Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-145/2024 28.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X7 iştirakları ilə, xx.xx.1974-cü ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), evli, 7 uşaq atası, Naxçıvan şəhəri, Nizami küçəsi, ev 61, mənzil 29 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 28 mart 2024-cü il tarixli, 321012/2017 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 28 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9055/2017 nömrəli, 12 iyul 2017-ci il tarixli qətnaməsi əsasında verilmiş 12 iyul 2017-ci il tarixli icra sənədinə əsasən 28 iyun 2011-ci il təvəllüdlü X6, 22 avqust 2012-ci il təvəllüdlü X3 və 09 avqust 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 08 iyun 2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 136 (yüz otuz altı) manat 60 (altmış) qəpik, cəmi 409 (dörd yüz doqquz) manat 80 (səksən) qəpik sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9055/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.2017-ci il tarixdən hesablanmaqla hər ay sabit məbləğdə bir uşağa görə 136.6 manat olmaqla üç uşağa görə cəmi 409.80 manat miqdarında aliment pulunu 28 iyun 2011-ci təvəllüdlü X6, 22 avqust 2012-ci təvəllüdlü X3 və 09 avqust 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tələbkar X1 xeyrinə ödəməli olduğunu, icra sənədinin icraata qəbul edilməsinə dair icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişin ona göndərildiyini, Ordubad rayonunda yaşayan zaman aylıq 300-400 manat miqdarında ödəniş etdiyini, sonra tələbkarın yaranmış aliment borcundan birdəfəlik 5000 manat ödənilməsini tələb etdiyini, lakin həmin məbləği ödəməyə imkanı olmadığından 2021-ci ildə Bakı şəhərinə getdiyini, Bakı şəhərində olduğu müddət ərzində 5-6 dəfə 300-350 manat miqdarında poçt vasitəsilə tələbkarın kart hesabına ödəniş etdiyini lakin qəbzləri saxlamadığını və icra şöbəsinə təqdim etmədiyini, ona möhlət verilsə 2024-cü ilin mart ayı daxil olmaqla yaranmış 32024.4 manat aliment borcumdan 2000 manat ödəməyə imkanının çatacağını, həmçinin qalan borcu isə ayda 500 manat olmaqla hissə-hissə ödəyə biləcəyini, maddi imkanı olmadığından tələbi təmin edə bilmədiyini, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X8 izahatında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9055/2017 nömrəli, 12 iyul 2017-ci il tarixli icra sənədi üzrə 28 iyun 2011-ci il təvəllüdlü X6, 22 avqust 2012-ci il təvəllüdlü X3 və 09 avqust 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün iş üzrə cavabdeh Şəxs hər ay hər uşağa görə 136 manat 60 qəpik, cəmi 409 manat 80 qəpik sabit pul məbləğində alimentin cavabdeh tutularaq iddiaçı X5 ödənilməli olduğunu, onun 32024.4 manat məbləğində borcu olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 12 iyul 2017-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9055/2017 nömrəli, 12 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən 28 iyun 2011-ci il təvəllüdlü X6, 22 avqust 2012-ci il təvəllüdlü X3 və 09 avqust 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 08 iyun 2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 136 (yüz otuz altı) manat 60 (altmış) qəpik, cəmi 409 (dörd yüz doqquz) manat 80 (səksən) qəpik sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9055/2017 nömrəli, 12 iyul 2017-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 25 iyul 2017-ci il tarixli tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan 09 dekabr 2021-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx.xx.1974-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 27 mart 2024-cü il tarixli “axtarışda olan Şəxs Naxçıvan şəhər icra və Probasiya Şöbəsinə təhvil verilməsi barədə” aktdan görünür ki, Naxçıvan şəhəri, Nizami küçəsi, ev 61, mənzil 29 ünvanında qeydiyyatda olan Şəxs barəsində Naxçıvan şəhər icra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli, 2(001)-9055/2107 nömrəli qərarı ilə axtarış elan olunmuş, Naxçıvan şəhər Polis idarəsi tərəfindən aparılan axtarış tədbirləri nəticəsində Şəxs yeri müəyyən edilərək Naxçıvan şəhər icra və Probasiya Şöbəsinə təhvil verilmişdir. İcra işində olan Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-85/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-9055/2017 nömrəli, 12 iyul 2017-ci il tarixli icra sənədi üzrə xx.xx.1974-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra işindən aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2021-ci il tarixdə xəbərdarlıq göndərilmişdir. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 28 mart 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X9 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №3(078)-145/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-145/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver