Məhkəmə qərarları › İş №3(078)-135/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-135/2023

07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-135/2023 07.04.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Naxçıvan şəhəri, Z.Əliyeva-1/12 ünvanında yerləşən (VÖEN **********) Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Naxçıvan şəhəri, Z.Əliyeva-1/12 ünvanında yerləşən (VÖEN **********) Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin ünvanına xx.xx.2023-cü il tarixdə Naxçıvan Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsində **********6376 sorğu nömrəli bəyannaməsi ilə rəsmiləşdirilən İsveçrə Respublikasında fəaliyyət göstərən “X3 X5 6 Fribourg” şirkətindən Exp 06/23 saylı inovasya əsasında 34AF1640/76DN854 nömrə nişanlı nəqliyyat vasitəsi ilə saat 18:40-da göndərilmiş “modullara yığılmış fotoqalvanik element” yükü “Sədərək” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməmişdir. Bununla da Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin nümayəndəsi X2 izahatında sürücünün məsuliyyətsiziliyindən vaxtında İdarəyə məlumat verilmədiyi üçün qısa idxal bəyənnaməsinin gec təqdim edildiyini bildirib qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin ünvanına xx.xx.2023-cü il tarixdə Naxçıvan Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsində **********6376 sorğu nömrəli bəyannaməsi ilə rəsmiləşdirilən İsveçrə Respublikasında fəaliyyət göstərən “X3 X5 6 Fribourg” şirkətindən Exp 06/23 saylı inovasya əsasında 34AF1640/76DN854 nömrə nişanlı nəqliyyat vasitəsi ilə saat 18:40-da göndərilmiş “modullara yığılmış fotoqalvanik element” yükü “Sədərək” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməmiş bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti həmin xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin əməlində inzibati xətanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Naxçıvan şəhəri, Z.Əliyeva-1/12 ünvanında yerləşən (VÖEN **********) Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar