Məhkəmə qərarları › İş №3(078)-142/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-142/2025

12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-142/2025 12.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində X13 icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakları ilə, xx.xx.1990-cı ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, evli, 2 uşaq atası, ali təhsilli, mühasib, Naxçıvan şəhəri, X17 küçəsi, döngə 1, ev 16 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş X13 protokola baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin icraatına xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən X13 protokol və ona əlavə edilmiş materiallar daxil olmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1241\2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Şəxs barəsində icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələr aparmamış, beləliklə məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinə dair protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədə barəsində inzibati iş üzrə icraat aparılan şəxs, Şəxs izahatında bələdiyyədə işlədiyini, bələdiyyə olaraq sistemdə qeydiyyatdan keçirilmədiyini, bələdiyyənin seçkilərlə əlaqəli ləğv olunacağanı, 2-3 ay gəlir əldə etçədiyini, bələdiyyənin gəlirlərindən gəlirləri formalaşdığına görə maaş ala bilmədiyini, axırıncı əmək haqqını noyabrda aldığını, sistemdə görsənməyəcəyini, yanvar ayında çağırıldığını, 500 manat ödənildiyini, 5 aydır ki, əməkhaqqı almadığını, rəsmi qeydiyyatdan keçəndən sonra əməkhaqqından tutulmasını, ona da bura gəlməyin xoş olmadığını, keçən ayın fevralın 17-ə rəsmiləşdiriləcəyini, əvvəlki iş yerində 382 manat aldığını, indiki iş yerində 742 manat maaş alacağını, müqavilə bağlandıqdan sonra müqaviləni də gətirə biləcəyini, rəsmiləşmənin 20-25 gün çəkəcəyini, indiyə qədər iş barəsində əziyyət çəkdiyini, 388 manat maaşla 220 manat aliment tutulduğunu, çətinlik çəkdiyini, rəsmi olaraq 220 manat ödəyə bilmədiyini, axırıncı dəfə yanvar ayı 660 manat ödədiyini, son borcunun 1050 manat olduğunu, mart ayı əməkhaqqı ödəniləndikdən sonra ödəyəcəyini, ən azından 400-500 manat ödəyə biləcəyini, bura gələndə narahat olduğunu, əmək kitabçasını, müqavilənin surətini verə biləcəyini, borcunu maaşını aldıqdan sonra ödəyəcəyini bildirmiş və məhkmədən qanuni qərar qəbul edilməsini bildirmişdir. Məhkəmədə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında bildirmişdir ki, başqa icra məmurunda Kapital Bankla əlaqəli borcunun olduğunu, hər ikisini necə ödəyəcəyini, 288 manatda orda borcunun qaldığını, əməkhaqqının 70% yönələ bildiyini, əməkhaqqına yönəldilə bilmədiyini, sistemdə rəsmi iş yeri görsənmədiyini, ona da xoş olmadığını, rəsmi əmək müqaviləsi olsa, borcun əməkhaqqına yönələ biləcəyini, 1 ay ödəniş etdikdən sonra, yenidən ödəniş edə bilməyəcəyini bildirmiş və məhkmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş MN seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli “X13” protokola, əsasən, Bağırov X9 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş izahata, əsasən, Şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində izahat alınmış və borclu imza çəkməkdən imtina etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ərizədən aydın olur ki, Şəxs icra sənədi üzrə iş materialları ilə tanış olmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ərizədən aydın olur ki, Şəxs müdafiəçi tutmaq istəmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ərizədən aydın olur ki, Şəxs hüquq və vəzifələri izah olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1241/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Zərərçəkmiş şəxs Şəxs Oktay oğluna qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki iş üzrə ərizə təmin edilməsi, Zərərçəkmiş şəxs nümayəndəsi X5 ilə Şəxs Oktay oğlu arasında 23 aprel 2023-cü il tarixdə Naxçıvan şəhər Mediasiya Təşkilatında bağlanmış Q-447 saylı barışıq sazişinin təsdiq edilməsi, Zərərçəkmiş şəxs nümayəndəsi X5 ilə Şəxs Oktay oğlu arasında 23 aprel 2023-cü il tarixdə Naxçıvan şəhər Mediasiya Təşkilatında bağlanmış Q-447 saylı barışıq sazişinə, əsasən, Şəxs Oktay oğlu birgə nikahdan 30 mart 2016-cı ildə doğulmuş X1 üçün haliyyədə ödədiyi 170 manat məbləğində alimentin miqdarının 50 manat artırılaraq 220 manat məbləğinə çatdırılmasını və uşaq yetkinlik yaşına çatana kimi hər ay Zərərçəkmiş şəxs 220 manat məbləğində aliment ödəyəcəyini öhdəsinə götürməyi, ilkin aliment ödənişinin aprel ayının 25-i 30-u arası aprel ayı üçün ödənilməsi razılığına gəldiklərini, sonrakı aliment ödənişlərinin isə hər ayın 25-dən 30-dək Zərərçəkmiş şəxs təqdim edəcəyi bankomat kart hesabına köçürülməsi vasitəsilə ödənilməsi razılığına gəldiklərini, Şəxs Oktay oğlu birgə nikahdan 30 mart 2016-cı ildə doğulmuş X6 hərəkət sərbəstliyini təmin etməyi və o cümlədən Azərbaycan Respublikasının hüdudlarını Zərərçəkmiş şəxs himayəsi və nəzarəti altında tərk etməsi üçün Zərərçəkmiş şəxs uşaq 18 yaşına çatanadək birdəfəlik notarial qaydada təsdiq olunmuş müvafiq hüquqi sənədin verilməsini öhdəsinə götürməsi qət edilmiş, qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almış və həmin tarixdə icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Zərərçəkmiş şəxs səlahiyyətli nümayəndəsi X15 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X2 Şəhər Məhkəməsinin 2(078)-1241/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi üzrə borclu Şəxs 2024-cü ilin dekabr ayıda daxil olmaqla 1050 manat aliment borcuna dair ərizə vermişdir. xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən tələbin könüllü olaraq edilmədiyndən 2024-cü ilin dekabr ayı da daxil olmaqla 1050 manat borcunun olduğunu və tələbin yerinə yetirlmədiyi halda məcburi gətirilmə barədə təqdimatla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Borclunun məcburi gətirilməsi barədə qərarın surəti Zərərçəkmiş şəxs göndərilmişdir. xx.xx.2025-ci il tarixli Şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə təhvil verilməsi barədə akta, əsasən, Bağırov X10 Şəhər İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Elektron portaldan alınmış məlumatda Şəxs adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı, şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, barəsində X13 icraat aparılan şəxsin məhkəmə qətnaməsini tam və vaxtında icra etməməsi borclunun mülkiyyətində borcun icrasına yönəldə biləcəyi əmlakının və gəlirinin olmaması kimi üzrlü səbəblərdən qaynaqlanmışdır. Belə ki, X13 protokola əlavə edilmiş Elektron İcra Sistemindən Şəxs məlumatları üzrə çıxarışdan pensiya, təqaüd və sair gəlirlərinin olmadığı, mülkiyyətində heç bir daşınmaz əmlak və ya nəqliyyat vasitəsinin olmadığı müəyyən olunmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı icra işində olan ödəniş qəbzlərindən, borclunun və icra məmurunun məhkəməyə verdiyi izahatlarından borclu tərəfindən tələbkara hər ay ödənişlər edildiyi, borclunun hərəkətsiz qalmadığı müəyyən olunmuşdur. İş üzrə araşdırma zamanı borclunun qərarın icrasından üzrsüz səbəbdən yayındığını göstərən tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun ödənilməsi imkanı olduğu halda ödənilməməsi kimi hallar müəyyən olunmamışdır. “İcra haqqında” Qanunun 82-ci maddəsi icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmuş tədbirlər nəticə vermədiyi hallarda borclunun ilk növbədə inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək vəzifəsini qoymuşdur. İş materiallarına əlavə edilmiş qəbzlərdən və borclunun və icra məmurunun məhkəmədə verdiyi izahatlarından görünür ki, Şəxs tərəfindən aylıq ödənişlər həyata keçirilmişdir. Lakin 5 aydır ki, əmək haqqını ala bilməməsi ilə əlaqədar aliment borcunu ödəyə bilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilibedilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır... Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. İşin araşdırılması zamanı barəsində X13 iş üzrə icraat aparılan şəxs tərəfindən icra sənədinin qərəzli olaraq icra edilməməsi halı aşkar edilməmiş, onun tərəfindən aylıq ödənişlər ödənildiyi müəyyən edilmiş, onun tələbin yönəldilə biləcəyi əmlakı və ya gəliri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında X13 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X13 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici X13 iş üzrə icraatın hər bir mərhələsində (X13 işin baxılmağa hazırlanması, X13 işə baxılması və X13 iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair X13 iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən X13 iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, X13 iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130, 138-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində X13 iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar