Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-144/2024 05.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq müəyyənetdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş 15 mart 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Protokola görə, Şəxs 302475 (üç yüz iki min dörd yüz yetmiş beş) avro məbləğində olan vəsaiti 10 mart 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 175195.08 (bir yüz yetmiş beş min yüz doxsan beş tam səkkiz) avro vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, həmin valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Xəta 11 mart 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərarı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 175195.08 (bir yüz yetmiş beş min yüz doxsan beş tam səkkiz) avro valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, 35039 (otuz beş min otuz doqquz tam yüzdə iki) avro (qərar icra olunan gün manatın avroya nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 08 may və 10 may 2024-cü il tarixli qərardadları ilə, Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-144/2024 nömrəli 25 aprel 2024-cü il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X8” MMC-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 21 may 2024-cü il tarixli qərardadı ilə, “X8” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə Naxçıvan Şəhər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 3(078)-144/2023 nömrəli qərarından barəsində inzibati icraat aparılan hüquqi şəxs “X8” MMC-nin nümayəndəsi X5 tərəfindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İş 30 may 2024-cü il tarixdə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına göndərilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 3(108)-21/2024 nömrəli qərarı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 3(078)-144/2024 nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X5 tərəfindən verilmiş şikayət qismən təmin edilməklə, Naxçıvan Şəhər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 3(078)-144/2024 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mərkəzi Bankının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs ödəmələr həyata keçirilmişdir. Bununla bağlı Mərkəzi Bankın nümayəndəsi tərəfindən məhkəmənin elektron ünvanına məkrub daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə, şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-144/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-144/2024
05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver