Məhkəmə qərarları › İş №3(078)-151/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-151/2025

15.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-151/2025 15.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, Barəsində X20 iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, subay, ali təhsilli, bərbər, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN X25 Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş X20 materiala baxaraq, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər Polis İdarəsindən İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində toplanmış X20 material göndərilmişdir. İstintaq və Təhqiqat Şöbəsinin rəisi, polis mayoru Fərid Alıyev tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-436/1-5174/2025 nömrəli raportdan aydın olur ki Vətəndaş Şəxs barəsində olan İstintaq və Təhqiqat Şöbəsində toplanmış HKpi-251/25 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərara, əsasən, toplanmış HKpi-251/25 №-li material üzrə vətəndaş Şəxs əməlində cinayətin tərkib əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilməsi, toplanmış HKpi-251/25 №-li material üzrə vətəndaş Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsinin tərkib əlamətləri olduğundan material üzrə Şəxs barəsində inzibati icraat başlanılması üçün qərarın surəti Naxçıvan Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinə göndərilməsi və vətəndaş Şəxs yaşadığı evdən baxış zamanı götürülərək kağız zərfə qablaşdırılmış ümumi təmiz çəkisi 1.268 qram qurudulmuş marixuana narkotik vasitəsi Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağına verilməsi qərara alınmışdır. Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Əli Bayramov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli raporta, əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X25-in NMİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2001-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 3 ünvanında qeydiyyatda olan, Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 38 ev 5 ünvanında yaşayan Şəxs narkotik vasitələri və psixotrop maddələri qanunsuz istifadə etməsi, saxlaması məqsədi ilə əldə edib üzərində və yaşadığı Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 38 ev 5 ünvanında narkotik maddə gizlətməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 17 fevral 2025-ci il tarixdə, saat 19:30 dəqiqədə Naxçıvan şəhəri Xətai məhəlləsində saxlanılmış, üzərində heç bir qanunsuz predmet aşkar olunmamış, əməliyyat axtarış tədbirinin davamı olaraq Şəxs yaşadığı, Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 38 ev 5 ünvanındakı evinə onun iştirakı ilə baxış keçirildi, mənzildə Şəxs yaşadığı otağın girişdən sol hissəsində yerləşən şkafın yuxarıdan birinci çəkməcəsinin içərisində bir ədəd içərisində qurudulmuş marixuanaya bənzər, narıncı rəngli qablaşdırması ilə birgə ümumi çəkisi 20.15 qram olan kütlə, bir ədəd içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan, şəffaf rəngli qablaşdırması ilə birgə ümumi çəkisi 13.42 qram olan kütlə, şkafın üstündə üzərində viniston yazılmış siqaret paçqasının içərisində üç ədəd içərisində qurudulmuş marixuanaya bənzər ümumi qablaşdırması ilə birgə ümumi çəkisi 1.04 qram olan kütlə aşkar edildi, tərəfimizdən qablaşdırıldı, üzərində müvafiq qeydlər aparılmaqla möhürləndi və götürüldü. Əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunmuş və videoçəkilişlər DVD-yə qeyd olunmuşdur. Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Əli Bayramov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli raporta, əsasən, xx.xx.2025-ci il tarixdə, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.2001-ci ildə Naxçıvanp şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 3 ünvanında qeydiyyatda olan, Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 38 ev 5 ünvanında yaşayan Şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməsi, istifadəsi və saxlaması, həmçinin Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 38 ev 5 ünvanındakı evində narkotik maddə gizlətməsi bildirilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyi xx.xx.2025-ci il tarixli əmrinə, əsasən, qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosesual hərəkətlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarından ibarət tərkibdə birgə əməliyyat qrupu yaradılması əmr edilmişdir. xx.xx.2025-ci il tarixli Şəxs ərizəsindən aydın olur ki, evdə baxış keçirilməsinə etirazı yoxdur. xx.xx.2025-ci il tarixdə Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Əli Bayramov tərəfindən “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Əli Bayramov tərəfindən “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və mənzilinə baxış keçirilməsinə dair” protokol tərtib olunmuşdur. Şəxs izahatı alınmışdır. Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Nicad Babayev tərəfindən xx.xx.2025-ci il tarixdə “Şübhəli şəxsin tutulması haqqında” qərar qəbul edilmiş və vətəndaş Şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün o, şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Nicad Babayev tərəfindən xx.xx.2025-ci il tarixdə “Şübhəli şəxsin tutulması haqqında” protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixdə Şəxs ərizəsinə, əsasən, ona hüquqları izah olunmuş, hüquqları ona aydındır. Hüquqlarının müdafiə olunmasından ötrü maddi imkanı yoxdur, ona görə də hüquqlarının müdafiəsi üçün dövlət hesabına ona müdafiəçi verilməsini xahiş etmişdir. “Şübhəli şəxsin dindirilməsi haqqında” protokola, əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə dindirilmişdir. xx.xx.2025-ci il tarixdə X5 Naxçıvan Şəhər Polis İdarəsində izahatı alınmışdır. xx.xx.2025-ci il tarixdə X9 Naxçıvan Şəhər Polis İdarəsində izahatı alınmışdır. xx.xx.2025-ci il tarixdə X4 Naxçıvan Şəhər Polis İdarəsində izahatı alınmışdır. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 199 nömrəli rəyinə, əsasən, Ekspertiza tədqiqatına təqdim edilən, üzərində "Vətəndaş Şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş marixuana narkotik vasitəsinə bənzər kütlələr İştirak etdilər: 1. imza Əli Bayramov 2. imza Zaur Talıbov 3. imza Şəxs 4. imza X18 etdi: Təhqiqatçı, polis baş leytenantı imza Nicad Babayev" yazıları olan və 02 yerdən "Azərbaycan Respublikası Din X25 Naxçıvan Şəhər Polis İdarəsi Zərflər üçün" möhür əksi ilə nişanlanmış dördkünc kağız parçası yapışdırılmış 01 epep kağız zərfin içərisindəki 01 ədəd narıncı rəngli plastik qabın içərisində təmiz çəkisi – 0,570 qram; 01 ədəd şəffaf plastik qabın içərisində təmiz çəkisi – 0,472 qram; 02 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,007 qram və - 0,141 qram; 01 ədəd siqaret şəklində bükülmüş kağızın içərisində tütünlə qarışıq şəkildə tütün hissəciklərini ayırdıqdan sonra qalan təmiz çəkisi - 0,015 qram olan tündyaşıl rəngli, spesifik iyli, bitki mənşəli kütlələr narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 05 ədəd obyektlərdə qurudulmuş marixuananın ümumi təmiz çəkisi – 1,268 qramdır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərasizində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı"na daxildir(İ siyahı İ bənd sıra N146) Tədqiqata təqdim olunmuş marixuanalar vizual görünüşlərinə görə və Rf göstəricilərinə görə bir-birləri ilə eynilik təşkil edir. xx.xx.2025-ci il tarixdə “Məhkəmə Ambulator Narkoloji X1” qərara, əsasən, material üzrə məhkəmə ambulator narkoloji ekspertiza təyin edilmişdir. “X24 X23 X14” xx.xx.2025-ci il tarixli protokola, əsasən, Şəxs 1 ədəd “iphone 6s” markalı mobil telefon, 1 qutu “winiston” markalı siqaret və 1 ədəd qara rəngli alışqan aşkar edilərək götürülmüş və növbətçi hissəyə təhvil verilmişdir. “X19 Haqqında” xx.xx.2025-ci il tarixli protokola, əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:00-da X10dur. xx.xx.2025-ci il tarixli, MN seriyalı və ******* nömrəli “X20 X21 Göndərilməsi Barədə” qərardada, əsasən, Şəxs barəsində tərtib olunmuş X20 materiallara baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli, MN seriyalı və ******* nömrəli “X20” protokola, əsasən, Məmmədli X8 Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt şəxsin izahatı və video-material, Ədliyyə Nazirliyinin 199 nömrəli rəyi ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 xx.xx.2025-ci il tarixli, 132 saylı rəyinə, əsasən, Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X3 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə THC (tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur. “X20 İcraat Materialı Üzrə X10 X11 X7” protokola, əsasən, X10 Şəxs hüquqularının müdafiəçisi X6 və digərləri tərəfindən müdafiə edilməsinə etirazını bildirməklə müdafiəçilərdən imtina etmişdir. Barəsində X20 iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Bakıya getdiyini, qurudulmuş marixuananı Naxçıvana gətirdiyini, xx.xx.2025-ci il tarixdə polisin saxladığını, 3 qrama yaxın marixuana gətirdiyini, hadisənin xx.xx.2025-ci il tarixdə olduğunu, xx.xx.2025-ci ildə tutulduğunu, başqasına vermədiyini, yalnız özü üçün istifadə etdiyini, 1 nəfərlə birgə istifadə etdiyini, Turqay ilə bir yerdə tutulduğunu, 2 gün saxlama yerində saxlandığını, əlilliyinin olmadığını bildirmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə araşdırması zamanı və iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. Məhlkəmə inzibati tənbeh tətbiq edərkən Şəxs barəsində olan ittihamedici hökmü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədən şəxsin şəxsiyyətini xarekterizə edən hal kimi nəzərə alınmışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməlidir. İş üzrə X19 protokolundan aydın olur ki, Şəxs xx.xx.2025-ci il tarixdə tutulmuşdur. Odur ki, məhkəmə tətbiq ediləcək inzibati həbsin əvvəllinin onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2025-ci il tarixdən hesablanması nəticəsinə gəlir. Lakin məhkəmə qeyd edir ki, inzibati xəta törətmiş şəxsin şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən həbs tənbeh növündən çıxılmalıdır. Belə ki, iş materiallarından görünür ki, şəxs 17 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Onun şübhəli şəxs qismində azad edilməsi barədə iş materiallarında hər hansı sənəd mövcud deyildir. Lakin inzibati xəta törətmiş şəxs iki gün müddətində müvəqqəti saxlama yerində saxlanıldığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətə cəlb edilmənin əsasları müəyyən edilib. Həmin maddənin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində isə inzibati xəta əməlinin anlayış verilib ki, qeyd edilən maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin mahiyyətinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsinə, saxlanılması, daşınması və ya göndərilməsi əməlini törətmiş şəxs görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində X20 iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və ictimai təhlükəsizlik, şəxsin sağlamlığı əleyhinə olan inzibati xətadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. Göstərilən hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Qeyd edilən Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 15 (on beş) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən də biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Həmin Məcəlləsinin 30.3-cü maddəsinə əsasən X19 müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. X13 Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, X19 müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Məhkəmə onu da vurğulayır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.3-cü maddəsinin tələbinə görə inzibati xətaya görə inzibati həbs növündə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində məcburi müalicənin tətbiqi məsələsi hakim tərəfindən həll edilir. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin birinci hissəsinə əsasən tibbi yoxlama yalnız şəxsin narkomanlıq xəstəliyinə düçar olmasının ("narkoman" olduğunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyət formasından asılı olmayaraq narkoloji-tibb müəssisələrində həyata keçirilir. “Y.Budaqov” adına Naxçıvan Muxtar Respublikası X2 xx.xx.2025-ci il tarixli 132 saylı rəyində Şəxs hazırda abstinensiya əlamətləri olmadığına görə müalicəyə ehtiyacının olmaması qeyd edilmişdir. İşin yuxarıda qeyd edilən faktiki halını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 39-cu bədində qeyd olunmuşdur ki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı, o cümlədən güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”na və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibbi məqsədlər üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməlidirlər və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs götürülmüş və maddi sübut Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan xalis çəkisi 1.268 qram qurudulmuş marixuana narkotik vasitəsi müsadirə edilməli və məhv edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 18 (on səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs təyin edilən tənbeh tədbirindən onun şübhəli şəxs qismində saxlanıldığı iki gün çıxılmaqla qəti olaraq 16 (on altı) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X15 həvalə edilsin. Şəxs götürülmüş və maddi sübut Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan xalis çəkisi 1.268 qram qurudulmuş marixuana narkotik vasitəsi müsadirə edilsin və məhv edilsin. Məhvetmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiyası tərəfindən həyata keçirilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar