Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-136/2021 15.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, ali təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi : Protokoldan aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1063/2015 nömrəli, 18 dekabr 2015-ci il tarixli qətnaməsi əsasında verilmiş 19 yanvar 2016-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs 20 noyabr 2015-ci il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 75 (yetmiş beş) manat miqdarında alimentin tutularaq 02 sentyabr 2007-ci il təvəllüdlü X2 və 14 dekabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün X1 ödənilməsi qət olunmuş, icra vərəqəsi 19 yanvar 2016-cı il tarixdə icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş üzrə icraata 22 yanvar 2016-cı il tarixdə başlamasına, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Eyni zamanda Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-492/2019 nömrəli, 13 mart 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş 18 aprel 2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs artırılmış aliment məbləği məhkəmənin hazırki iş üzrə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla hər ay sabit məbləğdə bir uşaq üçün 100 (bir yüz) manat olmaqla iki uşaq üçün ümumilikdə 200 (iki yüz) manat miqdarında alimentin tutularaq 02 sentyabr 2007-ci il təvəllüdlü X2 və 14 dekabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün X1 ödənilməsi qət olunmuş, icra vərəqəsi 18 aprel 2019-cu il tarixdə icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş üzrə icraata 22 aprel 2019-cu il tarixdə başlamasına, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Eyni zamanda Naxçıvan şəhər 2 saylı Notariat Ofisinin 8İ-2117 reyestr nömrəli 09 sentyabr 2020-ci il tarixli icra qeydi ilə Şəxs müddət üçün vaxtında ödənilməmiş 2000 (iki min) manat pulun X4 xeyrinə tutulması göstərilmişdir. İş üzrə icraata 17 sentyabr 2020-ci il tarixdə başlamasına, tələbin könüllü icrası haqqında bildirişin, icra sənədinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən ödəmə aparılmamış, beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə Şəxs qeyd olunan inzibati xətanı törətdiyini etiraf edərək, izahatında ona daha əvvəl yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq yaranmış borclarını ödəmədiyini bildirmiş, buna səbəb kimi hazırda vərəm xəstəsi olduğunu, ağır işlərdə işləyə bilmədiyini, hazırda fəhlə işlədiyini, günəmuzd qazandığını və ailəsini ancaq dolandırdığını, hər ay anasının pensiyasından 100 (yüz) manat icra ödənişi aparıldığını, ona vaxt verilərsə bütün borcunu bağlayacağını bildirmişdir. İş materiallarına əlavə olunmuş 19 yanvar 2016-cı il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1063/2015 nömrəli, 18 dekabr 2015-ci il tarixli qətnaməsi ilə 20 noyabr 2015-ci il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 75 (yetmiş beş) manat miqdarında alimentin tutularaq 02 sentyabr 2007-ci il təvəllüdlü X2 və 14 dekabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün X1 ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 22 yanvar 2016-cı il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 22 yanvar 2016-cı il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. 18 aprel 2019-cu il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-492/2019 nömrəli, 13 mart 2019-cu il tarixli qətnaməsi ilə Şəxs artırılmış aliment məbləği məhkəmənin hazırki iş üzrə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla hər ay sabit məbləğdə bir uşaq üçün 100 (bir yüz) manat olmaqla iki uşaq üçün ümumilikdə 200 (iki yüz) manat miqdarında alimentin tutularaq 02 sentyabr 2007-ci il təvəllüdlü X2 və 14 dekabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün X1 ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 22 aprel 2019-cu il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 22 aprel 2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Naxçıvan şəhər 2 saylı Notariat Ofisinin 8İ-2117 reyestr nömrəli 09 sentyabr 2020ci il tarixli icra qeydi ilə Şəxs müddət üçün vaxtında ödənilməmiş 2000 (iki min) manat pulun X4 xeyrinə tutulması göstərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 17 sentyabr 2020-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 17 sentyabr 2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. İcra sənədləri üzrə müxtəlif tarixlərdə dəfələrlə borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən 09 sentyabr 2021-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Şəxs heç bir növ müavinət və təqaüd almadığı müəyyən edilmişdir. Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası tərəfindən 15.11.2021-ci il tarixdə verilmiş 122 nömrəli arayışın surətinə əsasən Şəxs həmin tarixdə tibbi yoxlamadan keçirilmiş və o, sağlamdır. Beləliklə, məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini nəzərə alaraq onun barəsində inzibati cərimə tətbiq olunması nəticəsinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-136/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-136/2021
15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver