Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-142/2023 30.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, Uşaq Xəstəxanasında xadimə işləyir, evli, üç uşaq anası, deməsinə görə əvvəllər məhkum olunmayan, Naxçıvan şəhəri Əcəmi 4/29 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: xx.xx.2023-cü il tarixdə Babək rayon Nəzərabad kəndində qeydiyyatda olub, Naxçıvan şəhəri Əcəmi 4/34 ünvanında kirayə yaşayan X1 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə aralarında yaranmış mübahisə zəminində qonşusu Şəxs onu döymüşdür. X3 qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə inspektoru polis mayoru X9 tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 30 mart 2023-cü il tarixdə 008855 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında xx.xx.2023-cü il tarixdə yaşadığı mənzilə qalxan zaman pilləkənlərdə Ş.Baxşəliyeva ilə qarşılaşmış, Şərabanı ona borcu olduğundan ondan borcunu istəmiş, bu zaman aralarında mübahisə yaranmışdır. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Мəhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında Əfsanə ilə qonşu olduğunu, Əfsanəyə pul borclu olduğunu, Əfsanənin də xx.xx.2023-cü il tarixdə qarşılaşdıqları zaman ondan pulu istədiyini, bu zaman aralarında mabahisə yarandığını, Əfsanənin onu vuraraq sağlamlığına zərər vurduğunu, lakin onunla barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X10 tərəfindən xx.xx.2023-cü il tarixli 207 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, X3 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində heç bir xəsarət və xəsarət izləri müəyyən edilmədi. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 175 nömrəli arayışın surətinə əsasən, Şəxs xəstəxanada ambulator olaraq tibbi müayinədən keçmiş və ona “Praktik sağlam” diaqnozu qoyulmuşdur. İş üzrə Naxçıvan MR Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 03/574 nömrəli arayışa əsasən Şəxs Mərkəzdə qeydiyyatda durmaqla övladı Hüseynova Dərya Famil qızına sağlamlıq imkanı məhdud 18 yaşadək uşağa görə xx.xx.2024-cü il tarixədək sosiam müavinət və qulluq üçün Prezident təqaüdü ödənilir. İş üzrə Naxçıvan MR Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Naxçıvan şəhər Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 151 nömrəli arayışa əsasən Hüseynova X5 işsiz və işaxtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən qəbul edilən qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli təqsirli bilinməsinə dair iş üzrə icraata zərərçəkmiş şəxsin inzibati icraat aparılan şəxslə barışması əsası ilə xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-142/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-142/2023
30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver