Məhkəmə qərarları › İş №3(078)-143/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-143/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-143/2023 10.04.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Babək rayon Sirab kəndində qeydiyyatda olub, hüquqi şəxs yaratmadan fərdi qaydada sahibkarlıq fəaliyyəti iiə məşğul olan vəzifəli səxs (VÖEN: **********) X1 17 mart 2023-cü il tarixində X6 İdarəsinin Gömrük Əməliyyatları İdarəsində **********05181 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda verləsdirilməkdən ötrü bəyan olunmuş 1681 yerdən ibarət invovs dəyəri 8108.85 ABŞ dolları təşkil edən qarısıq məişət mallarından ibarət yükün "X3” gömrük postunun ərazisində yoxlanılması zamanı müvafiq mala aid HE081 nömrəli, xx.xx.2023-cü il tarixli invoysun 9 və 10-cu pozisiyalarında göstərilən 27 yer, 142.92 kq, 2430 paket (hər paketdə 20 ədəd olmaqla ümumilikdə 48600 ədəd), ümumi invovs dəyəri 367.18 ABŞ dolları olan malların xx.xx.1999-cu il tarixli. 678-İQ nömrəli ‘Ətraf mühitin mühafizəsi haqqında’’ Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən idxalı qadağan olunmuş birdəfəlik istifadə ücün nəzərdə tutulan plastik qasıqlar və cəngəllər olduğu aşkar edilmişdir. Bununla da X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işəbaxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Babək rayon Sirab kəndində qeydiyyatda olub, hüquqi şəxs yaratmadan fərdi qaydada sahibkarlıq fəaliyyəti iiə məşğul olan vəzifəli səxs (VÖEN: **********) X1 17 mart 2023-cü il tarixində X6 İdarəsinin Gömrük Əməliyyatları İdarəsində **********05181 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda verləsdirilməkdən ötrü bəyan olunmuş 1681 yerdən ibarət invovs dəyəri 8108.85 ABŞ dolları təşkil edən qarısıq məişət mallarından ibarət yükün "X3” gömrük postunun ərazisində yoxlanılması zamanı müvafiq mala aid HE081 nömrəli, xx.xx.2023-cü il tarixli invoysun 9 və 10-cu pozisiyalarında göstərilən 27 yer, 142.92 kq, 2430 paket (hər paketdə 20 ədəd olmaqla ümumilikdə 48600 ədəd), ümumi invovs dəyəri 367.18 ABŞ dolları olan malların xx.xx.1999-cu il tarixli. 678-İQ nömrəli ‘Ətraf mühitin mühafizəsi haqqında’’ Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən idxalı qadağan olunmuş birdəfəlik istifadə ücün nəzərdə tutulan plastik qasıqlar və cəngəllər olduğu aşkar edilmişdir. Bununla da X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və X4 həmin xətanı törətməsi, məhkəmə istintaqı zamanı nümayəndənin etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarında olan yoxlama, əşyaların və sənədin götürülməsi haqqında protokoldan aydın olur ki, idxalatçı X4 (VÖEN: **********) tərəfindən HEQ81 nömrəli, xx.xx.2023-cü il tarixli invovs əsasında 27 ver, 142.92 kq, 2430 paket (hər paketdə 20 ədəd olmaqla ümumilikdə 48600 ədəd), ümumi invovs dəyəri 367.18 ABS dolları olan mallar ölkə ərazisinə idxal olunmuşdur. Lakin X6 İdarəsinin Gömrük laboratoriyası tərəfindən verilmiş 16 mart 2023-cü il tarxili ekspert rəyinə əsasən həmin invoysun 9 və 10- cu pozisiyalarında göstərilən qeyd edilən mallar xx.xx.1999-cu ii tarixli, 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46cı maddəsinə əsasən idxalı qadağan olunmuş mallara daxildir. xx.xx.1999-cu il tarixli, 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsində göstərilmişdir ki, qalınlığı 15 mikrona qədər olan politelen torbaların, habelə birdəfəlik istifadə ücün nəzərdə tutulan plastik qarışdırıq çubuq, cəngəl, qasıq, bıçaq, bosaab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iasə və digər xidmət obyektlərində istehsalçılara satılması və va verilməsi qadağandır. X6 İdarəsinin Gömrük laboratoriyası tərəfindən verilmiş 16 mart 2023-cü il tarxili ekspert rəyinə əsasən X1 İran İslam Respublikasından idxal etdiyi HEQ81 nömrəli, xx.xx.2023-cü il tarixli fakturanın 1-3-cü mövqelərində göstərilən mallar qablaşdırma üçün nəzərdə tutulduğundan xx.xx.1999-cu il tarixli, 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə daxil deyil, lakin 9-10-cu mövqelərdə göstərilən mallar Qanunun 46-cı maddəsinə görə qadağandır. Beləliklə işə baxılan zamanda protokolla müəyyən edilmiş hallar iş materiallarla öz təsdiqini tapdığından Babək rayon Sirab kəndində qeydiyyatda olub, hüquqi şəxs yaratmadan fərdi qaydada sahibkarlıq fəaliyyəti iiə məşğul olan vəzifəli səxs (VÖEN: **********) X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4cü maddəsinin tərkibinin mövcud olması müəyyən edilmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X1 əməlində inzibati xətanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetdiyindən 1000 (bir min) manat miqdarında cərimə edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar