Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-135/2024 14.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı Şəxs barəsində Azərbaycan Respublikası DİN Bakı şəhər Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: Naxçıvan şəhər sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol Azərbaycan Respublikası DİN Bakı şəhər Nəsimi Rayon Polis İdarəsi tərəfindən baxılması üçün inzibati material xx.xx.2024-cü il tarixli 51/2-5828/2024 nömrəli müşayət məktubu ilə birlikdə aidiyyatı üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmiş, inzibati iş xx.xx.2024cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Həmin protokolda qeyd olunmuşdur ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixdə qəbul edilmiş EQ 15319583 nömrəli inzibati xəta haqqında elektron qərarı icra etməmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinin tələblərinə əsasən vətəndaş Şəxs barəsində daxil olmuş protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında protokolda əks etdirilməsi zəruri olan məlumatlar və protokola aid tələblər sadalanmışdır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsini təsdiq edən elektron qərar və radarın parametrlərinin elektron sistemindən xx.xx.2024-cü il tarixdə çap edilmiş çıxarışından məlum olmuşdur ki, Şəxs İXM-nin tələbinə əsasən xx.xx.2023-cü il tarixli EQ 15319583 nömrəli inzibati xəta haqqında elektron qərar üzrə 10 manat cərimə və 6 manat dəbbbə pulu olmaqla ümumilikdə 16 manatı ödəmişdir. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin onun səlahiyyətrlərinə aid olub-olmamasını, inzibati xəta haqqında protokol və işin digər materiallarının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tətbiq edilibedilmədiyini, işin icraatını rədd edən halların mövcud olub-olmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmamasını həll etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edirəm ki, Azərbaycan Respublikası DİN Bakı şəhər Nəsimi Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə əsasən qəraraaldım: Azərbaycan Respublikası DİN Bakı şəhər Nəsimi Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlərlə birlikdə Azərbaycan Respublikası DİN Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-135/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-135/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver