Məhkəmə qərarları › İş №3(078)-157/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-157/2024

03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-157/2024 03.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X2 iştirakları ilə, xx.xx.1991-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), subay, 1 uşaq atası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 03 aprel 2024-cü il tarixli, 116423/663/25228 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 03 aprel 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1211/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qətnaməsi əsasında verilmiş 30 dekabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 15 mart 2021-ci il tarixli 1136nkAHM/21 nömrəli kredit müqaviləsi üzrə 1349.75 (bir min üç yüz qırx doqquz manat yetmiş beş qəpik) manat əsas borc, 180.82 (bir yüz səksən manat səksən iki qəpik) manat faiz, 2.33 (iki manat otuz üç qəpik) manat cərimə borcu olmaqla cəmi 1532.90 (bir min beş yüz otuz iki manat doxsan qəpik) manat məbləğində kredit borcunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması və "xxxx" KB ASC tərəfindən xx.xx.2021-ci il tarixdə X6 ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarla 05 yanvar 2022-ci il tarixdə icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-348/2022 nömrəli, 28 mart 2022-ci il tarixli qətnaməsi əsasında verilmiş 24 may 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********28679 olan Xiaomi Redmi 9S markalı telefon üçün 750.8 (yeddi yüz əlli manat səksən qəpik) manat ödənilməmiş hissə, 75.2 (yetmiş beş manat iyirmi qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə LG markalı soyuducu üçün 1239 (bir min iki yüz otuz doqquz) manat ödənilməmiş hissə, 123 (bir yüz iyirmi üç) manat cərimə olmaqla ümumilikdə 2188 (iki min bir yüz səksən səkkiz) manat məbləğində borcun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması, cavabdeh Şəxs tutulacaq ümumilikdə 2188 (iki min bir yüz səksən səkkiz) manat məbləğində pulun iddiaçı "xxxx" MMC-nin (Kod 1 505141, VÖEN **********, M/H AZ82NABZ******************** SWİFT BİK PAHAAZ22, "ABC Telecom’’ MMC, X3 107 Hesab AZ78PAHA40060AZNHC**********; Tel; 123103013; VÖEN **********) bark hesabına ödənilməsi və "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X9 Portalına və ya AsanPay vasitəsilə xx.xx.2022-ci il tarixdə ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 41.88 (qırx bir manat səksən səkkiz qəpik) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarla 25 may 2022-cü il tarixdə icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Naxçıvan şəhər 3 saylı notariat ofisinin 8İ-312 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydində Naxçıvan şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X4 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə AZ1005, ünvan 2 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyəti / VÖEN:********** xeyrinə Naxçıvan V.Qasımov 28 ünvanında qeydiyyatda olan Şəxs (AZE15749244, xx.xx.2016 - Naxçıvan ŞPİ QvŞV bölməsi; FİN: xxxxxxx; d/t: xx.xx.1991) BPM**********88 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 477 manat 14 qəpik (dörd yüz yetmiş yeddi manat on dörd qəpik) tutulmasını, bundan əlavə borcludan Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 502 manat 14 qəpik (beş yüz iki manat on dörd qəpik) pulun tutulmasını qeyd etməsi aydın olur. İş üzrə icraata başlamaq haqqında qərarla 30 yanvar 2023-cü il tarixdə icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1211/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 1562.90 manat tələbkar "xxxx" KB ASC-nə, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-348/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 2229.88 manat "xxxx" MMC-nə və Naxçıvan Şəhər 3 saylı Notariat Ofisinin 8İ- 312 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 502.14 manat "xxxx" ASC-nin xeyrinə ödəməli olduğunu, maddi vəziyyəti ilə əlaqədar olaraq ödənişləri tam həyata keçirə bilmədiyini, kredit götürdüyü vaxt evli olduğunu, yoldaşının da işlədiyini, sonra boşandıqlarını, tək qaldığını, çətinliklərinin çox olduğunu, 1 ilə yaxındır ödəniş etmədiyini, 3 icra işi olduğunu, icra şöbəsindən ona zəng etdiklərini, vaxt istədiyini, sonra vəziyyət pisləşməsin deyə ödənişlər etdiyini, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 780 manat məbləğində ödəniş etdiyini qalıq borcunun 783 manat təşkil etdiyini, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-348/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 530 manat əvvəlki illərdə və 500 manat isə bugün ödəniş etdiyini, əvvəl köməyi olduğunu, hazırda tək qaldığını, aliment ödədiyini, anasının xəstə olduğunu, onun həkim və dərman xərclərinə çox pul lazım olduğunu, həmçinin əvvəl 2 işdə işlədiyini, sonra işdən çıxardıqlarını, gələn ay yenə işə qayıdacağını, ödənişlər həyata keçirəcəyini, maddi imkanı olmadığından tələbi təmin edə bilmədiyini, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X5 izahatında Şəxs Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1211/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 1562.90 manat tələbkar "xxxx" KB ASC-nə, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 348/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 2229.88 manat "xxxx" MMC-nə və Naxçıvan Şəhər 3 saylı Notariat Ofisinin 8İ-312 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 502.14 manat "xxxx" ASC-nin xeyrinə ödəməli olduğunu, şəxsin ödənişlər etdiyini, ancaq şikayətlər olduğu üçün axtarış verdiklərini, axtarışla gəldiyi üçün də protokol tərtib etdiklərini, şəxsin kirayədə yaşadığını, həmçinin aliment ödədiyini, bu gün 500 manat ödədiyini, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 780 manat məbləğində ödəniş etdiyini qalıq borcunun 783 manat təşkil etdiyini, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-348/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 530 manat əvvəlki illərdə və 500 manat isə bugün ödəniş etdiyini, təxminən ümumilikdə 2100 manat məbləğində borcu olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 30 dekabr 2021-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1211/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən Şəxs 15 mart 2021-ci il tarixli 1136nkAHM/21 nömrəli kredit müqaviləsi üzrə 1349.75 (bir min üç yüz qırx doqquz manat yetmiş beş qəpik) manat əsas borc, 180.82 (bir yüz səksən manat səksən iki qəpik) manat faiz, 2.33 (iki manat otuz üç qəpik) manat cərimə borcu olmaqla cəmi 1532.90 (bir min beş yüz otuz iki manat doxsan qəpik) manat məbləğində kredit borcunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması və "xxxx" KB ASC tərəfindən xx.xx.2021-ci il tarixdə X6 ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 05 yanvar 2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1211/2021 nömrəli, 17 noyabr 2021ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 05 yanvar 2022-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 24 may 2022-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-348/2022 nömrəli, 28 mart 2022-ci il tarixli qətnaməsinə əsasən Şəxs xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********28679 olan Xiaomi Redmi 9S markalı telefon üçün 750.8 (yeddi yüz əlli manat səksən qəpik) manat ödənilməmiş hissə, 75.2 (yetmiş beş manat iyirmi qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə LG markalı soyuducu üçün 1239 (bir min iki yüz otuz doqquz) manat ödənilməmiş hissə, 123 (bir yüz iyirmi üç) manat cərimə olmaqla ümumilikdə 2188 (iki min bir yüz səksən səkkiz) manat məbləğində borcun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması, cavabdeh Şəxs tutulacaq ümumilikdə 2188 (iki min bir yüz səksən səkkiz) manat məbləğində pulun iddiaçı "xxxx" MMC-nin (Kod 1 505141, VÖEN **********, M/H AZ82NABZ******************** SWİFT BİK PAHAAZ22, "ABC Telecom’’ MMC, X3 107 Hesab AZ78PAHA40060AZNHC**********; Tel; 123103013; VÖEN **********) bark hesabına ödənilməsi və "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X9 Portalına və ya AsanPay vasitəsilə xx.xx.2022-ci il tarixdə ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 41.88 (qırx bir manat səksən səkkiz qəpik) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 25 may 2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-348/2022 nömrəli, 28 mart 2022-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 25 may 2022-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixdə verilmiş Naxçıvan şəhər 3 saylı notariat ofisinin 8İ-312 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydində Naxçıvan şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X4 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə AZ1005, ünvan 2 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyəti / VÖEN:********** xeyrinə Naxçıvan V.Qasımov 28 ünvanında qeydiyyatda olan Şəxs (AZE15749244, xx.xx.2016 - Naxçıvan ŞPİ QvŞV bölməsi; FİN: xxxxxxx; d/t: xx.xx.1991) BPM**********88 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 477 manat 14 qəpik (dörd yüz yetmiş yeddi manat on dörd qəpik) tutulmasını, bundan əlavə borcludan Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 502 manat 14 qəpik (beş yüz iki manat on dörd qəpik) pulun tutulmasını qeyd etməsi aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 30 yanvar 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan şəhər 3 saylı notariat ofisinin 8İ-312 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 30 yanvar 2023cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan 25 avqust 2023-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx.xx.1991-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı, şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məhkəmə qətnaməsini tam və vaxtında icra etməməsi borclunun mülkiyyətində borcun icrasına yönəldə biləcəyi əmlakının və gəlirinin olmaması kimi üzrlü səbəblərdən qaynaqlanmışdır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Elektron İcra Sistemindən Şəxs məlumatları üzrə çıxarışdan pensiya, təqaüd və sair gəlirlərinin olmadığı, mülkiyyətində heç bir daşınmaz əmlak və ya nəqliyyat vasitəsinin olmadığı müəyyən olunmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı icra işindən borclu tərəfindən tələbkara 29 yanvar 2022-ci il tarixdə 100 manat, 29 mart 2022-ci il tarixdə 100 manat, 31 iyul 2022-ci il tarixdə 100 manat, 30 iyun 2022-ci il tarixdə 100 manat, 20 noyabr 2022-ci il tarixdə 100 manat, 15 oktyabr 2022-ci il tarixdə 100 manat, 06 mart 2023-cü il tarixdə 50 manat və 03 aprel 2024-cü il tarixdə 500 manat olmaqla ümumi borcdan ödənişlər edildiyi müəyyən olunmuşdur. İş üzrə araşdırma zamanı borclunun qərarın icrasından üzrsüz səbəbdən yayındığını göstərən tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun ödənilməsi imkanı olduğu halda ödənilməməsi kimi hallar müəyyən olunmamışdır. “İcra haqqında” Qanunun 82-ci maddəsi icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmuş tədbirlər nəticə vermədiyi hallarda borclunun ilk növbədə inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək vəzifəsini qoymuşdur. İş materiallarına əlavə edilmiş qəbzlərdən və borclunun və icra məmurunun məhkəmədə verdiyi izahatlarından görünür ki, Şəxs tərəfindən aylıq ödənişlər həyata keçirilmişdir. Qeyd olunan aylıq ödənişlər həyata keçirildiyi halda icra məmuru tərəfindən onun inzibati məsuliyyətə cəlb edilməsi üçün protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilibedilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır... Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. İşin araşdırılması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən icra sənədinin qərəzli olaraq icra edilməməsi halı aşkar edilməmiş, onun tərəfindən aylıq ödənişlər ödənildiyi müəyyən edilmiş, onun tələbin yönəldilə biləcəyi əmlakı və ya gəliri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130, 138-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar