Məhkəmə qərarları › İş №3(078)-139/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-139/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-139/2024 14.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, xx xxxxx 1986-cı il tarixdə Şərur rayonu, Püsyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, dörd uşaq atası, natamam orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, Bakı şəhərində yerləşən “Sistem” reklam şirkətində reklamçı işləyən, Şərur rayonu, Püsyan kəndində qeydiyyatda olmaqla, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: 07 mart 2024-cü il tarixdə polis baş serjantları Arzu Məmmədov və İlkin Orucov birlikdə xidmətdə olarkən bir nəfər şəxsin psixotrop dərman qəbul etməsi barədə məlumat daxil olmuş və həmin məlumata əsasən psixotrop dərman qəbul etməsi barədə şübhəli bilinən şəxsi Narkoloji Dispanserdən testdən keçirmiş, həmin şəxs 1986-cı il təvəllüdlü Şəxs testinin nəticəsi pozitiv çıxmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, Bakı şəhərində yerləşən “Sistem” reklam şirkətində reklamçı işlədiyini, təxminən 2 ildir ki, Bakı şəhərində yaşadığını, ara-sıra Naxçıvana gəlib-getdiyini, 06 mart 2024-cü il tarixdə günorta saatlarında həmkəndlisi Vüsal, onun tanışları Fərdi, Ceyhun və adını bilmədiyi bir nəfər şəxslə Bakı şəhəri, Ramana qəsəbəsində “Bekar evi” deyilən yerdə oturduqlarını, bu zaman stolda olan patı adlanan narkotik vasitəni həmin şəxslərlə birlikdə falqa vasitəsilə istifadə etdiklərini, həmin günün gecəsi, yəni 07 mart 2024-cü il tarixdə, gecə 03:30 saatlarında təyyarə ilə Naxçıvana gəldiyini, təxminən 2 ildir ki, narkotik vasitə istifadə etdiyini, ara-sıra marixuanadan istifadə etdiyini, təxminən 4-5 gün bundan əvvəl də Bakı şəhərində tək istifadə etdiyini, əməlindən peşman olduğunu, bir daha bu kimi əməllərə yol verməyəcəyini, yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi məhkəmə araşdırması zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 533 nömrəli, 14 mart 2024-cü il tarixli məktubuna əsasən, 07 mart 2024-cü il tarixdə dispanserdə narko-test üsulu müayinə nəticəsində Şəxs 07 mart 2024-cü il tarixdə götürülmüş sidik nümunəsində MET (metanfetamin) müsbət aşkar olundu. AMP (-), OPİ (-), MOP(-), MDMA (-), BUP (-), PCP (- ), BZO (-), COC (-), MTD (-), BAR (-) aşkar olunmadı. Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X4 tərəfindən 14 mart 2024-cü il tarixdə verilmiş 94 nömrəli rəyə əsasən, Şəxs “Kannabinoidlərin və metamfetaminin birgə qəbulu nəticəsində psixi və davranış pozuntusu” xəstəliyi aşkar edilir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs 07 mart 2024-cü il tarixdə Y.Budaqov adına Naxçıvan MR X3 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə MET (metamfetamin) müsbət aşkar olunmuşdur. 13 mart 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 13 mart 2024-cü il tarixdə, saat 12:15-də inzibati qaydada tutulmuşdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. Məhkəmə inzibati xəta törədən şəxsin etirafını, səmimi peşmançılığını, 4 uşağının olması məsuliyyəti yüngülləşdirici hallar kimi nəzərə alır. İşdə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə, iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin.

2. İnzibati həbsin əvvəli 13 mart 2024-cü il tarixdən hesablansın.

3. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət vermək olar.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar