Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-15/2022 23.02.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1987-ci ildə Şərur rayonu Qarabağlar kəndində doğulmuş (FİN xxxxxxx), Azərbaycan Respublikasının vətəndaşı, ailəli, 3 uşaq atası, orta təhsilli, fərdi fəaliyyətlə məşğul olan, Kəngərli rayonu Qarabağlar kəndində qeydiyyatda olub, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material 23 fevral 2022-ci il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə inspektoru X3 tərəfindən tərtib edilmiş 23 fevral 2022-ci il tarixli 009921 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 23 fevral 2022-ci il tarixdə Naxçıvan şəhər Danyeri marketin içərisinə girərək yerə benzin tökərək yandıracağını bildirmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qarabağlar kəndindən taksiyə minərək Dan yeri AVM-ə gəlmiş, əlində 9 litrlik bidonda benzini özü ilə gətirmişdir. Orada demişdir ki, hamı çıxsın çölə AVM-i yandıracaq, müdiri çağırın onun borcu vardır. Çünki müdir 5-6 ay bundan əvvəl maşın düzəltdiyi yerə gələrək maşını düzəltməyə gətirmişdir. Hələ də bununla bağlı məhkəmə işləri davam edir. Daha sonra 9 litrlik bidonlu benzini yerə tökərək oranı yandıracağını demişdir. Onu çölə çıxardaraq Naxçıvan Şəhər Polis İdarəsinə gətirmişlər. Etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdiklərini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində izahat verən X1 yeri marketdə işlədiyini, 1 nəfər şəxsin içəri girərərk əlindəki benzin bidonundan benzini yerə tökərək yandıracağını uca səslə bildirdiyini, özünün irəli gedərək bidonu həmin şəxsin əlindən almağa çalışdığını, bu zaman işçilərin də bu hadisəni görən kimi çölə qaçdıqlarını bildirdi. Məhkəmədə şahid qismində izahat verən X2 yeri marketdə işlədiyini, 1 nəfər şəxsin içəri girərərk əlindəki benzin bidonundan benzini yerə tökərək yandıracağını uca səslə bildirdiyini, özünün irəli gedərək bidonu həmin şəxsin əlindən almağa çalışdığını, bu zaman işçilərin də bu hadisəni görən kimi çölə qaçdıqlarını bildirdi. İş materiallarında olan 23.02.2022-ci il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin İTŞnin polis sahə inspektoru polis kiçik leytenantı İlkin Əhmədov tərəfindən verilən raportdan görünür ki, 23.02.2022-ci il tarixdə xidməti ərazisində xidməti vəzifələrini yerinə yetirən zaman bir nəfərin Naxçıvan şəhəri Əziz Əliyev küçəsində yerləşən Danyeri AVM girərək vətəndaşların arasında əlindəki benzini yerə töküb yandırmaq istədiyini bildirmişdir. Həmin şəxsə yaxınlaşaraq Naxçıvan Şəhər Polis İdarəsinə gətirmişdir. Məlum olmuşdur ki, ictimai qaydanı pozan şəxs Kəngərli rayon Qarabağlar kəndində qeydiyyatda olan və yaşayan Şəxsdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. İş üzrə Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Kəngərli Rayon Şöbəsi tərəfindən 23 fevral 2022-ci il tarixdə verilmiş 85/181 nömrəli arayışa əsasən Şəxs DSMF publik hüquqi şəxsin Kəngərli rayon Şöbəsində qeydiyyatda deyil və heç bir növ pensiya və müavinət almır. İş üzrə Kəngərli rayon X4 hüquqi şəxs üzrə 23 fevral 2022-ci il tarixdə verilmiş 1048 nömrəli tibbi arayışa əsasən Şəxs həmin tarixdə tibbi müayinədən keçirilmiş və o, praktiki sağlamdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 23 fevral 2022-ci il tarixdə saat 11:05-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşman olması məsuliyyətini yüngülləşdirən hal kimi məhkəmə tərəfindən nəzərə alınmışdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də inzibati həbsin əvvəli 23 fevral 2022-ci il tarixdə saat 11:05-dən hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnsibati həbsin əvvəli 23 fevral 2022-ci il tarixdə saat 11:05-dən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-15/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-15/2022
23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver