Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-137/2021 18.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1981-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN KOD: 7XDM9F6), orta təhsilli, işsiz, evli, iki uşaq atası, deməsinə görə əvvəllər məhkum olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 17 noyabr 2021-ci il tarixdə ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək ərizəsində Su xətti çəkmək üçün 25-lik 13 ədəd 4 metrlik su borusunun və 42 manat dəyərində dirsək mufta, vintil alıb evə qoyduğunu, 15 noyabr 2021-ci il tarixdə, ümumilikdə 120 manat dəyərində aldığı materialların həyətdən oğurlandığını qeyd edərək bu barədə tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 18 noyabr 2021-ci il tarixli, 009908 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında 15.11.2021-ci il tarixdə səhər vaxtlarında qızını 6 №-li bağçaya qoyduğunu, daha sonra 5 №-li məktəbin yanı ilə bazara getdiyini, məktəbin yanında döngəyə girdiyini, paltarını düzəltdiyini, döngəyə girəndə ev tikildiyini, qapının yerində isə çadır asıldığını gördüyünü, çadırın kənarından həyətə girib paltarını düzəltdiyini, çıxanda həyətdə sumkada dirsəklər və muftalar, yan tərəfdə ağ rəngdə uzun su boruları olduğunu gördüyünü, əvvəlcə sumkanı, daha sonra isə gələrək boruları götürdüyünü, tanışı Şahmara zəng vurub yanına getdiyini, "bir həyətdə işləmişəm bunlar da artıq qalıb" dediyini, bunları satmaq istədiyini, Şahmarın isə 30 manat borulara, 10 manat isə dirsəklərə verərəm dediyini, onun isə razılaşdığını, sumka və boruları Şahmara verib, 40 manatı aldıqdan sonra isə evə qayıtdığını, əməlindən çox peşman olduğunu, zərərçəkmişə vurulmuş ziyanı tamamilə ödədiyini və zərərçəkmiş şəxslə barışdığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında qeydiyyatda olduğu ünvan 4 ünvanında olan həyətyanı sahədə özünə ev tikdiyini, 15.11.2021-ci il tarixdə həyətdə su xətti çəkmək məqsədi ilə şəhərcik ilə üz-üzə yerləşən binanın altından Kazım Oğlu Tikinti X2 13 ədəd 4 metrlik su borusu və 42 manat dəyərində su borularını birləşdirmək üçün dirsək və başlıqlar aldığını, ümumilikdə həmin əşyalara 120 (bir yüz iyirmi) manat məbləğində pul verdiyini, saat 11 radələrində aldığı tikinti materiallarını tikdiyi evin həyətinə yığdığını, daha sonra öz şəxsi işlərinin arxasınca getdiyini, növbəti gün tikdiyi evə baxmaq üçün gəldikdə aldığı tikinti materiallarının yerində olmadığını gördüyünü, bundan sonra ərizə ilə polisə müraciət etdiyini, polisin araşdırması nəticəsində ona məxsus olan tikinti materiallarını götürən şəxsin Şəxs olduğunun müəyyən edildiyini, Ruslan tərəfindən ona vurulmuş zərərin əvəzinin ödənildiyini, Ruslanla barışdığını, ondan heç bir şikayəti və tələbi olmadığını qeyd edərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında şahid X5 izahatında 15.11.2021-ci il tarixdə onun əvvəllər işlədiyi yerdən tanıdığı Şəxs ona telefonla zəng vuraraq məndə borular var, işlədilmiş borular da əlimdə qalıb, nağdı pula satıram dediyini, onun da gətir alım dediyini, 15-20 dəqiqə sonra onun əlində 25-lik 13 ədəd 4 metr uzunluğunda boru və sumkada 6 vintil, 30-a yaxın dirsək və mufta olduğu halda gəldiyini, həmin tikinti əşyalarını 40 (qırx) manat verərək Ruslandan satın aldığını, sonra həmin əşyaları 50 manat alaraq yanında işləyən X1, sonradan polisin araşdırması nəticəsində həmin əşyaların Ruslan tərəfindən oğurlanmasını öyrəndiyini bildirdi. Мəhkəmə iclasında şahid X11 izahatında 15.11.2021-ci il tarixdə işdə olarkən Şahmarın ona zəng vuraraq "1 nəfər evini təmir eliyib artıq qalan materialları ucuz qiymətə verir" dediyini, onun da "problem yoxdu gəlirəm baxam" dediyini, Şahmarın yanına gələrək onun yanında 25-lik 13 ədəd 4 metr uzunluğunda boru və sumkada 6 vintil, 30-a yaxın dirsək və mufta olduğunu gördüyünü, bütün bu əşyalar üçün Şahmara 50 (əlli) manat məbləğində pul ödədiyini, həmin əşyaları satın aldığını, sonradan həmin əşyaların Ruslan tərəfindən oğurlandığını öyrəndiyini, həmin əşyaları polis əməkdaşının iştirakı ilə zərərçəkmişə təhvil verdiyini bildirdi. İş materiallarına əlavə olunmuş Şərur Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxs tərəfindən 18 noyabr 2021-ci il tarixdə verilmiş tibbi arayış vərəqəsinin təsdiq olunmuş surətinə əsasən Şəxs “sağlam” olduğu aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun PHŞ Şərur rayon Şöbəsi tərəfindən verilmiş 18 noyabr 2021-ci il tarixli, 08/328 nömrəli arayışdan görünür ki, Əliyev X4 MR Dövlət Sosial Müdafiə Fondunun PHŞ Şərur rayon şöbəsində qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Şərur rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş 18 noyabr 2021-ci il tarixli 04/160 nömrəli arayışdan görünür ki, Şəxs Şərur rayon Məşğulluq Mərkəzində işsiz və iş axtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş materiallarına əlavə edilmiş Şərur rayon İcra Hakimiyyətinin Kosacan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 18 noyabr 2021-ci il tarixli, 556 nömrəli arayışdan görünür ki, Şəxs yoldaşı həqiqətən NMR Şərur rayon, Kosacan kəndində qeydiyyatda durur. İş materiallarına əlavə edilmiş Şərur rayon İcra Hakimiyyətinin Kosacan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 18 noyabr 2021-ci il tarixli, 557 nömrəli arayışdan görünür ki, Şəxs həqiqətən NMR Şərur rayon, Kosacan kəndində qeydiyyatda durur və haliyədə uzun müddətdir ki, Naxçıvan şəhərində yaşayır. İş materiallarında olan 18 noyabr 2021-ci il tarixli mənzilə baxış keçirilməsi barədə protokoldan məlum olur ki, həmin tarixdə Babək rayon Məzrə kənd sakini X6 iştirakı ilə onun mənzilinə Şəxs ünvan 4 ünvanından götürdüyü 13 ədəd 4 metrlik su borusu və su borularını birləşdirmək üçün dirsək və başlıqların götürülməsi üçün baxış keçirilmişdir. İş materiallarında olan 18 noyabr 2021-ci il tarixli aktdan məlum olur ki, həmin tarixdə Babək rayon Məzrə kənd sakini X6 iştirakı ilə Qəşəm Əliyevin ünvanından 25-lik 4 metr uzunluğunda 13 ədəd boru, 5 ədəd 25-lik vintil, 20 ədəd 25-lik dirsək 90ᵒ, 6 ədəd dirsək iç, 25 ədəd dirsək, 25-lik 45ᵒ, 10 ədəd mufta 25-lik polis əməkdaşları tərəfindən götürülmüşdür. İş materiallarında olan 18 noyabr 2021-ci il tarixli, 323 nömrəli ekspert rəyindən məlum olur ki, təqdim olunmuş məktubda qeyd olunan əşyaların ümumilikdə orta bazar qiyməti 120 (bir yüz iyirmi) manat həcmində müəyyən olunmuşdur. İş materiallarında olan 18 noyabr 2021-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Qəşəm Əliyevin ünvanından götürülən 25-lik 4 metr uzunluğunda 13 ədəd boru, 5 ədəd 25lik vintil, 20 ədəd 25-lik dirsək 90ᵒ, 6 ədəd dirsək iç, 25 ədəd dirsək, 25-lik 45ᵒ, 10 ədəd mufta 25-lik Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş 18 noyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 18 noyabr 2021-ci il tarixdə saat 10:20-də inzibati qaydada tutulmuş, həmin tarixdə saat 13:10-da azad edilmişdir. 18 noyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək həyətindən oğurlanmış 120 (bir yüz iyirmi) manat dəyərində olan 25-lik 13 ədəd 4 metr uzunluğunda su borusu və dirsək, mufta, vintilin ona qaytarıldığını dəymiş ziyanın ödənildiyini, Şəxsla barışdıqlarını, heç bir tələbi olmadığını qeyd edərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. -227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eyni zamanda zərərçəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-137/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-137/2021
18.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver