Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-14/2024 08.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, xx xxx 1992-ci il tarixdə Sədərək rayonu, Maxta kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, üç uşaq atası, ali təhsilli, kompyuter üzrə proqram tərtibatçısı işləyən, deməsinə görə əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla, Şərur rayonu, Maxta kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Naxçıvan MR Daxili İşlər Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: 31 dekabr 2023-cü il tarixdə Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında, istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilinən Şəxs 31 dekabr 2023-cü il tarixdə, təxminən saat 20:00 radələrində Kəngərli rayonu, Qıvraq qəsəbəsində saxlanılmış, saat 20:30 radələrində Naxçıvan MR Daxili İşlər Nazirliyinin inzibati binasına gətirilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, təxminən iki-üç ildir ki, narkotik vasitələrdən istifadə edirəm. Yenə də şəxsi istifadəm üçün avtomobilimdə “Marixuana” narkotik vasitəsi saxlayırdım. Həmin narkotik vasitəni satış məqsədilə deyil, öz şəxsi istifadəm üçün əldə etmişəm. Özüm “Marixuana” narkotik vasitəsi istifadə edirəm. Həmin narkotik vasitəni müntəzəm deyil, ara- sıra qəbul edirəm. 31 dekabr 2023-cü il tarixdə Naxçıvan şəhərindən Şərur rayonu, Maxta kəndinə gedərkən iki nəfər mülki geyimli şəxs mənim idarə etdiyim avtomobili Kəngərli rayonu, Qıvraq qəsəbəsində saxlayaraq özlərini mənə polis əməkdaşı kimi təqdim edib, məni saxlayaraq Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati binasına gətirdilər. X5 Nazirliyində mənim üzərimdə şəxsi axtarış keçirildi. Mənə məxsus nəqliyyat vasitəmdə şəxsi istifadəm üçün bir büküm “Marixuana” narkotik vasitəsi var idi və həmin narkotik vasitəni polis əməkdaşlarına təqdim etdim. Əməlimdən peşmanam. Bir daha bu kimin əməllərə yol verməyəcəyəm. Mənə yüngül cəza verilməsini xahiş edirəm. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi məhkəmə araşdırması zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 tərəfindən 07 yanvar 2024-cü il tarixdə verilmiş 1 nömrəli rəyə əsasən, Məmmədov X2 narkomaniyası xəstəliyindən əziyyət çəkir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 yanvar 2024-cü il tarixli rəyə əsasən, ekspertiza tədqiqatına təqdim edilən, üzərində “Şübhəli şəxs: imza Şəxs, Müdafiəçi: imza Məhərrəm Abdullayev...” ad, soyad və imzalar (05 imza) olan və üzərində “AZƏRBAYCAN RESPUBLİKASİ DİN NAXÇİVAN MR DİN ZƏRFLƏR ÜÇÜN” dairəvi möhür əksi vurulmuş ağ dördkünc kağız parçasında 01 yerdən yapışdırılmış vəziyyətdə 01 ədəd kağız zərfdə, 01 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi - 0,303 qram olan yaşılımtıl rəngli, spesifik iyli, xırdalanmış bitki mənşəli kütlə, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı İ bənd sıra №146). 01 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, Şəxs əməlində cinayətin tərkib əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. 07 yanvar 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 07 yanvar 2024-cü il tarixdə, saat 09:07-də inzibati qaydada tutulmuşdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. Məhkəmə inzibati xəta törədən şəxsin etirafını, səmimi peşmançılığını, himayəsində 3 uşağının olmasını məsuliyyəti yüngülləşdirici hallar kimi nəzərə alır. İşdə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib inzibati qaydada cərimə edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə, iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-14/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-14/2024
08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver