Məhkəmə qərarları › İş №3(078)-15/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-15/2023

10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-15/2023 10.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı Şəxs barəsində Azərbaycan Respublikası DİN Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu nəzərdən keçirərək müəyyənetdim: Vətəndaş Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən onun barəsində 28 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası DİN Bakı şəhər Xətai Rayon DYPŞ-nin polis mayoru X3 tərəfindən protokol tərtib edilmiş və həmin protokol 26 dekabr 2022-ci tarixli 101-46155 nömrəli müşayiət məktubu ilə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələblərinə əsasən vətəndaş Şəxs barəsində daxil olmuş protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərkən müəyyən etdim ki, inzibati xəta haqqında protokolun baxılması Naxçıvan Şəhər Məhkəməsinin səlahiyyətlərinə aid deyil. Belə ki, elektron məhkəmə informasiya sistemindən şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunmuşdur ki, Şəxs Sədərək rayon Sədərək kəndində qeydiyyatdadır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edirəm ki, Azərbaycan Respublikası DİN Bakı şəhər Xətai Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 28 oktyabr 2022-ci il tarixli İXP ******* nömrəli protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinin tələbinə əsasən aidiyyəti üzrə Sədərək Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, həmin maddənin tələbinə görə əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə,... inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, qəraraaldım: Azərbaycan Respublikası DİN Bakı şəhər Xətai Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 28 oktyabr 2022-ci il tarixli İXP ******* nömrəli protokol ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Sədərək Rayon Məhkəməsinə göndərilsin. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar