Məhkəmə qərarları › İş №3(078)-137/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-137/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-137/2025 10.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, barəsində X7 icraat aparılan şəxs Şəxs, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 iştirakı ilə, xx.xx.1975-ci ildə Naxçıvan Muxtar Respublikası Sovedabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, subay, 2 uşaq atası, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonunda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş X7 protokola baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin icraatına xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən X7 protokol və ona əlavə edilmiş materiallar daxil olmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1759\2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Şəxs barəsində icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələr aparmamış, beləliklə məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs oğlunun əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə barəsində inzibati iş üzrə icraat aparılan şəxs, Şəxs izahatında 2360 manat borcu olduğunu, hər ay 440 manat ödəməli olduğunu, tikintidə usta olduğunu, aylıq qazancının aylara bağlı olduğunu, evi və maşını olmadığını, anası ilə birlikdə yaşadığını, ailə qurmadığını, anasının evinin olduğunu, anasının evində qardaşı qızınında yaşadığını, axtarışla gəldiyini, axtarış barədə məlumatı olmadığını, icra məmurunun əlaqə saxladığını bildirmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X8 izahatında sentyabr ayından ödəmədiyini, sentyabr ayı 300 manat ödədiyini, yanvar ayı 200 manat ödədiyini, ümumilikdə 2260 manat borcu olduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş MN seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli “X7” protokola, əsasən, Abbasov X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş izahata, əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Emin İmanov tərəfindən izahatı alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ərizədən aydın olur ki, Şəxs icra sənədi üzrə iş materialları ilə tanış olmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ərizədən aydın olur ki, Şəxs müdafiəçi tutmaq istəmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ərizədən aydın olur ki, Şəxs hüquq və vəzifələri izah olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli icra vərəqəsinə, əsasən, cavabdeh Şəxs 08 avqust 2022-ci il tarixli, MŞB/5- 02753 nömrəli Barışıq sazişinə, əsasən, 25 noyabr 2013-cü il təvəllüdlü X5 və 27 avqust 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləğinin dəyişdirilərək, hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması, cavabdeh Şəxs iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya iddiaçının xeyrinə tutulması, cavabdeh Şəxs 50 manat dövlət rüsumu dövlət büdcəsinə tutulması və məhkəmə aktının xx.xx.2025-ci il tarixdə qüvvəyə minməsi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 8(078)-6/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1759/2024 nömrəli, 06 mart 2023- ci il tarixli qətnaməsi əsasında 06 mart 2023-ci il tarixdə verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən aydın olur ki, Zərərçəkmiş şəxs borcun ödənilməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubuna, əsasən, Zərərçəkmiş şəxs müraciətinə baxılması barədə məlumat verilmişdir. xx.xx.2025-ci il tarixli Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin borclunun axtarışı haqqında qərarına, əsasən, Şəxs barəsində axtarışı elan edilmişdir. xx.xx.2025-ci il tarixdə Abbasov X3 Şəhər İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini, öhdəliyin məhz pul öhdəliyi olduğunu və bu günə qədər onun tərəfindən icra ödənişinin düzgün və vaxtında aparılmadığını nəzərə alaraq barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 10 mart 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar