bu barədə qanuni tədbir görülməsi üçün polis şöbəsinə müraciət etmişdir. Qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid X4 izahatında bildirmişdir ki, 12 yaşı var. 10 nömrəli tam orta məktəbdə təhsil alır. Dərsdən sonra voleybol məşqinə gerkən yolda bir nəfər ona yaxınlaşdı. Ona “mən sənə pul verim” dedi. O da pulu istəməyib tez evə getdi və anası işdə olduğu üçün ona zəng vurub bu barədə danışdı. Anası isə polisə müraciət etdi. Məhkəmə baxışı iclasında şahid X7 izahatında bildirmişdir ki, taksi sürücüsüdür. xx.xx.2023-cü il tarixdə müştəri götürmək üçün Naxçıvan şəhəri Atatürk küçəsində 7 nömrəli tam orta məktəbin önündən keçərkən məktəbli qız əl edərək avtomobili saxlatmış və əli ilə 20-25 yaşlı oğlanı işarə edərək onu narahat etdiyini bildirmişdir. Qızın 13-14 yaşı olardı. O da tez mobil telefonu vasitəsi ilə 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhəri Atatürk küçəsində 7 nömrəli tam orta məktəbin qarşısında və 2023-cü ilin dekabr ayında Naxçıvan şəhəri Sabir küçəsində ictimai yerdə ictimai qaydanı pozmuş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 07 mart 2024-cü il tarixdə saat 15:20-də inzibati qaydada tutulmuş və saat 17:20-də azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə işə baxılarkən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal-inzibati xətanı azyaşlıya qarşı törətməsidir. İş üzrə məsuliyyəti yüngülləşdirən hal yoxdur. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnsibati həbsin əvvəli 09 mart 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X9 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar