Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-135/2025 10.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, barəsində X6 icraat aparılan şəxs Şəxs, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1990 ildə Naxçıvan Muxtar Respublikası Babək rayon Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, evli, 1 uşaq atası, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Babək rayon Nehrəm kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş X6 protokola baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin icraatına xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən X6 protokol və ona əlavə edilmiş materiallar daxil olmuşdur. Naxçıvan şəhər 1 saylı Notariat Kontorunun 81-2514 saylı, xx.xx.2023-cü il tarixli, Naxçıvan şəhər 2 saylı Notariat Kontorunun 81-3145 saylı, xx.xx.2022-ci il tarixli və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1522/2016 saylı, xx.xx.2016-cı icra sənədləri üzrə Şəxs barəsində icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələr aparmamış, beləliklə məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs oğlunun əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə barəsində inzibati iş üzrə icraat aparılan şəxs, Şəxs izahatında ustalıq etdiyini, işlərini bağladıqlarını, 2000 yaxın borcu olduğunu, bu ay onu gözləməyi xahiş etmiş, ödəməsinə söz verdiyini, ev tikdiyini, imkanı olmadığını, hər ay 500 manat ödəyəcəyini, küləyin evini dağıtdığını bildirmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında ümumilikdı 2732 manat olduğunu, 79 manatı 2016-cı ildən ödəmədiyini, ödəniş eləyəcəyini dediyini, lakin ödəmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş MN seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli “X6” protokola, əsasən, Quliyev X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli icra qeydinə, əsasən, Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 1986 manat 66 qəpik (min dobbuz yüz səksən altı manat altmış altı qəpik) pul tutulması qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığından qanunamüvafiq qaydada Şəxs barəsində məcburi icra tədbirlərinin tətbiq olunması barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli icra qeydinə, əsasən, Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 667 manat 73 qəpik (altı yüz altmış yeddi manat yetmiş üç qəpik) pul tutulması qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli İltizamdan aydın olur ki, Şəxs icra sənədi əsasında ödəniş edəcəyinə söz vermişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1522/2016 nömrəli məhkəmə əmri ilə xx.xx.1990-cı il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs 51 ***-**-** GSM nömrəsinə əsasən rabitə xidmətindən istifadəyə gör "xxxx" MMC-nin xeyrinə 58.72 (əlli səkkiz manat yetmiş iki qəpik) mana abunə və xidmət haqqı və 20 (iyirmi) manat dövlət rüsumu, cəmi 78.72 (yetmiş səkkiz manat yetmiş iki qəpik) manat məbləğində pul tutulması əmr edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2016-cı il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin borclunun axtarışı haqqında qərarına, əsasən, Şəxs barəsində axtarışı elan edilmişdir. xx.xx.2025-ci il tarixdə Quliyev X3 Şəhər İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş izahata, əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Vətən Quliyev tərəfindən izahatı alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ərizədən aydın olur ki, Şəxs icra sənədi üzrə iş materialları ilə tanış olmuşdur. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini, öhdəliyin məhz pul öhdəliyi olduğunu və bu günə qədər onun tərəfindən icra ödənişinin düzgün və vaxtında aparılmadığını nəzərə alaraq barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 10 mart 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-135/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-135/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver