Məhkəmə qərarları › İş №3(078)-154/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-154/2022

15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-154/2022 15.12.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X5 iştirakları ilə, xx.xx.2002-ci ildə Şahbuz rayonu, yuxarı Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, (FİN KOD: xxxxxxx) orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmayan, subay, Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatda olmaqla, Babək rayonu, Şıxmahmud kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyi Naxçıvan Şəhər Polis İdarəsini tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 14 dekabr 2022-ci il tarixdə Şahbuz rayonu, Kolanı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan zərərçəkmiş şəxs X1 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək ərizəsində 13 dekabr 2022-ci il tarixdə saat təxminən 18:40 radələrində ünvan 3 ünvanında yerləşən “İpək yolu” ailəvi kafesinin qarşısından ona məxsus bir ədəd “olimpiya magnum” markalı qara rəngli velosipedin oğurlandığını, velosipedin qiymətinin 200-250 manat aralığında olduğunu qeyd edərək velosipedi oğurlayan şəxsin tapılmasında ona kömək edilməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 15 dekabr 2022-ci il tarixli, 009993 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında onun hal-hazırda işsiz olduğunu, 2022-ci ilin iyul ayında hərbi xidmətdən qayıtdığını, bəzən gəzmək üçün Naxçıvan şəhərinə gəldiyini, 13 dekabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Şıxmahmud kəndindən Naxçıvan şəhərinə gələn 08 nömrəli marşrutla Naxçıvan şəhərinə gəldiyini, Naxçıvan şəhərində “4 yol” adlanan ərazidə maşrutdan düşdüyünü, H.Əliyev prospekti ilə şəhər mərkəzi istiqamətində piyada yolu ilə hərəkət etməyə başladığını, yol kənarında binanın altında yerləşən “İpək yolu” ailəvi kafenin qarşısına çatanda yol kənarında olan qara rəngli velosipedin onun diqqətini çəkdiyini, ətrafa nəzər saldığını, heç kimin onu görmədiyini dəqiqləşdirdiyini və velosipedi götürərək binanın ortasına keçdiyini, orada velosipedə mindiyini, sürərək yaşadığı Şıxmahmud kəndinə doğru getdiyini, velosipedi evə apardığını və kənddə sürdüyünü, bu gün onun mobil telefonuna zəng gəldiyini, zəng edən şəxsin Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşı olduğunu ona bildirdiyini, ondan Naxçıvan Şəhər Polis İdarəsinə gəlməsini xahiş etdiyini, həmin vaxt özünün velosipedi oğurladığını polislərin bildiklərini başa düşdüyünü, velosipedi götürüb Naxçıvan Şəhər Polis İdarəsinə getdiyini, orada iki nəfər hal şahidinin iştirakı ilə velosipedi və üzərində olanları protokollaşdıraraq götürdüklərini, zərərçəkmişə vurulmuş ziyanı tamamilə ödədiyini və zərərçəkmiş şəxslə barışdığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında onun Naxçıvan şəhərində kafe işlətdiyini, kafesində servis xidməti üçün velosipeddən istifadə etdiklərini, həmin velosipedin ona məxsus olduğunu, həmin velosipedi kafenin qarşısında saxladıqlarını, hər hansı təhlükə hiss etmədikləri üçün onu bağlamadıqlarını və uzun müddətdir ki, onu orada saxladıqlarını, 13 dekabr 2022-ci il tarixində, saat təxminən 18:40 radələrində velosipedin tanımadıqları şəxs tərəfindən oğurlandığının onlara məlum olduğunu, velosipedi kafenin qarşısında tapa bilmədiklərini, 14 dekabr 2022-ci il tarixdə onun baş vermiş hadisə ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etdiyini, ərizəsi əsasında araşdırma aparıldığını, velosipedin Rəvan tərəfindən oğurlandığının aşkarlandığını, velosipedin Rəvan tərəfindən ona qaytarıldığını, ondan heç bir şikayəti və tələbi olmadığını qeyd edərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Babək rayon X11 hüquqi şəxsi tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli, 6312 nömrəli tibbi yoxlama sənədinin surətinə əsasən Şəxs 15 dekabr 2022-ci il tarixdə xəstəxanada ambulator olaraq tibbi müayinədən keçmiş və ona “sağlam” diaqnozu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 15 dekabr 2022ci il tarixli, 03/2041 nömrəli arayışdan görünür ki, Şəxs Mərkəzdə qeydiyyatda durmur, ona heç bir növ sosial müavinət və təqaüd ödənilmir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin PHŞ Babək rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli, 93 nömrəli arayışdan görünür ki, Şəxs Babək rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydiyyata alınmamış və ona heç bir müavinət ödənilməmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Babək rayon İcra Hakimiyyəti Şıxmahmud kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli, 128 nömrəli arayışdan görünür ki, Şəxs ailə üzvləri atası-X10, anası- X2 və bacısı X9r. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Babək rayon İcra Hakimiyyəti Şıxmahmud kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli, 129 nömrəli arayışdan görünür ki, Ələkbərli X3 yaşayır. İş materiallarında olan 15 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, olimpiya magnum markalı velosipedin bazar qiyməti 230 (iki yüz otuz) manatdır. İş materiallarında olan 15 dekabr 2022-ci il tarixli protokoldan məlum olur ki, həmin tarixdə olimpiya magnum markalı velosiped Şəxs polis əməkdaşları tərəfindən götürülmüşdür. İş materiallarında olan 15 dekabr 2022-ci il tarixli aktdan görünür ki, həmin tarixdə olimpiya magnum markalı velosiped zərərçəkmiş şəxs X7 təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş 15 dekabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 15 dekabr 2022-ci il tarixdə saat 09:30-da inzibati qaydada tutulmuş, həmin tarixdə saat 12:10-da azad edilmişdir. 15 dekabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X8 məhkəməyə ərizə təqdim edərək Şəxs ona məxsus kafenin qarşısından oğurladığı Olimpiya Magnum markalı velosipedi ona qaytardığından onunla barışdığını, ondan heç bir tələbi olmadığını qeyd edərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. -227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eyni zamanda zərərçəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar