Məhkəmə qərarları › İş №3(078)-135/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-135/2022

14.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-135/2022 14.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, xx xxxxxx 2001-ci ildə Babək rayonu, Şəkərabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, müvəqqəti işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, Babək rayonu, Şəkərabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Babək rayonu, Şəkərabad kəndində qeydiyyatda olan və yaşayan vətəndaş Şəxs 13 noyabr 2022-ci il tarixdə X2 evindən 80 manat pul oğurlamışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə verdiyi izahatında törətdiyi inzibati xəta əməlini etiraf edərək, 13 noyabr 2022-ci il tarixdə, saat təqribən 10 radələrində evdən çıxaraq Naxçıvan şəhərinə qızlar bulağı adlanan yerə getdiyini, bir az orda özü üçün gəzişdikdən sonra mikrorayona getmək üçün ara məhəllələrlə getdiyini, bir az getdikdən sonra qapısı bağlı bir ev gördüyünü, həmin evin yanında ara küçə ilə gedərək qapısı bağlı olan evin hasarını aşaraq həyətə düşdüyünü, sonra evin qarşısına gələrək pəncərəni əli ilə itələyib açdığını və pəncərədən evə daxil olduğunu, evin otaqlarını gəzdiyini, evin müəyyən yerlərinə baxdığını və həmin vaxt gözünə şkafın içində qəpiklə dolu təqribən 3 kiloqramlıq şüşə balon gördüyünü, həmin balonu şkafdan götürərək mətbəxə keçdiyini və bıçaqla balonun metal qapağını kəsdiyini, içərisində olan 50 (əlli) qəpikləri gödəkçəsinin cibinə yığdığını və həmin balonu təkrar şkafın içərisinə qoyaraq gəldiyi qaydada evdən çıxıb şəhər istiqamətində getdiyini, köhnə bazar adlanan yerdə əvvəlcədən tanıdığı ərzaq mağazası işlədən Yusif adlı şəxsin mağazasına gəldiyini və Yusifə “bir az 50 (əlli) qəpik var, onları bütünləşdirmək olar” dediyini, Yusifin də ona “çox yox, bir qismini bütünləşdirmək olar” dediyini, oğurladığı qəpikləri masanın üstünə tökərək saydığını və 50 (əlli) manat olanda Yusifin “bundan başqa qəpik bütünləşdirə bilmərəm” dediyini, 50 (əlli) manatı aldığını, sonra qalan qəpikləri bütünləşdirmək üçün yaxınlıqdakı əczaxanaya getdiyini və əczaxanaçıya qəpik bütünləşdirməyi bildirdiyini, onun da ona “az qismini bütünləşdirə bilərəm” dediyini, cibindən 50 (əlli) qəpikləri çıxarıb 10 (on) manat düzəldib əczaxanaçıya verdiyini, onun da ona bütün 10 (on) manat verdiyini və oradan uzaqlaşdığını, yolda gedən zaman qalan qəpikləri saydığını və 20 (iyirmi) manat olduğunu gördüyünü, həmin qəpikləri bütünləşdirmədən xərclədiyini, 14 noyabr 2022-ci il tarixdə, saat təqribən 10 radələrində mobil nömrəsinə zəng gələrək onu Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinə dəvət etdiklərini və Polis Bölməsinə getdiyini, orada ona “sən Yusif adlı şəxsin yanında bütünləşdirdiyin qəpikləri hardan əldə etmisən” dediklərini, səmimi olaraq bütünləşdirdiyi qəpikləri qapısı bağlı olan evdən oğurladığını bildirdiyini, qanunsuz daxil olduğu evin sahibini tanımadığını, bankadan 80 manat 50 qəpiklik pul götürdüyünü, evə qanunsuz daxil olanda və evdən çıxanda ətrafda heç kimin olmadığını, etdiyi əməldən peşman olduğunu, gələcəkdə bir də belə hallara yol verməyəcəyini, qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat verən X5, 13 noyabr 2022-ci il tarixdə qardaşının dəfn mərasimi olduğunu, özünün və ailəsinin evdən çıxıb qardaşının dəfn mərasiminə getdiklərini, dəfn mərasimi bitdikdən sonra saat təqribən 19 radələrində yaşadıqları ünvan 1 ünvanına gəldiklərini, nəvəsi üçün topladıqları pul bankasına qəpik pul atmaq üçün balona pul atsın deyə qızına qəpik pul verdiyini, qızının da balonun ağzının kəsik olduğunu və içərisindəki qəpik pulların götürüldüyünü dediyini, sonra yan otağa keçib baxdığını, otağın pəncərəsinin açıq vəziyyətdə olduğunu, evə şəxs və ya şəxslər tərəfindən oğurluğa girildiyini anladığını, balonda təqribən 70-80 manat civarında qəpik pullar olduğunu, bu barədə 14 noyabr 2022-ci il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinə müraciət etdiyini, Şəxs əməlinə görə qanuni cəza verilməsini bildirdi. İş materiallarına əlavə olunmuş 14 noyabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 14 noyabr 2022-ci il tarixdə, saat 11:35-də tutulmuşdur. İş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs 13 noyabr 2022-ci il tarixdə X2 evindən 80 manat pul oğurlamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. İşin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. İnzibati həbsin əvvəli 14 noyabr 2022-ci il tarixdən, saat 11:35-dən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə, üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbeh tədbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi etirafı və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal, icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 40 (qırx) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.İnzibati həbsin əvvəli 14 noyabr 2022-ci il tarixdən, saat 11:35-dən hesablansın. 3.Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun. 4.Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar