Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-140/2023 29.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Babək rayonu, Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, subay, işsiz, deməsinə görə əvvəllər məhkum edilmiş, Naxçıvan MR Babək rayon Cəhri qəsəbəsində qeydiyyata olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 29 mart 2023-cü il tarixli, 008854 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə inspektoru X4 tərəfindən tərtib olunmuş 29 mart 2023-cü il tarixli, 008854 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 28 mart 2023-cü il tarixdə Naxçıvan şəhər, Ə.Əliyev küçəsində yerləşən "Dan Yeri" marketin yaxınlığında uca səslə oxuyaraq nalayiq ifadələr işlətmiş, ona yaxınlaşaraq ondan etdiyi hərəkətlərə son verməsini, əməllərinin inzibati xəta olduğunu izah edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildiyini, Cəhri qəsəbəsində yaşadığını, xx.xx.2023-cü il tarixdə Cəhridən çıxaraq Naxçıvan şəhərinə gəldiyini, şəhərə çatanda günorta olduğunu, axşama kimi şəhəri gəzdiyini, gecə vaxtı saat təqribi 22 radələrində Cəhriyə qayıtmaq məqsədi ilə piyada dörd yola getməyə başladığını, yolun boş olduğunu görüb mahnı oxumağa başladığını, yolda yorulub “Dan yeri” marketin yanında dayanıb bir siqaret çəkdiyini, həmin vaxtı təzədən mahnı oxumağa başladığını, orada söyüş söydüyünü, həmin vaxtı polisin gəldiyini, polisləri görüb ucadan mahnı oxumağa başladığını, qışqırdığını, sonra polislərin sakit dayan qışqırma dediklərini, onun da buna əsəbləşib polisi söydüyünü, həmin vaxt polisin ondan adını soruşduğunu, onun isə demədiyini, sonra qaçmaq istədiyini, qaça bilmədiyini, sonra başqa polis maşınının da gəldiyini, ondan da polislərin düşdüyünü, onu maşına mindirib aparmaq istədiklərini, onun da əsəbləşib yenəd də polisləri söydüyünü, onların da onu idarəyə gətirdiklərini, hazırda etdiyi əməldən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X2 məhkəmə iclasında verdiyi ifadəsində 28 mart 2023-cü il tarixdə axşam saat təxminən 2200 radələrində şəhərdə gəzdiyini, “Dan yeri” marketin yanından keçəndə bir nəfər cavan oğlanın qabaqda ucadan mahnı oxuduğunu, ara bir qışqıraraq ucadan səs-küy saldığını, sonra bir nəfər polis əməkdaşının həmin şəxsə yaxınlaşdığını, etdiyi hərəkəti dayandırmasını tələb etdiyini, ancaq həmin şəxsin polisə qarşı nalayiq ifadələr işlətdiyini, polis əməkdaşlarını söydüyünü, əlavə bir neçə polis əməkdaşlarının polis maşını ilə həmin yerə gəldiyini, şəxsin polis əməkdaşlarına tabe olmayaraq onlarla getmək istəmədiyini, yenə söyüşlərinə davam etdiyini, sonra polislərin həmin adamı polis maşınına mindirib apardıqlarını, sonradan həmin şəxsin Şəxs olduğunu öyrəndiyini bildirdi. X1 məhkəmə iclasında verdiyi ifadəsində 28 mart 2023-cü il tarixdə axşam saat 22:10 radələrində polis sahə inspektoru, polis baş leytenantı Ceyhun İsgəndərovun onlarla əlaqə saxlayaraq dan yeri marketin yanına gəlmələrini istədiyini, həmin yerə gəldikdə Ceyhun İsgəndərovun bir nəfər şəxsi hüquq pozuntusu törədərkən ona irad bildirdiyini, lakin şəxsin tabesizlik göstərdiyini bidirdiyini, həmin vaxt şəxsin polisləri söydüyünü, onu maşına əyləşdirib polis şöbəsinə aparmaq istəsələr də onun onlara müqavimət göstərdiyini, nalayiq ifadələrə davam etdiyini, sonra özlərinin həmin şəxsi avtomobillə Naxçıvan Şəhər Polis İdarəsinə gətirdiklərini, həmin şəxsin kimliyini müəyyən edib onun Şəxs olduğunu öyrəndiklərini bildirdi. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublika Xəstəxanası X14 tərəfindən 29 mart 2023-cü il tarixdə verilmiş məktuba əsasən Şəxs tibbi müayinədən keçdiyi və ona “praktik sağlam” diaqnozu qoyulduğu aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 29 mart 2023-cü il tarixli, 03/582 nömrəli arayışdan görünür ki, Qəribov X7 şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda durmur və heç bir növ sosial müavinət və təqaüd almır. İş materiallarına əlavə edilmiş Babək rayon İcra Hakimiyyətinin Cəhri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 mart 2023-cü il tarixli, 994 nömrəli arayışdan görünür ki, Şəxs həqiqətən Babək rayonu Cəhri qəsəbəsində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Babək rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş 29 mart 2023-cü il tarixli, 99 nömrəli arayışdan görünür ki, Şəxs Babək rayon Məşğulluq Mərkəzində işsiz və işaxtaran kimi qeydiyyatda deyil və ona heç bir müavinət ödənilməmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 29 mart 2023-cü il tarixdə saat 14:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 29 mart 2023-cü il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin İTŞnin polis sahə inspektoru VMİE polis baş leytenantı Ceyhun İsgəndərov tərəfindən verilən raportda xx.xx.2023-cü il tarixdə saat 22:10 radələrındə bir nəfər şəxsin Əziz Əliyev küçəsində Dan yeri marketin yaxınlığında uca səslə mahnı oxuduğunu və nalayiq ifadələr işlətdiyini müşahidə etdiyini, həmin şəxsə yaxınlaşaraq ondan etdiyi hərəkətlərə son verməsinin və əməllərinin inzibati xəta olduğunu izah etdiyini, lakin həmin şəxs öz hərəkətlərinə davam edərək qanuni tələbinə qəsdən tabe olmadığını. onu idarəyə getməyə dəvət etdiyini, həmin şəxsin müqavimət göstərdiyini, əraziyə dəvət olunan polis naryadlarının köməkliyi ilə həmin şəxs tərəflərindən Naxçıvan Şəhər Polis idarəsinə gətirildiyini, idarədə həmin şəxsin Babək rayon Cəhri qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs olduğunun məlum olduğu qeyd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün izahatı ilə yanaşı, şahidlərin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhəkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXMin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, cərimə növündə inzibati tənbehin tətbiq edilməsi kifayət sayılmır ona görə də Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 29 mart 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X8 həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-140/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-140/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver