Məhkəmə qərarları › İş №3(078)-138/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-138/2025

10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-138/2025 10.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Naxçıvan şəhər sakini Şəxs barəsində Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyənetdim: Vətəndaş Şəxs 19 oktyabr 2024-cü il tarixdə, saat 02:29-da “VAZ 2103 minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozduğundan barəsində həmin tarixdə protokol tərtib olunmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyinə görə 100 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Şəxs həmin qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan qərarı icra etmədiyindən barəsində 03 mart 2025-ci il tarixdə Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi Dövlət Yol Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol digər sənədlərlə birlikdə 05 mart 2025-ci il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə dəvət olunmuş, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş, lakin o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmiş, işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən məhkəmə işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs əməli işdə olan 19 oktyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolla, 19 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla və hazırki iş üzrə 03 mart 2025-ci il tarixli, İXP ******* nömrəli protokolla tam sübuta yetir. Araşdırma zamanı iş materiallarına əlavə olunmuş 03 aprel 2025-ci il tarixli, **********96 nömrəli mədaxil qəbzindən məlum olmuşdur ki, Şəxs İXP ******* nömrəli protokol əsasında qəbul olunmuş qərar üzrə 100 (yüz) manat cərimə pulu və 60 (altmış) manat dəbbə pulu olmaqla, ümumilikdə 160 (yüz altmış) manat pulu həmin tarixdə ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə araşdırması zamanı təqdim olunmuş sənədlərdən cərimə və dəbbə pulundan başqa digər xərclərin olması müəyyən olunmamışdır. Buna görə də, yuxarıda göstərilən xüsusatları nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinməli, lakin o, müvafiq cəriməni inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyindən inzibati məsuliyyətdən azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar