Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-154/2024 13.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X7 iştirakı ilə, “X10” MMC-nin icraçı direktoru X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi üzrə Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Protokola görə “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin mexaniki X2 27 noyabr 2023cü il tarixdə saat 10:00 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılarkən məlum olub ki, 27 noyabr 2023-cü il tarixdə saat 10:00 radələrində X2 “X10” MMC-yə məxsus “İNDEKS” markalı, AZ 185-FX- 511 dövlət qeydiyyat nişanlı yükqaldırıcı nəqliyyat vasitəsini Kəngərli rayonu, Xıncab kəndində yerləşən X4 Böyükdüz kəndində yerləşən qəbul mərkəzinə apararkən yolda idarəetməni itirməsi səbəbindən nəqliyyat vasitəsinin aşması nəticəsində baş vermişdir. Bədbəxt hadisənin baş verməsində “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin mexaniki X2 ehtiyatsızlığı və Cəmiyyətin icraçı direktoru X1 cavabdehliyi müəyyən edilmişdir. “Naxçıvan Muxtar Respublika Xəstəxanası” pubiik hüquqi şəxsin 29 noyabr 2023-cü il tarixli 795 nömrəli məktubunda X2 27 noyabr 2023-cü il tarixdə saat 12:02 radələrində “sağ ayaq pəncəsinin açıq yarası, topuğun bərk əzilməsi" diaqnozu ilə Xəstəxananın Travmatologiya şöbəsinə daxil olduğu, xəstədə alkoqollu içkilərin, texniki sipirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin aşkar olunmadığı qeyd edilmişdir. Kəngərli Rayon Polis Şöbəsinin 20 dekabr 2023-cü il tarixli 3-13-43-23/2-5241/2023 nömrəli məktubunda Culfa rayon Kirna kənd sakini 1992-ci il təvəllüdlü X2 barəsində Kəngərli rayon Polis Şöbəsində araşdırılan HK-94/23 saylı materialın istintaqın aidiyyəti üzrə Kəngərli rayon Prokurorluğuna göndərildiyi qeyd edilmişdir. Kəngərli rayon Prokurorluğunun 15 dekabr 2023-cü il tarixli 352 ÇİX/23 nömrəli cavab məktubunda Məhkəmə-tibb ekspertizasının 04 dekabr 2023-cü il tarixli 1707 saylı rəyində X2 məhkəmə - tibbi ekspertizası aşkar olunmuş xəsarətlərin sağ ayaq pəncəsinin bərk əzilməsi, pəncənin proksimal falanqalar səviyyəsində dərin kəsilmiş-cırılmış yarası, kapsulbağ aparatının zədələnməsi, birinci ayaqdarağı sümüyünün əsasının qəlpəli sınığının küt mexanizmdən bərk küt əşyanın (əşyaların) təsirindən törəndiyi, eləcə də avtomobil qəzasınəticəsində törənməsinin istisna olunmadığı, xəsarətlərin yetirilmə müddətinin qərarda göstərilən tarixə uyğun gəldiyi və ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olduğu qeyd edilmişdir. Bununla da “X10” MMC-nin icraçı direktoru X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən “X10” MMC-nin icraçı direktoru X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan “X10” MMC-nin icraçı direktoru X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işəbaxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X10” MMC-nin icraçı direktoru X3 işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan “X10” MMC-nin icraçı direktoru X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə baxış iclasında Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X9 verdiyi izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X10” MMC-nin icraçı direktoru X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tələblərini pozmuşdur. Bu barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 23 yanvar 2024-cü il tarixdə tərtib edilmiş təhqiqat aktında qeyd olunmuşdur ki, X6 xx.xx.2019-cu il tarixdən “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin mexaniki vəzifəsində işləyir. “X10” MMC-nin icraçı direktoru X5 tərəfindən xx.xx.2023-cü il tarixdə verdiyi etibarnamə ilə “X10” MMC-nin balansında olan “İndeks” markalı buraxılış ili 2015, şassi FE 5030430C, AZ185FX511 dövlət nömrə nişanlı yük qaldırıcısı Cəmiyyətin mexaniki X2 uzunmüddətli sürücülük təcrübəsi nəzərə alınaraq idarə etmək səlahiyyəti verilmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublika Xəstəxanası PHŞ tərəfindən 29 noyabr 2023-cü il tarixdə verilmiş 795 nömrəli məktubunda X2 27 noyabr 2023-cü il tarixdə saat 12:02 radələrində “sağ ayaq pəncəsinin açıq yarası, topuğun bərk əzilməsi" diaqnozu ilə Xəstəxananın Travmatologiya şöbəsinə daxil olduğu, xəstədə alkoqollu içkilərin, texniki sipirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin aşkar olunmadığı qeyd edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası İXM-in 198-ci maddəsində əməyin mühafizəsi qaydalarının pozulması halları sadalanmışdır: 198.1. Əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni: 198.1.1. əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə; 198.1.2. binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsinə; 198.1.3. bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmamasına; 198.1.4. işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktika xidmətinin təşkil edilməməsinə; 198.1.5. normal əmək və istirahət rejiminə riayət edilməməsinə; 198.1.6. işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə; 198.1.7. işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə; 198.1.8. kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların daxil edilməməsinə; 198.1.9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməməsinə; 198.1.10. maşın və avadanlıqların fırlanan və ötürücü hissələrinin istehsalçı tərəfindən təchiz edilmiş mühafizə qurğuları olmadan istismar edilməsinə görə-beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. 198.2. Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə —min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 198.3. Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda —min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, “X10” MMC-nin icraçı direktoru X5 tərəfindən İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də həmin qurum sözügedən maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə görə Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında “X10” MMC-nin icraçı direktoru X1 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda —min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: “X10” MMC-nin icraçı direktoru X5 Azərbaycan Respublikası İnzibati Xətalar 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1500 (bir min beş min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-154/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-154/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver