Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-156/2022 29.12.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəməyə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş materialdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müştərisi olan Şəxs tərəfindən 29 oktyabr 2020-ci il tarixdə Türkiyə Respublikasına malların alınması məqsədilə 79710 (yetmiş doqquz min yeddi yüz on) USD məbləğində avans ödənişi köçürülmüş, lakin 2 il tamam olmasına baxmayaraq malların idxal edilməsini təsdiqləyən sənəd banka təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs vəkili və nümayəndəsi Vəkil izahatında, Şəxs MMC ilə X8 ve Dış Ticaret LTD Şirkəti (satıcı) arasındakı razılaşmaya əsasən satıcı tərəfindən Gəmiqayaya müxtəlif növ tikinti materialları, avadanlıqlar, nəqliyyat vasitələri və s. malların verilməsi və xidmətlərin göstərilməsinin, Gəmiqaya tərəfindən isə müvafiq mallar və xidmətlər qarşılığında müəyyən edilmiş qiymətin ödənilməsinin nəzərdə tutulduğunu, müqaviləyə əsasən 79710 ABŞ dolları məbləğində malın 2019-cu ilin aprel ayında Türkiyə Respublikasından ixrac edildiyini və ixrac edilən zaman X6 bəyan edildiyini, yük gömrük bəyannaməsi mövcud olmasa belə, digər sənədlər əsasında malların ölkəyə idxal edilməsi öz təsdiqini tapdığı üçün edilmiş avans ödənişin hər hansısa cinayətkar məqsədlər üçtin istifadə edilməmiş olmasının müvafiq norma ilə nəzərdə tutulan inzibati xətanın mövcudluğunu da aradan qaldırmış olduğunu, sifariş edilən malın Türkiyə Respublikasından ixrac edilən zaman X2 bəyan edilməsi, malın təyinat ünvanı bölməsində Azərbaycan Respublikasının göstərilməsi, həmçinin yükün daşınması ilə əlaqədar “Tır çeki listesi” və “Çeki listesi”nin malın Azərbaycan Respublikasına göndərildiyini təsdiq etmiş olduğunu, bundan əlavə, X8 ve Dış Ticaret LTD Şirkəti tərəfindən kəsilmiş malın hesabfakturasının yükün göndərilməsi və gömrük məntəqəsinə təqdim edilməsi məqsədinin mövcudluğunu sübut etdiyini, Dilucu gömrük məntəqəsindən ixrac edilən mal üçün yalnız bir təyinat ünvanı olduğunu, bunun da Naxçıvan Muxtar Respublikası olduğunu, bu halda mal Dilucu gömrük məntəqəsindən ixrac edilibsə, Naxçıvan MR-ə idxal edildiyinin aydın olduğunu və bu barədə şübhələrin olmasının ümumiyyətlə ağlabatan olmadığını, hətta sifariş edilən malın Naxçıvan MR-ə daxil olması və Naxçıvan MR-da Gəmiqaya tərəfindən qəbul edilməsinin də “Təhvil-təslim” Aktı ilə öz təsdiqini tapdığını, malın Türkiyə Respublikasından ixrac bəyannaməsi və yüklə əlaqədar daşıma sənədlərinin, həmçinin gömrük ödənişinin edilməsi ilə bağlı 02351 və 02575 nömrəli mədaxil qəbzlərinin də sifariş edilən malın Azərbaycan Respublikasına göndərildiyini və ölkə ərazisinə daxil olduğunu açıq-aşkar sübut etdiyini, lakin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin dövlət gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sisteminə daxil olmaq mümkün olmadığından, daha dəqiq ifadə etsək, ümumiyyətlə, elektron sistem faktiki olaraq işləmədiyindən mal idxal edildiyi zaman gömrük bəyannaməsini elektron sistem üzərindən tərtib və təqdim etməyin də mümkün olmadığını, monitordan əldə edilmiş ekran görüntüsünün də elektron sistemə daxil olmağın mümkün olmadığını sübut etdiyini, bu barədə dəfələrlə Naxçıvan MR DGK-ya şifahi müraciətlər edilsə də, Naxçıvan MR DGKnın elektron sistemlə işləmədiyi və gömrük rüsumlarının nağd qaydada qəbul edildiyinin bildirildiyini, ödənişin nağdsız qaydada həyata keçirilməsi üçün bank hesabının belə təqdim edilmədiyini, Gəmiqaya tərəfindən sifariş edilən mal üçün yük gömrük bəyannaməsinin təqdim edilməsi barədə Naxçıvan MR DGK-ya xx.xx.2022-ci il tarixdə 163 nömrəli yazılı müraciətin də edildiyini, yük gömrük bəyannaməsinin Naxçıvanbanka təqdim edilməməsində təqsirin qəsd və ya ehtiyyatsızlıq formasına rast gəlinmədiyini, çünki Naxçıvan MR DGK-nın elektron sisteminin işləməməsi Gəmiqayanın iradəsindən və müdaxiləsindən tamamilə kənar olmaqla, qeyd edilən əməldə Gəmiqayanın təqsirini istisna etdiyini, hal-hazırda Naxçıvan MR DGK-da bir sıra vəzifəli şəxslərə qarşı cinayət işinin açılmış olmasının da mövcud olan sistemsizliyin bariz göstəricisi olduğunu, müəllif Tapdıq Fərhadoğlu tərəfindən yazılan “Naxçıvan Gömrük Komitəsinin şöbə rəisi həbs edilib" məqaləsində də “Naxçıvan MR DGK-nın vəzifəli şəxsləri dövlət gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sistemdən əlavə, rəsmiləşdirilmədən idxal olunan mallara görə qeyri-rəsmi ikinci yığım sistemi yaradıblar” yazıldığını, Gəmiqaya bu sistemsizliyin və qanunsuzluğun bir qurbanı olmaqla, bununla əlaqədar başqa cür hərəkət etmə iqtidarında da olmadığını, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: 08 dekabr 2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, X4 İttifaqının Şəxs 79710 (yetmiş doqquz min yeddi yüz on) ABŞ dolları məbləğində vəsaiti 29 oktyabr 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 79710 (yetmiş doqquz min yeddi yüz on) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 30 oktyabr 2022-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 01 dekabr 2022-ci il tarixli, KB-252-2-2022-71 nömrəli məktubuna əsasən, Şəxs tərəfindən 29 oktyabr 2020-ci il tarixdə Türkiyə Respublikasına malların alınması məqsədilə 79710 (yetmiş doqquz min yeddi yüz on) USD məbləğində avans ödənişi köçürülmüş, lakin 2 il tamam olmasına baxmayaraq malların idxal edilməsini təsdiqləyən sənəd banka təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. Məhkəmə həmçinin Şəxs tərəfindən təqdim olunmuş sənədlərə qiymət verərək qeyd edir ki, təqdim olunmuş sənədlər 2019-cu il tarixə təsədüf etdiyini, 08 dekabr 2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, X4 İttifaqının Şəxs 79710 (yetmiş doqquz min yeddi yüz on) ABŞ dolları məbləğində vəsaiti 29 oktyabr 2020ci il tarixdə xaricə köçürməsi və 2 il müddət keçsə də, 79710 (yetmiş doqquz min yeddi yüz on) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətin) ölkəyə idxal edilməməsini nəzərə alaraq, həmin sübutların təmini əsasını görmür. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X7 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində cərimə edilməsi növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43,114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında- 15942 (on beş min dpqquz yüz qırx iki) ABŞ dolları məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-156/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-156/2022
29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver