Məhkəmə qərarları › İş №3(078)-139/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-139/2021

18.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-139/2021 18.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Babək rayon Qaraxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olub, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Vətəndaş Şəxs 10.11.2021-ci il tarixdə tanışı Kamran Həsənovla birlikdə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək Zərərçəkmiş şəxs 450 manat pulu almış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materiallına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahat, zərərçəkmiş şəxsin izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında Naxçıvan şəhər Qaraxanbəyli kəndində yaşadığını və işsiz olduğunu, 10.11.2021-ci il tarixdə tanışı Kamranla birlikdə çay içərkən əvvəldən tanıdığı Tofiq ona zəng edərək işə ehtiyacı olduğunu bildirmiş, həmin vaxt Kamran da söhbəti eşitmiş və o, Tofiqlə sağollaşıb telefonu söndürdükdən sonra Kamran ona Tofiqdən 450 manat almağı və alacağı pulu aralarında bölməyi təkjlif etmiş, o da Kamranın fikri ilə razılaşmışdır. Söhbətdən təqribən 20-25 dəqiqə sonra Tofiqə zəng edərək pul istəmiş, Tofiq də pulu götürüb onların yanına gələcəyini demişdir. Həqiqətən də az müddət sonra Tofiq 450 manat pulu gətirib onlara verdiyi zaman onlar da Tofiqi yaxşı bir mühafizə işinə düzəldəcəklərini demişlər. Tofiq getdikdən sonra 450 manat pulu Kamranla aralarında bölmüşlər. Ertəsi gün Tofiq ona və eyni zamanda Kamrana zəng etmiş, lakin onlar Tofiqin zənginə cavab verməmişlər. 18.11.2021-ci il tarixdə o və Kamran Tofiqə zəng edərək əlavə olaraq 100 manat pul istəmişlər. Tofiq isə pulunun olmadığını bildirmiş və onlara verdiyi 450 manat pulun qaytarılmasını istəmişdir. Onlar da cavabında həmin pulu başqa şəxsə verdiklərini bildirmişlər. 18.11.2021-ci il tarixdə polis əməkdaşlarının onu İdarəyə çağırdıqlarını, əməlinə görə peşman olduğunu, bu hərəkəti uşağı xəstə olduğu və işsiz olduğu üçün etdiyini bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında Elçinlə əvvəllər bir yerdə işlədiyi üçün tanıdığını, Kamranı isə Elçin vasitəsilə tanıdığını, hazırda işsiz olduğunu, iş axtarmaq üçün 10.11.2021-ci il tarixdə tanışı Elçinə zəng edərək ondan işə ehtiyacı olduğunu, bu barədə onunla danışdığını, Elçinin də cavabında “maraqlanıb deyərəm” dediyini, təqribən 20-25 dəqiqə sonra Elçinin ona zəng edərək mühafizə işinin olduğunu, bunun üçün ona 450 manat pul tələb etdiyini, özünün də razılaşaraq pulu Elçinlə Kamrana verdiyini, həmin vaxt onların sabah sənə xəbər verəcəyik dediklərini, ertəsi gün Elçinlə Kamranın ona zəng etmədiyini görüb özünün onlara zəng etdiyini, lakin heç birinin telefona cavab vermədiyini, bir həftə sonra-18.11.2021-ci il tarixdə Elçin və Kamran ona zəng edərək ondan əlavə olaraq 100 manat pul istədiklərində, onlara pulunun olmadığını bildirmiş və onlara əvvəlcədən verdiyi 450 manatı geri istəmişdir. Elçinlə Kamran da pulu başqa şəxsə veridklərini demişlər. Aldandığını anlayıb 18.11.2021-ci il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs ona vurulan ziyanın ödənilmədiyini bildirib qanuni tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 18.11.2021-ci il tarixdə saat 09:30-da inzibati qaydada tutulmuşdur. İş üzrə Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Naxçıvan şəhər şöbəsi tərəfindən 18.11.2021-ci il tarixdə verilmiş 649 nömrəli arayışa əsasən Şəxs Şöbədə qeydiyyatda durmur və ona heç bir növ pensiya almır. Akademik Z.Əliyeva adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxsi tərəfindən 18.11.2021-ci il tarixdə verilmiş 121 nömrəli arayışa əsasən Şəxs həmin tarixdə ambulator olaraq tibbi yoxlamadan keçirilmiş və o, praktiki sağlamdır. Naxçıvan MR X1 publik hüquqi şəxsi QİÇS-lə Mübarizə Şöbəsinin laboratoriyası tərəfindən 18.11.2021-ci il tarixdə verilmiş 7771 nömrəli arayışa əsasən Şəxs həmin tarixdə tibbi yoxlamadan keçirilmiş və o, praktiki sağlamdır. Naxçıvan MR ƏƏSM Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Naxçıvan şəhər Məşğulluq Mərkəzi tərəfindən 18.11.2021-ci il tarixdə verilmiş 291 nömrəli arayışa əsasən Şəxs Mərkəzdə işsiz və işaxtaran kimi qeydiyyatda deyil . Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Zərərçəkmiş şəxs mühafizə işinə düzəldəcəyi barədə vəd vermiş və inamından sui-istifadə edərək Zərərçəkmiş şəxs 450 manat pul almış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə baxışı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. İş üzrə məsuliyyəti yüngülləşdirən hal barəsində inzibati icraat aparılan şəxsin əməlindən peşman olmasıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsidir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 18 noyabr 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar