Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-147/2024 01.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, xx xxxxxx 1999-cu il tarixdə Şərur rayonu, Cəlilkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, 1 uşaq atası, orta təhsilli, “Dost qapısı” adlı restoranda kababçı işləyən, deməsinə görə əvvəllər məhkum olunmamış, Şərur rayonu, Cəlilkənd kəndində qeydiyyatda olmaqla, orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Naxçıvan MR Daxili İşlər Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməli törədildiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, 30 mart 2024-cü il tarixdə, təxminən saat 16:00 radələrində polis əməkdaşları Naxçıvan şəhər ərazisində yerləşən “Dost qapısı” adlı restoranın ətrafında bir nəfər şəxsin mobil telefonla danışaraq ucadan səs küy saldığını və narahatçılıq yaratdığını görüb yaxınlaşaraq onu nizam-intizamlı olmağa dəvət etmişlər. Həmin şəxs onların qanuni tələbinə məhəl qoymayaraq öz qanunsuz əməllərini davam etdirmişdir. Ona etdiyi əməlin məsuliyyəti izah olunmuş və Naxçıvan MR Daxili İşlər Nazirliyinə aparılacağı onun nəzər diqqətinə çatdırılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər, özünün və şahidlərin məhkəmədə verdiyi izahatları ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, mən 3-4 gün olar ki, Naxçıvan şəhərində yerləşən “Dost Qapısı” adlı restoranda kababçı işləyirəm. Şərur rayonunda yaşadığım üçün işə hər gün səhər saat 10:00-da gəlirəm və axşam saat 12:00-da işdən çıxıram. Həmişə olduğu kimi xx.xx.2024cü il tarixdə işə gəlmişdim. Əvvəlcədən tanıdığım Murad adlı şəxslə mobil telefon vasitəsilə danışır, borc məsələsinə görə mübahisə edirdim. Mobil telefonla işlədiyim restorandan kənarda insanların olduğu yerdə uca səslə danışıb mübahisə edirdim. Mübahisə etdiyim zaman əsəbi olduğum üçün ünvansız nalayiq ifadələr səsləndirir, səsküy edirdim. Mən həmin vaxt səs küy edib nalayiq ifadələr səsləndirərkən kənarda insanlarda var idi. Bu zaman mənə iki nəfər tanımadığım şəxs yaxınlaşaraq polis vəsiqəsi göstərməklə özlərini polis əməkdaşı kimi təqdim etdilər. Özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər Elvin Ələsgərov və Amal Əliyev idi. Mənə ictimai yerdə olduğumu ictimai qaydanı pozduğumu və hərəkətlərimə son verməyimi bildirdilər. Mən bu zaman onların mənə etdikləri xəbərdarlığı qəbul etməyərək onlarla mübahisə edərək, polis əməkdaşlarına kobudcasına “yeri gedin işinizlə məşğul olun” deyə bildirdim və onlara qarşı müqavimət göstərməyə başladım. Onlar mənə polis qanuni tələbinə tabe olmağımı əks təqdirdə qanunla məsuliyyət daşıyacağımı bildirdilər. Mən onların xəbərdarlıqlarına tabe olmayaraq öz hərəkətlərimə son vermədim. Nəticədə müqavimət göstərdim. Daha sonra məni daxili işlər nazirliyinə gətirdilər. Etdiyim əməldən peşmançılıq hissi keçirdir. Əməlin qanunsuz olduğunu ictimai qaydanı pozduğumu və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı dərk edirəm. Əməlimdən peşmanam. Qanuni qərar verilməsini xahiş edirəm. X4 məhkəmədə şahid qismində verdiyi izahatında bildirmişdir ki, 30 mart 2024-cü il tarixdə Naxçıvan şəhər ərazisində yerləşən “Dost qapısı” adlı restoranın yanında olan avtomobil yuma yerində avtomobili təmizlətməyə gətirmişdim. Bu zaman həmin avtomobil yuma yerindən bir az aralıda “Dost Qapısı” adlı resotaranın yanında bir nəfər əvvəlcədən tanımadığım şəxs mobil telefonla ucadan səs-küy salaraq danışdığını gördüm. Həmin şəxs nalayiq ifadələr səsləndirir kimləsə telefonda mübahisə edirdi. Mübahisədə belə başa düşdüm ki, həmin şəxsin kiməsə borcu vardı. Buna görə də əsəbəi şəkildə telefonda ucadan danışaraq səs küy edirdi. Bu zaman 2 nəfər şəxsin həmin naməlum şəxsə yaxınlaşdığını gördüm. Həmin 2 nəfər şəxs polis vəsiqələrini göstərməklə özlərini polis əməkdaşı olduqlarını bilidirib, təqdim etdilər. Polis əməkdaşları həmin şəxsə ictimai qaydanı pozduğunu və ucadan səs küy saldığını bildirib hərəkətlərinə son verməyini söylədilər. Bu zaman həmin şəxs polis əməkdaşlarına kobudcasına “gedin işinizlə məşğul olun” hərəkətlərimə son vermirəm deyə bildirdi. Həmin zaman polis əməkdaşları naməlum şəxsə ucadan səs küy salmaqla, nalayiq ifadələr səsləndirməklə və polisin qanuni tələbinə tabe olmadığına görə məsuliyyət daşıdığını buna görə də Naxçıvan MR Daxili İşlər Nazirliyinə getməli olduğunu bildirdilər. Lakin naməlum şəxs yenidən müqavimət göstərərək polis əməkdaşlarına tabe olmadı. Daha sonra həmin şəxs saxlanılaraq Naxçıvan MR Daxili işlər Nazirliyinə aparıldı. X2 məhkəmədə şahid qismində verdiyi izahatında bildirmişdir ki, 30 mart 2024-cü il tarixdə Naxçıvan şəhər ərazisində yerləşən “Dost qapısı” adlı restorana çay içmək üçün getmişdim. Həmin vaxt restorandan bir az aralıda yerləşən avtomobil yuma yerində dostumun özünə məxsus olan avtomobili təmizlətdiyini gördüm. Onunla hal-əhval tutmaq üçün yanına getdim. Bu zaman həmin maşın yuma yerindən bir az aralıda “Dost Qapısı” adlı resotaranın yanında bir nəfər əvvəlcədən tanımadığım şəxs mobil telefonla ucadan səs-küy salaraq danışdığını gördüm. Həmin şəxs nalayiq ifadələr səsləndirir kimləsə telefonda mübahisə edirdi. Bu zaman 2 nəfər şəxsin həmin naməlum şəxsə yaxınlaşdığını gördüm. Həmin 2 nəfər şəxs polis vəsiqələrini göstərməklə özlərini polis əməkdaşı olduqlarını bilidirib, təqdim etdilər. Polis əməkdaşları həmin şəxsə ictimai qaydanı pozduğunu və ucadan səs küy saldığını bildirib hərəkətlərinə son verməyini söylədilər. Bu zaman həmin şəxs polis əməkdaşlarına kobudcasına “gedin işinizlə məşğul olun” hərəkətlərimə son vermirəm deyə bildirdi. Həmin zaman polis əməkdaşları naməlum şəxsə ucadan səs küy salmaqla, nalayiq ifadələr səsləndirməklə və polisin qanuni tələbinə tabe olmadığına görə məsuliyyət daşıdığını buna görə də Naxçıvan MR Daxili İşlər Nazirliyinə getməli olduğunu bildirdilər. Lakin naməlum şəxs yenidən müqavimət göstərərək polis əməkdaşlarına tabe olmadı. Daha sonra həmin şəxs saxlanılaraq Naxçıvan MR Daxili işlər Nazirliyinə aparıldı. İş üzrə 30 mart 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 30 mart 2024-cü il tarixdə, saat 16:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, 30 mart 2024-cü il tarixdə, təxminən saat 16:00 radələrində polis əməkdaşları Naxçıvan şəhər ərazisində yerləşən “Dost qapısı” adlı restoranın ətrafında bir nəfər şəxsin mobil telefonla danışaraq ucadan səs küy saldığını və narahatçılıq yaratdığını görüb yaxınlaşaraq onu nizam-intizamlı olmağa dəvət etmişlər. Həmin şəxs onların qanuni tələbinə məhəl qoymayaraq öz qanunsuz əməllərini davam etdirmişdir. Ona etdiyi əməlin məsuliyyəti izah olunmuş və Naxçıvan MR Daxili İşlər Nazirliyinə aparılacağı onun nəzər diqqətinə çatdırılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibləri vardır və Şəxs həmin xətaları törətməsi məhkəmə istintaqı zamanı özünün etirafı, şahidlərin izahatları, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi etirafı, himayəsində 1 uşağının olması və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs olunmanın əvvəli 30 mart 2024-cü il tarixdən, saat 16:20-dən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-147/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-147/2024
01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver