Məhkəmə qərarları › İş №3(078)-135/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-135/2021

15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-135/2021 15.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar X3 iştirakı ilə, xx.xx.1972-ci ildə Babək rayon, Qahab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 4 uşaq atası, orta təhsilli, işsiz, Naxçıvan şəhəri Şəxsa küçəsi, döngə 1, ev 3 ünvanında qeydiyyatda olub, Naxçıvan şəhəri 54cü məhəllə, ev 19 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi : Protokoldan aydın olur ki, Babək Rayon Məhkəməsinin 2(079)-349/2018 nömrəli, 12 oktyabr 2018-ci il tarixli qətnaməsi əsasında verilmiş 12 oktyabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 12 sentyabr 2018-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 110 (bir yüz on) manat olmaqla cəmi 220 (iki yüz iyirmi) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq 03 mart 2011-ci il təvəllüdlü X1 və 22 sentyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün X4 ödənilməsi qət olunmuş, icra vərəqəsi dərhal icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş üzrə icraata 16 oktyabr 2018-ci il tarixdə başlamasına, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, 2515 (iki min beş yüz on beş) manat borcu yaranmış, beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs izahatında davamlı olaraq aliment öhdəliyini ödəmiş, lakin işi davamsız olduğundan və günəmuzd işlədiyindən ödəmələri tam şəkildə həyata keçirə bilməmişdir. 6 ay olar ki, Bakı şəhərinə getmiş, orada ayağında yaranmış problemlə bağlı işi olmamış və ona görə də Badam istədiyi halda 40 manat, 50 manat ödəmələr aparmışdır. Sonuncu dəfə bir neçə gün əvvəl 100 manat ödəniş etmişdir. Artıq anası keçmişdən qalan borcunu hər ay 50 manat ödəyəcək, özü isə davamlı 220 manat aliment öhdəliyini icra edəcəkdir. Bütün bunların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X5 izahatında iki uşağın saxlanılması üçün Şəxs 220 manat aliment tutulduğunu, lakin Zeynalabdın vaxtında ödəmədiyinə görə borcunun yarandığını, müxtəlif bəhanələrlə ödəməni gecikdirdiyini, zeynalabdının anasının keçmiş borcu hər ay 50 manat ödəyəcəyini bildiriyini, özünə yox anasına inandığını, özünün hər ay hissə-hissə pul verdiyini, sonuncu dəfə 09.11.2021-ci il tarixdə ona 100 manat ödədiyini, birdəfəlik 220 manatı ödəmədiyini bildirdi. İş materiallarına əlavə olunmuş 12 oktyabr 2018-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Babək Rayon Məhkəməsinin 2(079)-349/2018 nömrəli, 12 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Şəxs 12 sentyabr 2018-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 110 (bir yüz on) manat olmaqla cəmi 220 (iki yüz iyirmi) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq 03 mart 2011-ci il təvəllüdlü X1 və 22 sentyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün X4 ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 16 oktyabr 2018-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 16 oktyabr 2018-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. 30 mart 2021-ci il tarixdə borclu Şəxs aliment borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən 26 avqust 2021-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs həmin icra sənədində göstərilən borcunun qalan hissəsini üzürlü səbəbdən, yəni maddi imkansızlığı səbəbindən icra edə bilmir. Belə ki, borclu Şəxs həmin icra sənədi üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmamış, əksinə o, borcunu ödəməyə çalışır. O, sonuncu dəfə 09 noyabr 2021-ci il tarixdə tələbkarın xeyrinə 100 manat aliment ödəmişdir. Lakin, onun 2021-ci ilin dekabr ayının 1-dək olan 2515 manat borcunu bir dəfədə ödəməsi üçün maddi imkanının olması hər hansı bir şəkildə öz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları protokol tərtib etmiş şəxsin, borclunun məhkəmə iclası zamanı verdiyi izahatı ilə yanaşı, məhkəməyə təqdim edilmiş sənədlərlə və tələbkarın izahatı ilə də öz təsdiqini tapır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Şəxs 01.04.2021-ci il tarixə 1625 manat borcu olmuş, o, 02.06.2021-ci il tarixdə 250 manat, 02.06.2021-ci il tarixdə 50 manat, 04.10.2021-ci il tarixdə 70 manat, 09.10.2021-ci il tarixdə 130 manat, 09.11.2021ci il tarixdə 100 manat ödəniş etmişdir. Hazırda Şəxs 2515 manat borcu var. İşdə olan qəbzlərdən görünür ki, Şəxs tələbkara müxtəlif aylarda ödəniş etmişdir. İşin müəyyən edilmiş bu halları isə sonuncunun məlum icra sənədinin icrasından qərəzli olaraq yayınmasını istisna edir. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Şəxs heç bir növ müavinət və təqaüd almadığı müəyyən edilmişdir. Şəxsa adına Naxçıvan Şəhər Poliklinikası tərəfindən 15.11.2021-ci il tarixdə verilmiş 121 nömrəli arayışın surətinə əsasən Şəxs həmin tarixdə tibbi yoxlamadan keçirilmiş və o, sağlamdır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1 -ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1 -ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar