Məhkəmə qərarları › İş №3(078)-148/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-148/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-148/2025 14.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, barəsində X9 icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.2000-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, orta təhsilli, subay, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş X9 protokola baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər 3 saylı notariat ofisinin 8İ-59 saylı, xx.xx.2025- ci il tarixli və Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-509/2024saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə borclu Şəxs barəsində üzrə b olan xx.xx.2025-ci il tarixli X9 protokol, icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələr aparmamış, beləliklə məhkəmə qərarını və icra qeydini üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs oğlunun əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə borclu, Şəxs izahatında 1511 manat borcunun olduğunu, tam nə qədər ödəməsi yadında deyil, ara-ara 50, 60, 100 manat ödəməsini, 6-7 ay olar ki, ödəyib, iş icraya gələndən ödəmədiyini, işləyə bilmədiyini, iş tapmaqda çətinlik çəkdiyini, ata və anasının olduğunu, onlara deməyə üzünün gəlmədiyini, restoranlarda arabir işlədiyini, Zərərçəkmiş şəxsa borcunun olduğunu, “Nəqşicahan”da işləyəcəyini, 450 manat maaş alacağını bildirmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, X3 izahatında xx.xx.2025-ci il tarixdən icra sənədi daxil olduğunu, Kommersiya məhkəməsinin qətnaməsi ilə 100 manat borcu olduğunu, borclunun ölkədən çıxma haqqında qərarı çıxara bilmədiyini, ayda 100 manat ödəyəcəyinə söz verdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş MN seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli “X9” protokola, əsasən, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində xx.xx.2025-ci il tarixdə Şəxs izahatı alınmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi xx.xx.2025-ci il tarixdə X2 barəsində borclunun axtarışı haqqında qərar qəbul etmişdir. Şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən aydın olur ki, Naxçıvan Şəhər 3 saylı notariat ofisinin 8İ-59 saylı, xx.xx.2025-ci il tarixli və Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2- 2(123)-509/2024saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri ilə tanış olmuş və etirazı yoxdur. Şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən aydın olur ki, hüquq və vəzifələri izah olunmuşdur. Şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən aydın olur ki, ona müdafəçi təqdim olunub, müdafiəçi tutmaq istəmir, bu onun maddi imkanı ilə bağlı deyil. İş materiallarına Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)- 509/2024saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli icra qeydinə, əsasən, Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 1514 manat 63 qəpik (min beş yüz on dörd manat altmış üç qəpik) pul tutulması qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Naxçıvan şəhər 3 saylı notariat ofisinin 8İ-59 nömrəli, xx.xx.2025-ci il İ tarixli icra sənədinin icraata götürülməsinə dair qərar və tələbin könüllü icrası barədə bildiriş borclu ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs və ya yetkinlik yaşına çatmış ailə üzvlərinə təqdim olunması və yaxud məzmununun çatdırılması üçün Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 2№-li SİƏD üzrə Nümayəndəliyinə məktub göndərilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 2№-li SİƏD üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubuna, əsasən, Şəxs atası X4 ilə telefon əlaqəsi (**********) yaradılmış və məktub barədə məlumat verilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli borcun ödənilməsi ilə bağlı Şəxs xəbərdarlıq edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə xəbərdarlıq barədə borclu ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs və ya yetkinlik yaşına çatmış ailə üzvlərinə təqdim olunması və yaxud məzmununun çatdırılması üçün Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 2№-li SİƏD üzrə Nümayəndəliyinə məktub göndərilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 2№-li SİƏD üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubuna, əsasən, Şəxs atası X4 ilə telefon əlaqəsi (**********) yaradılmış və məktub barədə məlumat verilmişdir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini nəzərə alaraq onun barəsində inzibati cərimə tətbiq olunması nəticəsinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar