Məhkəmə qərarları › İş №3(078)-150/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-150/2023

18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-150/2023 18.04.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə Naxçıvan şəhəri, Vəzirov, ev 24C ünvanında qeydiyyatda olan, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1, 482.2 və 505-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Naxçıvan Şəhər Məhkəməsinə 07 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ünvan 1 ünvanında qeydiyyatda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1, 482.2 və 505-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq barəsində icraat aparılan hüquqi şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyi və həmçinin ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixində hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) idxal etdiyi mallar barəsində gömrük ərazisinə gətirilməzdən əvvəl bəyənnaməçi tərəfindən gömrük orqanlarına elektron formada təqdim etdiyi qısa idxal bəyənnaməsində mallar (qara metallardan qeyrielektrik qızdırma ilə mərkəzi isitmə üçün radiatorlar ,onların hissələri və çilçıraqlar) TEF**********015 nömrəli xx.xx.2023-cü il tarixli fakturada 8 mövqedə və ümumi dəyəri 4797,00 (dörd min yeddi yüz doxsan yeddi) ABŞ dolları məbləğində göstərilmişdir. Mallar ölkəyə faktiki daxil olarkən sürücü tərəfindən sərhəd gömrük orqanına həmin mallar üçün eyni nömrəli və eyi tarixli, lakin əvvəlki fakturada göstərilən mallardan əlavə bir pozisiyada 25 ədəd radiator və iki pozisiyada xidmət xərcləri olan 11 mövqedə və ümumi dəyəri 590800,00 türk lirəsi olan başqa bir faktura təqdim edildiyi müəyyən edilmişdir. Mallara baxış zamanı İdxalatçı hüquqi şəxs ‘‘Talav” MMC (VÖEN:**********) adından təqdim edilmiş **********0012 sorğu nömrəli gömrük bəyannaməsi və TEF**********015 nömrəli faktura əsasında sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda yerləşdirilmək məqsədilə bəyan olunmuş 8 mal mövqeyindən ibarət, invovs dəyəri 4797,00 ABŞ dolları təşkil edən qara metallardan qeyri-elektrik qızdırma ilə mərkəzi isitmə üçün radiatorlar, onların hissələri və çilçıraqlardan ibarət yükün yoxlanılması zamanı müvafiq olaraq, 1-ci mal mövqeyində göstərilən radiatorlar üçün 25 ədəd taxta qollu klapanın (’’X9 Vana seti 1 /2 köşe") bəyan edildiyi ilə eyni miqdarda, 2- ci mal mövqeyində 50 ədəd radiator borularının örtülməsi üçün metal hissələr (“Radyatörler üçün boru gizleme metal”) bəyan edildiyi halda 63 ədəd, 3-cü mal mövqeyində 50 ədəd 5 sm-lik metal uzadıcı borular (“Tesisat uzatma parçası 5 sm Pirinç eskitme”) bəyan edildiyi halda 60 ədəd, 4-cü mal mövqeyində göstərilən 91 ədəd radiatorlar üçün divar asqı konsolunun (“X7 Askı Konsolu”) bəyan edildiyi ilə eyni miqdarda, 5-ci mal mövqeyində ölçüləri 500/180 25 ədəd radiator (“X5 Döküm Radyator 500/180”) bəyan edildiyi halda 40sm x 60sm ölçülərində 75 ədəd, 6-cı mal mövqeyində 144/500 ölçülü 4 ədəd radiator (“X6 4/65 144/500”) bəyan edildiyi halda 60sm x 60sm ölçülərində 8 ədəd, 7-ci mal mövqeyində 8 ədəd radiator pətəkləri üçün ekonomik klapanların (“Petekler üçün ekonomik vana və duvar bağlantı qizleme aparatı”) bəyan edildiyi ilə eyni miqdarda, 8-ci mal mövqeyində 4 ədəd çilçıraq (“Avize”) bəyan edildiyi ilə eyni miqdarda olduğu müəyyən olunmuşdur. Baxış zamanı müvafiq fakturada göstərilməyən 132 ədəd qara metaldan radiatorların birləşdiriciləri, 130 ədəd qara metaldan radiatorun bağlantıları, 8 yerdə ümumi çəkisi 2,5 kq boya aşkar olunmuşdur. Bununla yanaşı **********0012 sorğu nömrəli bəyannamə ilə birgə təqdim olunmuş TEF**********015 nömrəli xx.xx.2023 tarixli faktura ilə sürücünün sərhəd gömrük orqanına təqdim etdiyi TEF**********015 nömrəli xx.xx.2023 tarixli fakturanı müqayisə etdikdə eyni mallar ücün fərqli qiymətlərin göstərildiyi müəyyən olunmuşdur. Belə ki, müvafiq olaraq birinci fakturanın 1-ci mal mövqeyində göstərilən radiatorlar üçün 25 ədəd taxta qollu klapanın (’’X10 Vana seti 1/2 köşe”) qiyməti 500,00 ABŞ dolları göstərildiyi halda ikinci fakturada 45000,00 Türk lirəsi, 2-ci mal mövqeyində göstərilən 50 ədəd radiator borularının örtülməsi üçün metal hissələrin (“Radyatörler üçün boru gizleme metal’”) qiyməti 150,00 ABŞ dolları göstərildiyi halda ikinci fakturada 7000,00 Türk lirəsi, 3-cü mal mövqeyində göstərilən 50 ədəd 5 sm-lik metal uzadıcı boruların (“Tesisat uzatma parçası 5 sm Pirinç eskitme”) qiyməti 100,00 ABŞ dolları göstərildiyi halda ikinci fakturada 4000,00 Türk lirəsi, 4- cü mal mövqeyində göstərilən 91 ədəd radiatorlar ücün divar asqı konsolunun (“X8 Askı Konsolu”) qiyməti 182,00 ABŞ dolları göstərildiyi halda ikinci fakturada 5000,00 Türk lirəsi. 5-ci mal mövqeyində göstərilən 500/180 ölçülü 25 ədəd radiatorun (“X5 Döküm Radyator 500/180”) qiyməti 3125,00 ABŞ dolları göstərildiyi halda ikinci fakturada 310500,00 Türk lirəsi, 6-cı mal mövqeyində 144/500 ölçülü 4 ədəd radiatorun (“X6 4/65 144/500”) qiyməti 500,00 ABŞ dolları göstərildiyi halda ikinci fakturada 27500,00 Türk lirəsi, 7-ci mal mövqeyində 8 ədəd radiator pətəkləri üçün ekonomik klapanların qiyməti (“Petekler ücün ekonomik vana və duvar bağlantı gizleme aparatı”) 120,00 ABŞ dolları göstərildiyi halda ikinci fakturada 6100,00 Türk lirəsi, 8-ci mal mövqeyində 4 ədəd çilçıraq (“Avize”) 120,00 ABŞ dolları göstərildiyi halda ikinci fakturada 1800,00 Türk lirəsi göstərilmişdir. Həmçinin, sərhəd gömrük orqanına təqdim edilən fakturada əlavə olaraq 8-ci mövqedə radiatorların boyanması üçün xidmət xərci (X4lerin boyanması) 15000,00 Türk lirəsi, 10-cu mövqedə naxışların işlənməsi ilə bağlı xidmət xərci (Desenli Radyatörlerin desenlerinin altın yaldız işi) 99800,00 Türk lirəsi olaraq göstərilən xidmətlərin dəyərini əks etdirən xərclər göstərilmişdir. Sərhəd gömrük orqanına təqdim olunan fakturanın 9-cu mövqeyində göstərilən 25 ədəd radiatorların (500/180 X2 Radyatör) isə mallara faktiki baxış zamanı mövcud olmadığı müəyyən olunmuşdur. İş materiallarından görünür ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) gömrük orqanlarına düzgün bəyan edilməyən və bəyan edilməyən mallarının dəyərinin müəyyən edilməsi üçün xx.xx.2023-cü il tarixində 101-015/0xx-xx/000909 saylı məktubla Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuş, həmin mərkəzin xx.xx.2023- cü il tarixli 270 saylı ekspert rəyinə əsasən 27 fevral 2023-cü il tarixli fakturadan istifadə edilməklə, ekspertiza tədqiqatına təqdim edilmiş, təzə vəziyyətdə malların 2023-cü ilin fevral ayına olan respublika daxili orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 67623,00 (altmış yeddi min altı yüz iyirmi üç) manat olduğu müəyyən olunmuşdur, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi ekspert rəyinə əsasən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin gömrük orqanlarına bəyan olunmayan mallarının dəyəri 1623 (min altı yüz iyirmi üç) manat (gömrük orqanlarına bəyan olunmuş bəyannamədə göstərilən fakturada göstərilməyən 132 ədəd qara metaldan radiatorların birləşdiriciləri, 130 ədəd qara metaldan radiatorun bağlantıları, 8 yerdə ümumi çəkisi 2,5 kq boya aşkar olunmuşdur), düzgün bəyan olunmayan mallarının dəyəri isə 37885 (otuz yeddi min səkkiz yüz səksən beş) manat (gömrük orqanlarına bəyan olunmuş bəyannamədə göstərilən faktura üzrə 2-ci mal mövqeyində 50 ədəd radiator borularının örtülməsi üçün metal hissələr (“Radyatörler üçün boru gizleme metal”) bəyan edildiyi halda 63 ədəd, 3-cü mal mövqeyində 50 ədəd 5sm-lik metal uzadıcı borular (“Tesisat uzatma parçası 5 sm Pirinç eskitme”) bəyan edildiyi halda 60 ədəd, 5-ci mal mövqeyində ölçüləri 500/180 25 ədəd radiator (“X5 Döküm Radyatör 500/180”) bəyan edildiyi halda 40 smx60 sm ölçülərində 75 ədəd, 6-cı mal mövqeyində 144/500 ölçülü 4 ədəd radiator (“X4 4/65 144/500) bəyan edildiyi halda 60smx60sm ölçülərində 8 ədəd aşkar olunmuşdur), müəyyən olunmuşdur. Nəticədə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1, 482.2, 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Naxçıvan Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən gömrük xidməti kapitanı Rza Rzalı tərəfindən verilmiş xidməti qeyddə qeyd olunmuşdur ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 270 nömrəli ekspert rəyinə əsasən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinə təqdim olunan TEF**********015 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 4797.00 ABŞ dolları məbləğində olan faktura üzrə malların orta bazar qiyməti 67623.00 (altmı yeddi min altı yüz iyirmi üç) manat olduğu təqdirdə 41519.62 manat gömrük dəyəri, 6227.94 manat idxal gömrük rüsumu, 8594.56 manat əlavə dəyər vergisi, 240 manat malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları, 90 manat elektron gömrük xidmət haqqı, 16.20 manat elektron gömrük xidməti üzrə ƏDV, 10 manat GPS xidməti vasitəsiləgömrük müşayiətinin aparılmasına görə gömrük yığımları olmaqla ümumilikdə 15178.70 manat gömrük ödənişləri yaranacaqdır. Beləliklə bu məbləğ Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinə təqdim etdiyi **********0012 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə ödənilməli olan 3112.11 manat gömrük ödənişlərinin məbləğindən 12066.59 manat artıqdır. İş materiallarını nəzərdən keçirən zaman məlum olmuşdur ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru X11 05 aprel 2023-cü il tarixli 18000-00367/23 nömrəli inzibati xəta haqqında protokolun surətini 06 aprel 2023-cü il taridə almışdır. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İXM-nin 482.1, 482.2 və 505-ci maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş Naxçıvan Baş Gömrük İdarəsinin Gömrük əməliyyatları İdarəsinin rəis müavini tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) idxal etdiyi mallar barəsində gömrük ərazisinə gətirilməzdən əvvəl bəyannaməçi tərəfindən gömrük orqanlarına elektron formada təqdim etdiyi qısa idxal bəyannaməsində mallar (qara metallardan qeyri-elektrik qızdırma ilə mərkəzi isitmə üçün radiatorlar ,onların hissələri və çilçıraqlar) TEF**********015 nömrəli xx.xx.2023-cü il tarixli fakturada 8 mövqedə və ümumi dəyəri 4797,00 (dörd min yeddi yüz doxsan yeddi) ABŞ dolları məbləğində göstərilmişdir. Mallar ölkəyə faktiki daxil olarkən sürücü tərəfindən sərhəd gömrük orqanına həmin mallar üçün eyni nömrəli və eyi tarixli, lakin əvvəlki fakturada göstərilən mallardan əlavə bir pozisiyada 25 ədəd radiator və iki pozisiyada xidmət xərcləri olan 11 mövqedə və ümumi dəyəri 590800,00 türk lirəsi olan başqa bir faktura təqdim edilmişdir. Mallara baxış zamanı İdxalatçı hüquqi şəxs ‘‘Talay” MMC (VÖEN:**********) adından təqdim edilmiş **********0012 sorğu nömrəli gömrük bəyannaməsi və TEF**********015 nömrəli faktura əsasında sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda yerləşdirilmək məqsədilə bəyan olunmuş 8 mal mövqeyindən ibarət, invovs dəyəri 4797,00 ABŞ dolları təşkil edən qara metallardan qeyri-elektrik qızdırma ilə mərkəzi isitmə üçün radiatorlar, onların hissələri və çilçıraqlardan ibarət yükün yoxlanılması zamanı müvafiq olaraq, 1-ci mal mövqeyində göstərilən radiatorlar üçün 25 ədəd taxta qollu klapanın (’’X9 Vana seti 1 /2 köşe") bəyan edildiyi ilə evni miqdarda, 2- ci mal mövqeyində 50 ədəd radiator borularının örtülməsi ücün metal hissələr (“Radyatörler üçün boru gizleme metal”) bəyan edildiyi halda 63 ədəd, 3cü mal mövqeyində 50 ədəd 5sm-lik metal uzadıcı borular (“Tesisat uzatma parçası 5 sm Pirinç eskitme”) bəyan edildiyi halda 60 ədəd, 4-cü mal mövqeyində göstərilən 91 ədəd radiatorlar üçün divar asqı konsolunun (“X7 Askı Konsolu”) bəyan edildiyi ilə eyni miqdarda, 5ci mal mövqeyində ölçüləri 500/180 25 ədəd radiator (“X5 Döküm Radyator 500/180”) bəyan edildiyi halda 40sm x 60sm ölçülərində 75 ədəd, 6-cı mal mövqeyində 144/500 ölçülü 4 ədəd radiator (“X6 4/65 144/500”) bəyan edildiyi halda 60sm x 60sm ölçülərində 8 ədəd, 7-ci mal mövqeyində 8 ədəd radiator pətəkləri üçün ekonomik klapanların (“Petekler üçün ekonomik vana və duvar bağlantı qizleme aparatı”) bəyan edildiyi ilə eyni miqdarda, 8-ci mal mövqeyində 4 ədəd çilçıraq (“Avize”) bəyan edildiyi ilə eyni miqdarda olduğu müəyyən olunmuşdur. Baxış zamanı müvafiq fakturada göstərilməyən 132 ədəd qara metaldan radiatorların birləşdiriciləri, 130 ədəd qara metaldan radiatorun bağlantıları, 8 yerdə ümumi çəkisi 2,5 kq boya aşkar olunmuşdur . Bununla yanaşı **********0012 sorğu nömrəli bəyannamə ilə birgə təqdim olunmuş TEF**********015 nömrəli xx.xx.2023 tarixli faktura ilə sürcünün sərhəd gömrük orqanına təqdim etdiyi TEF**********015 nömrəli xx.xx.2023 tarixli fakturanı müqayisə etdikdə eyni mallar ücün fərqli qiymətlərin göstərildiyi müəyyən olunmuşdur. Belə ki, müvafiq olaraq birinci fakturanın 1-ci mal mövqeyində göstərilən radiatorlar üçün 25 ədəd taxta qollu klapanın (’’X10 Vana seti 1/2 köşe”) qiyməti 500,00 ABŞ dolları göstərildiyi halda ikinci fakturada 45000,00 Türk lirəsi, 2-ci mal mövqeyində göstərilən 50 ədəd radiator borularının örtülməsi üçün metal hissələrin (“Radyatörler üçün boru gizleme metal’”) qiyməti 150,00 ABŞ dolları göstərildiyi halda ikinci fakturada 7000,00 Türk lirəsi, 3-cü mal mövqeyində göstərilən 50 ədəd 5 sm-lik metal uzadıcı boruların (“Tesisat uzatma parçası 5 sm Pirinç eskitme”) qiyməti 100,00 ABŞ dolları göstərildiyi halda ikinci fakturada 4000,00 Türk lirəsi, 4- cü mal mövqeyində göstərilən 91 ədəd radiatorlar ücün divar asqı konsolunun (“X8 Askı Konsolu”) qiyməti 182,00 ABŞ dolları göstərildiyi halda ikinci fakturada 5000,00 Türk lirəsi, 5-ci mal mövqeyində göstərilən 500/180 ölçülü 25 ədəd radiatorun (“X5 Döküm Radyator 500/180”) qiyməti 3125,00 ABŞ dolları göstərildiyi halda ikinci fakturada 310500,00 Türk lirəsi, 6-cı mal mövqeyində 144/500 ölçülü 4 ədəd radiatorun (“X6 4/65 144/500”) qiyməti 500,00 ABŞ dolları göstərildiyi halda ikinci fakturada 27500,00 Türk lirəsi, 7-ci mal mövqeyində 8 ədəd radiator pətəkləri üçün ekonomik klapanların qiyməti (“Petekler ücün ekonomik vana və duvar bağlantı gizleme aparatı”) 120,00 ABŞ dolları göstərildiyi halda ikinci fakturada 6100,00 Türk lirəsi, 8-ci mal mövqeyində 4 ədəd çilçıraq (“Avize”) 120,00 ABŞ dolları göstərildiyi halda ikinci fakturada 1800,00 Türk lirəsi göstərilmişdir. Həmçinin, sərhəd gömrük orqanına təqdim edilən fakturada əlavə olaraq 8-ci mövqedə radiatorların boyanması üçün xidmət xərci (X4lerin boyanması) 15000,00 Türk lirəsi, 10-cu mövqedə naxışların işlənməsi ilə bağlı xidmət xərci (Desenli Radyatörlerin desenlerinin altın yaldız işi) 99800,00 Türk lirəsi olaraq göstərilən xidmətlərin dəyərini əks etdirən xərclər göstərilmişdir. Sərhəd gömrük orqanına təqdim olunan fakturanın 9-cu mövqeyində göstərilən 25 ədəd radiatorların (500/180 X2Radyatör) isə mallara faktiki baxış zamanı mövcud olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeydinə əsasən Bu Məcəllənin 479 - 481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci madəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İXM-nin 482.1, 482.2 və 505-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək belə nəicəyə gəlir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İXM-nin 482.1, 482.2 və 505-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətdiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın bilavasitə obyekti olmuş malların ümumi dəyəri olan 37885 (otuz yeddi min səkkiz yüz səksən beş) manatın 35 (otuz beş) faizi məbləğində yəni, 13260.8 (on üç min iki yüz altmış manat səksən qəpik) manat məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1, 482.2 və 505-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın bilavasitə obyekti olmuş malların ümumi dəyəri olan 37885 (otuz yeddi min səkkiz yüz səksən beş) manatın 35 (otuz beş) faizi məbləğində yəni, 13260.8 (on üç min iki yüz altmış manat səksən qəpik) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar