Məhkəmə qərarları › İş №3(078)-154/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-154/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-154/2025 19.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Naxçıvan şəhərində doğulmuş, FİN:xxxxxxx, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Naxçıvan şəhər “Su qurğuları” idarəsində operator işləyən, deməsinə görə əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri, Qaraçuq Ə/D, Bulqan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material 19 mart 2025-ci il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin İTŞnin polis sahə rəisi, polis leytenantı Samir Ələsgərov tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raporta, əsasən, xx.xx.2025-ci il tarixdə saat təxminən 10:30 radələrində "Bahar fest" tədbirinin keçirilməsi üçün nəzərdə tutulan ərazidə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması zamanı təyin olunmuş "Park AVM" qarşısındakı yerdə VAZ-2107 markalı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi oradan keçmək istədi. PPXB-nin polis baş serjantı X3 ondan yolun bağlı olmasını və hərəkətin yalnız geriyə təyin olunduğunu bildirib geriyə qayıtmasını tələb etdi. Bu zaman səs-küy müşahidə edildi, yaxınlaşıb məruzə edərək vətəndaşdan qanuni tələblərə riayət olunmasını tələb etsədə o bizə məhəl qoymadı. Nəqliyyat vasitəsini biraz aralıda park etdikdən sonra nalayiq ifadələr işlədə-işlədə tədbir yerinə hərəkət etməyə başladı. O, həmin şəxsi saxladıb hərəkətlərinə son verməsini tələb edib, ondan şəxsiyyətini təqdim etməsini istədi. O isə öz hərəkətlərini davam etdirərək onun qanuni tələblərimə qəsdən tabe olmayıb aqresivliyini nümayiş etdirərək ona kobudçuluq göstərdi. Bu zaman kənarda olan naryadları dəvət edib şəxsin Naxçıvan Şəhər Polis İdarəsinə gətirildi. İdarədə məlum oldu ki, vətəndaş Naxçıvan şəhər Bulqan kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1986-cı il təvəllüdlü Şəxsdur. xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* nömrəli “İnzibati xəta haqqında” protokola, əsasən, Qasımov X5 Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” protokola, əsasən, protokol və əlavə edilmiş digər materiallar baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Naxçıvan Şəhər Polis İdarəsi PPXB-nin polis baş serjantı X1 və barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs Həsən oğlunun izahatı iş materiallarına əlavə edilmişdir. “İnzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasında imtina haqqında” protokola, əsasən, Şəxs X2 və digərləri tərəfindən müdafiə edilməsinə etirazını bildirməklə müdafiəçilərdən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş “Barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətlar Məcəlləsində nəzərdə tutulan hüquqları barədə” bildirişlə Şəxs tanış olmuşdur. “Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında” protokola, əsasən, xx.xx.2025-ci il tarixdə yoxlama zamanı 1 ədəd “Redmi 10 Pro” markalı mobil telefon, 207 manat pul və şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüş və növbətçi hissəyə təhvil verilmişdir. “İnzibati qaydada tutma haqqında” protokola, əsasən, Şəxs 19 mart 2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs izahatında bu gün səhər saat 11:00 radələrində evdən çıxıb dərman almağa əczaxanaya getdiyini, yollar bağlı olduğunu, şəhərdə bayram tədbiri ilə bağlı yollar bağlı olmasını dediklərini, maşını kənara verib polislərlə sözləşdiyini, sonra da öz-özünə deyinə deyinə uca səslə əsəbi halda kobud ifadələr işlədərək getdiyini, polis əməkdaşı ona yaxınlaşdığını, “niyə səs-küy salıb ictimai asayışı pozursan” dediyini, polislə də sözləşdiyini, polis ona “asayışı ictimai yerdə pozduğun üçün polis şöbəsinə getməliyik” dediyini, onun ilk başda razı olmadığını, getmək istəmədiyini, sonra onu maşına əyləşdirib polis şöbəsinə apardıqlarını, uşaq xəstə olduğu üçün və buna görə əsəbi olduğundan kobudluq etdiyini, əməlindən çox peşman olduğunu, etdiyi əmələ görə üzr istədiyini bildirmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş X7 izahatında bu gün şəhərdə olan bayram tədbiri ilə bağlı yolun bir hissəsi bağlanmış olduğunu, vətəndaş Şəxs maşını idarə edərkən saxladıb bildirdiklərini, yolu keçməyə imkan olmadığını, hərəkət məhdudlaşdırıldığını, lakin şəxs nalayiq ifadələrlə “gedin işinizlə məşğul olun, bu camaatı bezdirmisiniz” kimi ifadələr və uca səslə söyüşlər söydüyünü, sonra da nə qədər şəxsi ictimai qaydaya riayət etməyə çalışsalar da, yenə də öz-özünə söyüşlər söyürdüyünü, kiminsə şəxsi ünvanına söyüş söymədiyini, ancaq elə uca səslə söyüş söydüyünü, onların da şəxsi polis maşınına dəvət etdiyini, şöbəyə apardıqlarını və inzibati protokolu tərtib etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında səhər saat 11:30 olduğunu, vətəndaş maşınla gəldiyini, onların saxlatdığını, yolun bağlı olduğunu, maşından düşün səs-küylə “bəs hardan getməliyik” bildirdiyini, asayişi pozmasın dediklərini, ancaq şəxs əməl etmədiyini, onlar da şəxsi polis şöbəsinə apardıqlarını bildirmişdir. Məhkəmə iş materiallarını şahid ifadələrini araşdırıb belə hesab edir ki, Şəxs əməlində xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama inzibati xətalarının tərkibi vardır və həmin əməllərə görə təqsirli bilinməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxsoğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1cimaddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin əməlində məsuliyyəti yüngülləşdirən hal əməlindən peşman olmasıdır, məsuliyyəti ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxsoğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 19 mart 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X9 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar