Məhkəmə qərarları › İş №3(078)-145/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-145/2021

27.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-145/2021 27.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala X1 məhkəmə iclas katibliyi ilə baxaraq müəyyən etdim: xx.xx.1998-ci il tarixdə Şahbuz rayonu, Yuxarı Qışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, tam orta təhsilli, Naxçıvan Dövlət Universitetinin Konservatoriya fakultəsinin 4-cü kurs tələbisi, müvəqqəti işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmayan, Şahbuz rayonu Yuxarı Qışlaq kəndində qeydiyyatda olub, Naxçıvan şəhəri, Atabəylər məhəlləsi ev-13, mənzil-41 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Şahbuz rayonu, Yuxarı Qışlaq kəndində qeydiyyatda olan, Naxçıvan şəhəri Atabəylər məhəlləsi ev-13, mənzil-41 ünvanında yaşayan vətəndaş Şəxs 27 noybar 2021ci il tarixdə Babək məhəlləsində yerləşən Naxçıvan Universitetinin qarşısında ictami yerdə səs-küy salaraq xırda xuliqanlıq hərəkətlərini törtəmiş bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan oğlu Şəxs məhkəməyə verdiyi izahatında törətdiyi inzibati xəta əməlini etiraf edərək, 27 noyabr 2021ci il tarixdə səhər saat 0900 radələrində Naxçıvan şəhəri, Babək məhəlləsində yerləşən Naxçıvan Universitetinin qarşısında, şəxsi avtomobilini dayandırıb avtomobildən enərək mobil telefon ilə məşğul olmağa başladığını, bu zaman universitetin həyətindən bir qadının onu əl işarəsi ilə çağırdığını, həmin istiqamətə hərəkət etdiyini, qadını çağırdığını qadın gəlmədiyi üçün ona tərəf getdiyini bu zaman həmin qadının yanına bir oğlan və bir qadın gəldiyini, həmin qadından onu niyə əl işarəsi ilə çağırdığını soruşmuş, qadın ona dəfələrlə onu narahat etdiyini bildirmiş, Şəxs əsəbləşərək uca səslə ona subay olduğunu istədiyi hərəkəti edə biləcəyini, hərkəsə yaxınlaşa biləcəyini bildirmiş və aralarında mübahisə yaranmış həmin vaxtı yoldan keçən polis əməkdaşının ona yaxınlaşdığını, etdiyi əməlin qanuna zidd hərəkət olduğunu ona izah etdiyini, onu Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinə gətirdiyini, etdiyi əmələ görə çox peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Naxçıvan şəhəri, Hacıniyyət kəndində qeydiyyatda olan, Naxçıvan şəhəri, Babək məhəlləsi, ev-1, mənzil-14 ünvanda yaşayan şahid qismində izahat verən X2, 27 noyabr 2021-ci il tarixdə saat 09:00 radələrində Babək məhəlləsində yerləşən Naxçıvan Universitetinə rəfiqəsi ilə sənəd almaq üçün getdiyini, rəfiqəsinin nişanlısı onların yanına gəldiyini, rəfiqəsinin nişanlısı ilə söhbət edən zaman onun arxasınca gələn şəxsi gördüyünü, bu zaman rəfiqəsi və onun nişanlısına həmin şəxsi əli ilə göstərdiyini, həmin şəxs avotmobildən enərək onu yanına çağırmış, getmədikdə isə onların yanına gələrək, ona niyə əl işarəsi etdiyini soruşmuş, N.Nəcəfova onu niyə dəfələrlə narahat etdiyini soruşduğunu bu zaman həmin şəxs uca səslə subay oğlan olduğunu və harada istəsə orada gəzə bilə və hərkəsə yaxınlaşa biləcəyini bildirmiş və aralarında mübahisə yarandığını, bu zaman polis əməkdaşının onlara yaxınlaşaraq polis bölməsinə dəvət etdiklərini bildirmişdir. Məhkəmə iclasında Naxçıvan şəhəri, Culfa şəhəri, Təbriz məhəlləsi, ev-11, mənzil-5 ünvanda yaşayan şahid qismində izahat verən Əli-X5, 27 noybar 2021-ci il tarixdə saat 09:00 radələrində Babək məhəlləsində yerləşən Naxçıvan Universitetinə nişanlısını götürməyə getdiyini, nişanlısı rəfiqəsi Nuranə ilə Naxçıvan Universitetindən çıxan zaman Nuranə tanmadığı bir şəxsin onu dəfələrlə narahat etdiyini və əli ilə göstərdiyini, həmin şəxs avotmobildən enərək Nuranəni yanaına çağırmış, getmədikdə isə onların yanına gələrək, Nuranəyə niə əl işarəsi etdiyini soruşmuş, Nuranə həmin şəxsə niyə onu dəfələrlə narahat etdiyini soruşduğunu bu zaman həmin şəxs uca səslə subay oğlan olduğunu və harada istəsə orada gəzə bilə və hərkəsə yaxınlaşa biləcəyini bildirmiş və aralarında mübahisə yarandığını bu zaman polis əməkdaşının onlara yaxınlaşaraq polis bölməsinə dəvət etdiklərini bildirmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün və şahidin məhkəmədə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs ictimai qaydanı pozmuş, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. İş materiallarına əlavə olunmuş: Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş 27 noyabr 2021-ci il tarixli, 994 nömrəli arayışa əsasən, Şəxs 27 noyabr 2021-ci il tarixdə xəstəxanada tibbi müayinədən keçmiş və onda “praktik sağlam” diaqnozu qoyulmuşdur. 27 noyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 27 noyabr 2021-ci il tarixdə, saat 09:25-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən hal, icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini, xətanın xarakterini və şəxsin əmlak vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də, inzibati həbsin əvvəli 27 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 27 noyabr 2021-ci il tarixdən hesablansın. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim Qabil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar