Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-143/2025 12.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Naxçıvan MR Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, subay, 2 uşaq atası, orta təhsilli, maşın təmirçisi, deməsinə görə əvvəllər məhkum olunmamış, Şərur rayonu, Yengicə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına xx.xx.2025-ci il tarixdə Naxçıvan MR Daxili İşlər Nazirliyindən İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində toplanmış inzibati xəta haqqında material göndərilmişdir. “X7 Haqqında” xx.xx.2025-ci il tarixli protokola, əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:00-da inzibati qaydada tutulmuş və 15:15-də azad edilmişdir. “X9 X8 X6” xx.xx.2025-ci il tarixli protokola, əsasən, Şəxs heç bir əşya aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixli, MN seriyalı və ******* nömrəli inzibati xəta haqqında protokola, əsasən, Fərəcov X5 Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt şəxsin izahatı və Y.Budaqov adına Naxçıvan MR X1 xx.xx.2025-ci il tarixli, 127 saylı rəyi ilə təsdiq edilmişdir. xx.xx.2025-ci il tarixli, MN seriyalı və ******* nömrəli İnzibati Xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada, əsasən, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında materiallara baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Naxçıvan MR Daxili İşlər Nazirliyinin CAİ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Rəzzax Əliyev tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-43/1-3830/2025 nömrəli raportdan aydın olur ki, Şərur rayonu, Yengicə kəndində yaşayan Tural adlı şəxsin narkotik vasitələri, psixotrop maddələri əldə etməsinə, saxlamasına və qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Naxçıvan MR Daxili İşlər Nazirliyinin CAİ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Rəzzax Əliyev tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-43/1-3831/2025 nömrəli raportdan aydın olur ki, Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında, istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilinən 1984-cü il təvəllüdlü, Şərur rayonu, Yengicə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:00-da Naxçıvan şəhəri, Nizami küçəsində saxlanılmış, saat 14:20 radələrində Naxçıvan MR Daxili İşlər Nazirliyinin inzibati binasına aparılmışdır. Naxçıvan MR Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-13-43/784/2025 nömrəli əmri ilə qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Naxçıvan MR Daxili İşlər Nazirliyi Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılması əmri verilmişdir. Əməliyyat qrupunun təşkil edilməsi barədə xx.xx.2025-ci il tarixli protokola, əsasən, Naxçıvan şəhər ərazisində Tural adlı şəxsin narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi saxlanılması və qanunsuz dövriyyəsi barədə əməliyyat məlumatının yoxlanılması və zəruri əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil olundu və bütün iştirakçılara davranış xətti izah edildi. Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2025-ci il tarixli qərara, əsasən, Naxçıvan MR DİN-in Narkotiklərə Mübarizə İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılması, Tural adlı şəxsin olduğu yer müəyyən edildikdən sonra tədbir zamanı şəraitdən asılı olaraq Əməliyyat-Axtarış Fəaliyyəti haqqında qanunun 10-cu maddəsinin 1-ci hissəsini və 9-cu bəndini rəhbər tutaraq müşahidə aparılması və keçiriləcək tədbir zamanı zərurət yarandığı halda Əməliyyat-Axtarış Fəaliyyəti haqqında qanunda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edərək qanunvericilik çərçivəsində tədbirlər davam etdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 xx.xx.2025-ci il tarixli, 127 saylı rəyinə, əsasən, Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Lakin fiziki və psixi asılılıq olmadan narkotik və psixotrop maddə istifadəsi inkar edilmir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə MET (metamfetamin), AMP (amfetamin) müsbət aşkar olunmuşdur. xx.xx.2025-ci il tarixli “Barəsində inzibati xəta üzrə iş aparılan şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında” protokola, əsasən, İnzibati Xətalar Məcəlləsinin 91-ci maddəsinə, əsasən, dərhal tutulmasının əsasları bildirilmiş və hüquqları izah olunmaqla protokolun surəti təqdim edilmişdir. “İnzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında” protokola, əsasən, inzibati qaydada tutulmuş Şəxs hüquqularının müdafiəçisi X3 və digərləri tərəfindən müdafiə edilməsinə etirazını bildirməklə müdafiəçilərdən imtina etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında dünən tutulduğunu, Bakıya getdiyini, Bakıda maşın almağa getdiyini, orada olduğu yerdə hər kəs çəkdiyindən o da istifadə etdiyini, bura gələndə polis əməkdaşlarının onu testə apardığını, özünün də bilmədiyini, 2 az yaşlı qızı olduğunu, qızlarının 18 və 11 yaşında olduqlarınış, 7 ildir ki, ayrıldığını, uşaqlarının onun himayəsində olduğunu, səhvlik etdiyini bilmədiyini, əlilliyinin olmadığını, birinci dəfədir belə hadisə yaşadığını, günahkar olduğunu bildirmişdir. Məhkəmədə Şəxs əməli özünün izahatı və iş materialına əlavə olunmuş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. Məhkəmə Şəxs səmimi etirafını və peşmaçılığını yüngülləşdirici hal kimi nəzərə almışdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 31.4-1-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə olunmalıdır. Şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikası Konstitusiyasının 129, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 43.1, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz ) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-143/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-143/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver