Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-141/2023 30.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Şərur rayon Qışlaqabas kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, işsiz, subay, iki uşaq anası, deməsinə görə əvvəllər məhkum olunmayan, Babək rayon Nəzərabad kəndində qeydiyyatda olub, Naxçıvan şəhəri Əcəmi 4/34 ünvanında kirayə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhəri Əcəmi 4/29 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanında yaşayan X1 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə aralarında yaranmış mübahisə zəminində qonşusu Şəxs onu döymüşdür. X6 qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə inspektoru polis mayoru X8 tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 30 mart 2023-cü il tarixdə 008856 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında xx.xx.2023-cü il tarixdə yaşadığı mənzilə qalxan zaman pilləkənlərdə Ə.Hüseynova ilə qarşılaşmış, onun Əfsanəyə borcu olduğundan Əfsanə borcunu istəmiş, bu zaman aralarında mübahisə yaranmışdır. Zərəçəkmiş şəxslə barışmışdır. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Мəhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında Əfsanə ilə qonşu olduğunu, Şərəbanının ona pul borclu olduğunu, Şərəbanı ilə xx.xx.2023-cü il tarixdə qarşılaşdıqları zaman ondan pulu istədiyini, bu zaman aralarında mabahisə yarandığını, Şərəbanının onu vuraraq sağlamlığına zərər vurduğunu, lakin onu bağışladığını, ondan heç bir şikayət və tələbin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9 tərəfindən xx.xx.2023-cü il tarixli 206 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, X6 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində başın tüklü hissəsində xüsusndə ənsə nahiyyəsində diffuz (geniş yayılmış) diapedez (nöqtəşəkilli) qansızmalar, boynun kökündə 2 ədəd qançır. Qançır küt əşyanın təsirindən törənmişdir, həmçinin biavasitə yumruq zərbəsinin boyun kökünə təsirindən yarana bilərdi. Diapedez (nöqtəşəkilli) qansızmalar isə saçların yolunması nəticəsində yaranmağa xarakterikdir. Xəsarətlərin müddəti müayinədən 1 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi müəyyən edilmir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 176 nömrəli arayışın surətinə əsasən, Şəxs xəstəxanada ambulator olaraq tibbi müayinədən keçmiş və ona “Praktik sağlam” diaqnozu qoyulmuşdur. İş üzrə Naxçıvan MR Əhalinin Sosial Müdafiəsi Nazirliyi Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 03/585 nömrəli arayışa əsasən Şəxs Mərkəzdə qeydiyyatda durmur və ona heç bir növ müavinət və təqaüd ödənilmir. İş üzrə Naxçıvan MR Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Babək rayon Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 100 nömrəli arayışa əsasən Şəxs Mərkəzində işsiz və işaxtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən qəbul edilən qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməsinə dair iş üzrə icraata zərərçəkmiş şəxsin inzibati icraat aparılan şəxslə barışması əsası ilə xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-141/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-141/2023
30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver