Məhkəmə qərarları › İş №3(078)-158/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-158/2022

16.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-158/2022 16.12.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1988-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, 2 uşaq atası, fərdi işlə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdim: Abşeron Rayon Məhkəməsinin 2(012)-460/2020 nömrəli, 13 yanvar 2020-ci il tarixli icra vərəqəsinə əsasən, 02 iyul 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Şəxs hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi, alimentin tutulmasının əvvəlinin 18 noyabr 2019-cu il tarixdən hesablanması və Şəxs 30 manat dövlət rüsumunun əvəzinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. İş üzrə icraata 10 fevral 2020-ci il tarixdə başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, 660 (altı yüz altmış) manat borcu yaranmış, beləliklə, Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətdiyini etiraf edərək, ona daha əvvəl yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq yaranmış 660 (altı yüz altmış) manat məbləğində borcunu ödəmədiyini bildirmiş, buna səbəb kimi hazırda heç bir yerdə işləməməsini,iş tapa bilməməsini, hazırda yeni ailəsi ilə anasının yanında yaşadığını, uşağının bir yaşında olduğunu, anasının köməkliyi ilə qaldıqlarını, maddi vəziyyətinin aşağı olmasını, hazırda iş olmadığından borcunu ödəyə bilmədiyini göstərmişdir. Şəxs əməlindən çox peşman olduğunu, mümkün qədər tez müddət ərzində iş tapıb borcunu ödəməyə başlayacağını bildirmiş və ona yüngül tənbeh verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş: 13 yanvar 2020-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-460/2020 nömrəli, 13 yanvar 2020-ci il tarixli qətnaməsi ilə, 02 iyul 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Şəxs hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi, alimentin tutulmasının əvvəlinin 18 noyabr 2019-cu il tarixdən hesablanması və Şəxs 30 manat dövlət rüsumunun əvəzinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 10 fevral 2020-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 10 fevral 2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişi verilmişdir. 29 noyabr, 30 noyabr, 02 dekabr və 15 dekabr 2022-ci il tarixli iltizamların surətinə əsasən, Şəxs yaranmış aliment borcunu ödəmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə bildirilmişdir. 02 dekabr, 07 dekabr və 15 dekabr 2022-ci il tarixli yazılı xəbərdarlıqların surətinə əsasən, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs gələcəkdə borcun ödənilməməsinə görə qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini nəzərə alaraq, onun barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin.

2. İnzibati həbsin əvvəli 16 dekabr 2022-ci il tarixdən hesablansın.

3. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun.

4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar