Məhkəmə qərarları › İş №3(078)-140/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-140/2022

23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-140/2022 23.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və X6 iştirakları ilə, xx.xx.1980-ci ildə Babək rayonu, Qaraxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, 3 uşaq atası, fərdi işlə məşğul olan, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 23 noyabr 2022-ci il tarixli, 90889/2019 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 23 noyabr 2022-ci il tarixli, 012265 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-661/2019 nömrəli, 14 iyun 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 16 may 2019-cu il tarixdən hesablanmaqla başlayaraq hər ay sabit məbləğdə bir uşaq üçün 100 (bir yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat miqdarında alimentin tutularaq 10 mart 2006-cı il təvəllüdlü X2, 11 mart 2012-ci il təvəllüdlü X3 və 23 sentyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı X7 ödənilməsi qət olunmuşdur. İş üzrə icraata başlamaq haqqında qərarla xx.xx.2019-cu il tarixdə icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin müvafiq məktublarla göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarlarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs izahatında Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-661/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 16 may 2019-cu il tarixdən hesablanmaqla 10 mart 2006-cı il təvəllüdlü X2, 11 mart 2012-ci il təvəllüdlü X3 və 23 sentyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat miqdarında alimenti tələbkar X6 xeyrinə ödəməli olduğunu, həmin icra sənədinin icraata qəbul edilməsinə dair icra məmuru tərəfindən qəbul edilmiş qərarın, tələbin könüllü icrası barədə bildirişlə ona göndərildiyini, qərar və bildirişdə ona tələbin könüllü təmin edilməsinin təklif olunduğunu, tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edildiyini, lakin imkanı olmadığı üçün və pandemiya ilə əlaqədar olaraq işləyə bilmədiyi üçün bu günədək tələbi tam təmin etmədiyini, icra sənədinə əsasən aliment üzrə bu günə qədər 10.380 (on min üç yüz səksən) manat borcunun yarandığını, işlə əlaqədar Türkiyə Respublikasında yaşadığından ona dəfələrlə icra sənədi üzrə tələbin təmin edilməsi üçün telefonla əlaqə saxlanıldığını, xəbərdarlıq edildiyini, tələb təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edildiyini, lakin yenə də imkanı olmadığı üçün həmin aliment borcunu ödəmədiyini, əməlindən peşman olduğunu bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərər çəkmiş şəxs X9 izahatında Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-661/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 16 may 2019-cu il tarixdən hesablanmaqla 10 mart 2006-cı il təvəllüdlü X2, 11 mart 2012-ci il təvəllüdlü X3 və 23 sentyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat miqdarında alimentin borcludan alınaraq ona ödənilməli olduğunu, borclunun hazırda 10.380 (on min üç yüz səksən) manat məbləğində borcu olduğunu, onun aliment borcunu ödəməsini istədiyini, uşaqlarını saxlamaqda çətinlik çəkdiyini bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 14 iyun 2019-cu il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-661/2019 nömrəli, 14 iyun 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş 14 iyun 2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 16 may 2019-cu il tarixdən hesablanmaqla başlayaraq hər ay sabit məbləğdə bir uşaq üçün 100 (bir yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat miqdarında alimentin tutularaq 10 mart 2006-cı il təvəllüdlü X2, 11 mart 2012-ci il təvəllüdlü X3 və 23 sentyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı X7 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-661/2019 nömrəli, 14 iyun 2022-ci il tarixli icra vərəqəsi üzrə üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2019-cu il tarixdə tələbin könüllü icrası haqqında bildiriş, xx.xx.2019-cu il tarixdə və xx.xx.2022-ci il tarixdə xəbərdarlıq göndərilmişdir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumat vərəqindən görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-33/2019 nömrəli, 08 noyabr 2019-cu il tarixli qərardadı əsasında Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclunun axtarılması haqqında 04 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Naxçıvan Şəhər Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 04 aprel 2022-ci il tarixli, 02/158 nömrəli məktubundan məlum olur ki, Şəxs heç bir növ müavinət və təqaüd almır. İş materiallarına əlavə olunmuş X14 adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxs tərəfindən 23 noyabr 2022-ci il tarixdə verilmiş, 2770 nömrəli icbari tibbi müayinə vərəqəsinin təsdiq olunmuş surətinə əsasən Şəxs “sağlam” olduğu aydın olur. Naxçıvan MR Dövlət Sosial Müdafiə X16 Şəxsinin Hərbi Qulluqçular Xüsusi Rütbəli Şəxslərlə İş Şöbəsinin 31 mart 2022-ci il tarixli, 02/109 nömrəli məktubundan aydın olur ki, Şəxs şöbə tərəfindən heç bir növ pensiya ödənilmir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər Şöbəsi tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli, 02/409 nömrəli məktubdan görünür ki, Məmmədov X5 MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsində qeydiyyatda durmur və heç bir növ pensiya almır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı və zərərçəkmiş şəxsin izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 23 noyabr 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X10 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar