Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-155/2025 20.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Baxşəli oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil və zərərçəkmiş şəxslər X7, X8 X4, iştirakları ilə, xx.xx.2008-ci ildə Naxçıvan şəhərində anadan olmuş FİN:xxxxxxx, Azərbaycan Respublikası vətəndaşı, natamam təhsilli, subay, 12 nömrəli tam orta məktəbdə 11D sinif şagirdi, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin icraatına xx.xx.2025-ci ildə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmiş Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 4, ev 53 qeydiyyatda olan xx.xx.2008-ci il təvəllüdlü Şəxs barəsində tərtib olunmuş İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış materialları daxil olmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-129/2025 nömrəli, 07 mart 2025-ci il tarixli qərardadı ilə 16 yanvar 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinə geri qaytarılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubunda Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-129/2025 nömrəli, 07 mart 2025-ci il tarixli qərardadı ilə 16 yanvar 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinə geri qaytarılması qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmiş Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 4, ev 53 qeydiyyatda olan xx.xx.2008-ci il təvəllüdlü Şəxs barəsində tərtib olunmuş İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarına xx.xx.2025-ci il tarixli, X16 tərəfindən tərtib olunmuş, İXP seriyalı, ******* nömrəli İnzibati xəta haqqında protokol əlavə edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-79/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə 16 yanvar 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinə geri qaytarılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubunda Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-79/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə 16 yanvar 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinə geri qaytarılması qeyd olunmuşdur. xx.xx.2025-ci ildə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsində nəzərdə tutulmuş xətanı törətmiş Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 4, ev 53 qeydiyyatda olan xx.xx.2008-ci il təvəllüdlü Şəxs barəsində tərtib olunmuş İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-32/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə 16 yanvar 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinə geri qaytarılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubunda Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-32/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə 16 yanvar 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinə geri qaytarılması qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş “Barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları barədə bildiriş”ə, əsasən, Şəxs hüquqları izah edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “material üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar”a, əsasən, Naxçıvan ŞPİ-nin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis mayoru X17 tərəfindən cinayət işinin başlanılması rədd edilmişdir. xx.xx.2024-cü il, 375 saylı rəyə, əsasən, X2 məhkəmə tibb müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət müəyyən edilməmişdir. xx.xx.2024-cü il tarixli, 376 saylı rəyə, əsasən, X1 bədənində müəyyən edilmiş xəsarətlər: sol diz nahiyyəsinin qançırı, bərk küt əşyanın təsirindən törənmişdir, eləcə də yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Xəsarətin yetirilmə müddəti tibbi arayışda göstərilən tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, məktubuna, əsasən, Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin 01 dekabr 2024-cü il tarixli, 3-13-43-6/2-1251 pi/2024 saylı məktubunuza əsasən HKpi- 1251/24 saylı material üzrə təyin olunmuş yol-nəqliyyat hadisələrinin hallarının tədqiqi ekspertizasının tərtib etdiyi 24 dekabr 2024-cü il tarixli, 1520 saylı ekspert rəyi Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmiş, Naxçıvan şəhəri, Xətai məhəlləsi döngə 4, ev 53-də qeydiyyatda olan xx.xx.2008-ci il təvəllüdlü Şəxs hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədi ilə müdafiəçi ilə təmin edilməsinə göstəriş verilməsi barədə Naxçıvan MR Vəkillər Kollegiyasının sədri Vüsal Həsənovdan xahiş edilməsi qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli tibbi arayışa, əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsində ambulator olaraq müayinə olundu və onda “Patologiya aşkar olunmadı” - diaqnozu müəyyən olunması qeyd edilmişdir. Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna, əsasən, Şəxs tibbi yoxlamadan keçməsinə köməklik göstərilməsi barədə Naxçıvan MR Xəstəxanasının direktorundan xahiş edilməsi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli, HK-1/1251 nömrəli raporta, əsasən, Naxçıvan ŞPİ-nin məsul növbətçisi, polis mayoru Toğrul Qasımov tərəfindən edilmiş məruzədə xx.xx.2024-cti il tarixdə saat 17:20-də Naxçıvan ŞPİ-nin DYPB-nin tağım komandiri,polis leytenantı X22 Hissəyə zəng edərək Naxçıvan şəhəri istiqlal küçəsində zəncirvari olaraq (yəni 6 ədəd avtomobiün əzilməsiiə müşahidə olunan) və xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsinin baş verdiyini bildirməsi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli, Naxçıvan ŞPİ-nin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis mayoru X17 tərəfindən edilmiş raporta, əsasən, İstintaq və Təhqiqat şöbəsində araşdırılan Hkpi-1251/24 nömrəli material üzrə sürücü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.4 və 332.4-cü maddələri ilə, sürücü X5 barəsində Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti xidmət sahəsinə göstəriş verilməsi xahiş edilmişdir. xx.xx.2025-ci il tarixli, saat 17 radələrində Naxçıvan Şəhəri, İstiqlal küçəsində baş vermiş zəncirvari avtoqəzanın yol nəqliyyat hadisəsi yerinin sxemi və foto-cədvəllər; xx.xx.2024-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol”; xx.xx.2024-cü il tarixli “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında protokol” iş materiallarına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli, 001693 nömrəli vəkil orderinə, əsasən, Vəkil tərəfindən Şəxs hüquqi yardım göstərilmişdir. Naxçıvan Şəhər Polis İdarəsində Şəxs, X7, X8, X4, X10, X5 izahatları alınmış və iş materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli “maddi ziyanla bağlı akt”a, əsasən, X8 avtomobilinə ümumilikdə 6500 manat maddi ziyan dəymişdir. xx.xx.2024-cü il tarixli “maddi ziyanla bağlı akt”a, əsasən, X3 avtomobilinə ümumilikdə 2025 manat maddi ziyan dəymişdir. xx.xx.2024-cü il tarixli “maddi ziyanla bağlı akt”a, əsasən, X7 avtomobilinə ümumilikdə 4373 manat maddi ziyan dəymişdir. xx.xx.2025-ci il tarixli X6 və X9 məxsus qaimə-faktura iş materiallarına əalvə edilmişdir. Məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, ümumi 6 maşının toqquşduğunu, dərman almaq üçün getdiyini, izahat alınarkən atasının xəbəri olmadığını dediyini, ilk izahatları müstəntiqin aldığını bildirmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs X13 izahatında bildirmişdir ki, onların ziyanı sığorta ilə qarşılanacaq, təxminən maddi ziyan 5000 manat olduğunu, hər kəsin faktiki ziyanın qarşıladığını, özü ziyanı çəkdiyini, hal-hazırda şikayətinin olmadığını, sığortanın az qarşıladığını bildirmişdir. Məhkəmə baxış iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Baxşəli oğlu izahatında bildirmişdir ki, əqsirin qara rəngli maşında olduğunu, qardaşının dönəndə maşının təkərini vurduğunu, qəzanın səbəbi qara rəngli maşın olduğunu, sonra oğlunun sürdüyü maşın vurduğu üçün idarə etməni itirdiyini və digər maşınları vurduğunu, polisi apellyasiya məhkəməsinə verəcəyini, polisin işə düzgün baxmadığını, uşağın sürücülük vəsiqəsi olmadığına görə hər şeyi onların üzərinə yıxdıqlarını, qoşa xətti keçdiyini, piyadanı vurmamaq üçün maşının təkərini vurduğunu, onun evdə olmadığını, açarı götürüb çıxdığını bildirmişdir. Zərərçəkmiş şəxslər X14 və X11 vurulmuş zərərin qarşılandığını, şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkibi vardır. Şəxs əməli işdə olan 16 yanvar 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla tam sübuta yetir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə əzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 332.4cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı dispozitiv şərtləri özündə ehtiva edir. Həmin maddənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.3-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə Şəxs yetkinlik yaşına çatmamasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Tənbeh məsələsinə gəldikdə məhkəmə hesab edir ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlirə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında cərimə edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-155/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-155/2025
20.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver