Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-146/2024 01.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, xx xxxxx 2002-ci il tarixdə Goranboy rayonu, Tatarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, tələbə, deməsinə görə əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Tatarlı kəndində qeydiyyatda olmaqla, Naxçıvan Dövlət Universitetinin tələbə yataqxanasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməli törədildiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, polis əməkdaşı 31 mart 2024-cü il tarixdə gecə saatlarında xidmətdə olan zaman bir nəfər şəxsin əl-qol hərəkətləri edərək nalayiq ifadələr işlətdiyini görmüşdür. Şəxs hərəkətləri ilə şübpə doğurduğu üçün polis əməkdaşı ona yaxınlaşmış, nə olduğunu soruşmuşdur. O, isə aqresivlik nümayiş etdirərək polis əməkdaşına get işinlə məşğul ol deyə cavab vermişdir. Polis əməkdaşı ona ictimai yerdə nalayiq ifadələr işlətməklə, ictimai qaydanı pozduğunu bildirmişdir. O, isə özüm bilərəm, mənim danışığıma sən cavabdeh deyilsən demişdir. Polis əməkdaşı da əraziyə 102 xidmətindən köməklik istəmişdir. Avto patrulun köməkliyi ilə şəxs Naxçıvan Şəhər Polis İdarəsinə gətirilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər, özünün və şahidlərin məhkəmədə verdiyi izahatları ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, 31 mart 2024-cü il tarixdə dostu ilə telefonda danışdığı zaman mübahisə etdiyini, nalayiq ifadələr işlətdiyini, polis əməkdaşının ona yaxınlaşaraq hər hansı problemin olduğunu soruşduğunu, əsəbi olduğunu, istəməyərəkdən ona kobud cavab verdiyini, ona sizə aidiyyəti yoxdur dediyini, polis əməkdaşının 102 xidmətinə zəng etdiyini, onu Naxçıvan Şəhər Polis İdarəsinə gətirdiklərini, onu evə ötürdüklərini, sonra 01 aprel 2024-cü il tarixdə yenidən Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etdiklərini, əməlindən peşman olduğunu, qanuni qərar verilməsini xahiş etdi. X3 məhkəmədə şahid qismində verdiyi izahatında, 31 mart 2024-cü il tarixdə xidmətdə olan zaman onlara zəng gələrək 1 nəfər şəxsin polis əməkdaşına tabesizlik göstərdiyini bildirdiklərini, hadisə yerinə getdiklərini, şəxsin nalayiq ifadələr işlətdiyini, onu nizam-intizama dəvət etdiklərini, lakin tabe olmadığını, onu Naxçıvan Şəhər Polis İdarəsinə gətirdiklərini bildirdi. X4 məhkəmədə şahid qismində verdiyi izahatında, 31 mart 2024-cü il tarixdə xidmətdə olan zaman onlara zəng gələrək 1 nəfər şəxsin polis əməkdaşına tabesizlik göstərdiyini bildirdiklərini, hadisə yerinə getdiklərini, şəxsin nalayiq ifadələr işlətdiyini, onu nizam-intizama dəvət etdiklərini, lakin tabe olmadığını, onu Naxçıvan Şəhər Polis İdarəsinə gətirdiklərini bildirdi. İş üzrə 01 aprel 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 01 aprel 2024-cü il tarixdə, saat 14:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, polis əməkdaşı 31 mart 2024-cü il tarixdə gecə saatlarında xidmətdə olan zaman bir nəfər şəxsin əl-qol hərəkətləri edərək nalayiq ifadələr işlətdiyini görmüşdür. Şəxs hərəkətləri ilə şübpə doğurduğu üçün polis əməkdaşı ona yaxınlaşmış, nə olduğunu soruşmuşdur. O, isə aqresivlik nümayiş etdirərək polis əməkdaşına get işinlə məşğul ol deyə cavab vermişdir. Polis əməkdaşı ona ictimai yerdə nalayiq ifadələr işlətməklə, ictimai qaydanı pozduğunu bildirmişdir. O, isə özüm bilərəm, mənim danışığıma sən cavabdeh deyilsən demişdir. Polis əməkdaşı da əraziyə 102 xidmətindən köməklik istəmişdir. Avto patrulun köməkliyi ilə şəxs Naxçıvan Şəhər Polis İdarəsinə gətirilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibləri vardır və Şəxs həmin xətaları törətməsi məhkəmə istintaqı zamanı özünün etirafı, şahid ifadələri, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi etirafı, əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati qaydada cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, 150 (yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-146/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-146/2024
01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver