Məhkəmə qərarları › İş №3(078)-14/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-14/2023

13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-14/2023 13.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin «X7» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş «X7» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəməyə «X7» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş materialdan görünür ki, «X7» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 13 oktyabr 2020-ci il tarixdə Türkiyə Respublikasına malların alınması məqsədilə 155750 (yüz əlli beş min yeddi yüz əlli) USD məbləğində avans ödənişi köçürülmüş, lakin 2 il tamam olmasına baxmayaraq 27600 (iyirmi yeddi min altı yüz) USD məbləğində vəsait hesabına alınan malların idxal edilməsini təsdiqləyən sənəd banka təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. Məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «X7» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 izahatında əməli etiraf etməyərək, özlərini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilmədiklərini, gömrük bəyannaməsinin olduğunu, banka təqdim olunduğunu, müəyyən sənədləşmədə yaranan diqqətsizlik nəticəsində xətanın baş verdiyini, hazırda nəzərdə tutulan məbləğin ölkəyə idxal edildiyini, bunların nəzərə alınaraq, qanuni qərar verilməsini xahiş etdi. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: 28 noyabr 2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, «X7» Məhdud Məsuliyyətli Cəmiyyəti 155750 (yüz əlli beş min yeddi yüz əlli) ABŞ dolları məbləğində vəsaiti 13 oktyabr 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 27600 (iyirmi yeddi min altı yüz) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 14 oktyabr 2022-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 23 noyabr 2022-ci il tarixli, KB-252-2-2022-63 nömrəli məktubuna əsasən, «X7» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 13 oktyabr 2020-ci il tarixdə Türkiyə Respublikasına malların alınması məqsədilə 155750 (yüz əlli beş min yeddi yüz əlli) USD məbləğində avans ödənişi köçürülmüş, lakin 2 il tamam olmasına baxmayaraq 27600 (iyirmi yeddi min altı yüz) USD məbləğində vəsait hesabına alınan malların idxal edilməsini təsdiqləyən sənəd banka təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 13 yanvar 2023-cü il tarixli, 02/68 nömrəli məktubuna əsasən, «X7» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Türkiyə Respublikasında yerləşən “Akhan Group” Tekstil ve Endustriyel Makine. Demir, Çelik Ulus.Dış.Tic.LTD.ŞTİ-nə alınan malların müqabilində köçürülmüş 155750 USD vəsaitin 27600 USD məbləğində X5 banka təqdim edilmədiyi üçün 23.11. 2022-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etdiklərini, xx.xx.2022-ci il tarixdə sonradan təqdim edilən YGB-lərə əsasən isə vəsaitin tam bağlandığını göstərmişdilər. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, «X7» Məhdud Məsuliyyətli Cəmiyyətinin əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, «X7» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində cərimə edilməsi növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43,114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: «X7» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında- 5520 (beş min beş yüz iyirmi) ABŞ dolları məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar