Məhkəmə qərarları › İş №3(078)-157/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-157/2025

30.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-157/2025 30.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib edən şəxs X1 iştirakları ilə, xx.xx.1993-cü ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, subay, ali təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Şəhər Polis İdarəsi tərəfindən xx.xx.2025-ci ildə Naxçıvan Şəhər Məhkəməsinin icraatına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş ünvan 2 ünvanında qeydiyyatda olan, xx.xx.1993-cü il təvəllüdlü Şəxs barəsində tərtib olunmuş İXР seriyali, ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material daxil olmuşdur. İş materiallarına xx.xx.2025-ci il tarixdə Naxçıvan ŞPİ DYPB-nin YPX İnspektoru, polis serjantı Məmmədli Hüseyn tərəfindən Şəxs izahatı alınaraq əlavə edilmişdir. Materiala əlavə edilmiş X3 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 02:33-da “Mercedes benz s350” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulan hala yol vermişdir. İş materiallarına foto və video görüntülər əlavə edilmişdir. Şəxs əməli inzibati məsuliyyət yaradır və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aparılan şəxs Şəxs izahatında X2 onun işçisi olduğunu, onun müştərini evə apardığını, 2 ildir ki, bir yerdə işlədiyini, Raul ayıq sürücü kimi apardığını, yaşıl işıq yananda polis işçisinin ona işıq verdiyini, işçini düşürdüyünü, qayıdanda polis əməkdaşını görüb maşını saxladığını, polis işçisinin ona yarış etdiklərini dediyini, yarış keçirmədiklərini, sürətli sürmədiyini, əvvəl sərxoş halda saxlandığını, Yeni Naxçıvan tərəfində necə sürətli sürə biləcəyini, onun saxlanılmasına səbəb polis rəisi ilə sözləri olduğunu, məhkəməyə çıxdığını, 5 bal ilə 400 manat cərimə olunduğunu, əvvəlkində təqsiri olduğunu, amma indi təqsirinin olmadığını, onunla qərəzli olduqlarını, polis işçilərinin qəsdən maşını hər dəfə saxladığını, maşın içəri aparılanda onadan pul tələb etdiklərini, onun işi məhkəməyə yazıb verin dediyini, yarış keçirmədiklərini bildirmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs qismində dindirilmiş X3 izahatında nəqliyyat vasitəsinin səsinə döndüklərini, Kanal35 tərəfdə olduqlarını, yaşıl işıq yanında sürməyə başladıqlarını, onların işiq verdiklərini, 560 sürüb getdiyini, 045 saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında gecə saat 3-ün yarısı olduğunu, yüksək səs gəldiyini, onlara yaxınlaşanda yaşıl işığda dayandıqlarını, sonra sürməyə başladıqlarını, sonra onları saxladıqlarını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsinə görə aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündün bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatını, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilir. İş üzrə inzibati xəta törətmiş şəxsin, protokol tərtib edən şəxsin və şahin izahatı ilə yanaşı həmin vaxt kamera görüntüləri də təqdim edilmiş, hər iki maşının surət yarışı həyata keçirməsi təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Tənbeh məsələsinə gəldikdə hesab edirəm ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, xarekterini, işin halını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 1(bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar