Məhkəmə qərarları › İş №3(078)-158/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-158/2023

15.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-158/2023 15.04.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Naxçıvan Şəhər Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: xx xxxx 1963-cü il tarixdə Şərur rayonu, Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, 3 uşaq atası, orta ixtisas təhsilli, müvəqqəti işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, Sədərək rayonu, Dəmirçi kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, vətəndaş Şəxs 15 aprel 2023-cü il tarixdə 20-ci məhəllədə yerləşən Cahan bazarının istirahət parkında bazarın mühafizəçiləri ilə mübahisə etmiş, polis əməkdaşı yaxınlaşaraq mübahisənin səbəbini soruşmuş, mühafizənin əməkdaşları “vətəndaş parkın içərisində qanunsuz olaraq küçə ticarəti ilə məşğul olur, bizdə burada satış etməməsini bildiririk, ama tabe olmur” demiş, polis əməkdaşı da bu barədə manqa komandiri polis baş serjantı Elmar Babayevə məlumat vermiş, həmin yerə dəvət etmiş, az keçmədən manqa komandiri polis baş serjantı Elmar Babayev və avtopatrulun sürücüsü polis baş serjantı Natiq Heydərov həmin yerə gəlmiş, vətəndaşı Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etmişlər, ama vətəndaş onlara nalayiq söyüşlər söyərək üzlərinə tüpürmüş, onlar da vətəndaşı avtopatrula mindirərkən avtopatrulun arxasında olan qoruyucu setqaya (reşotkaya) başını vurmuş, alnı qanamış, polis əməkdaşları avtopatrulla Şəxs Naxçıvan Şəhər Polis İdarəsinə gətirmiş və növbətçiyə təhvil vermişlər, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, bazarda satış üçün ona yer verilmədiyindən 15 aprel 2023-cü il tarixdə 20-ci məhəllədə yerləşən Cahan bazarının istirahət parkında bazarın mühafizəçiləri ilə mübahisə etdiyini, sonra polis əməkdaşlarının gəldiyini, onu nizam-intizama dəvət etdiklərini, lakin əsəbi olduğundan onlarla mübahisə etdiyini, etdiyi əmələ görə peşman olduğunu, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat verən X2, xidmətdə olduğu müddətdə bir nəfər şəxsin qadağan olunmuş ərazidə meyvə satdığını gördükdə ona burda meyvə satmaq olmaz deyə iradını bildirdiyini, oradan uzaqlaşdığını, başqa qadağan olunmuş əraziyə gəldiyini, yenə irad bildirdiyini, uca səslə onu və polis əməkdaşlarını pis söyüşlərlə təhqir etməyə başladığını, əlavə polis əməkdaşlarının da gəldiyini, onu Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etdiklərini, onlara hücum çəkdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində izahat verən X3, vətəndaşın Cahan ticarət mərkəzində aid olmayan ərazidə araba ilə tərəzi qoyaraq meyvə satdığını, ona yaxınlaşdığını, əməlinin qanunsuz olduğunu dediyini, onu xəbərdar etdiyini, dəfələrlə deməyinə baxmayaraq nalayiq ifadələr işlətdiyini, manqa komandiri Elmar Babayevə məruzə etdiyini, ona yaxınlaşdıqda isə manqa komandirinə tüpürərək nalayiq ifadələr işlətdiyini, onu Naxçıvan Şəhər Polis İdarəsinə gətirdiklərini, onun özünə xəsarət yetirdiyini, onlara böhtan atmağa başladığını bildirdi. Məhkəmə iclasında şahid qismində izahat verən X5, 15 aprel 2023-cü il tarixdə xidmətdə olarkən Rəşad Axundovun zəng edərək 1 nəfər vətəndaşın qanuni göstərişlərinə tabe olmadığını, təhqiramiz ifadələr işlətdiyini bildirdiyini, dərhal Cahan ticarət mərkəzinin arxa qapısına yaxınlaşdıqlarını, manqa komandiri Elmar Babayevin vətəndaşa yaxınlaşaraq əməlinin qanunsuz olduğunu bildirdiyini, dəfələrlə izah etməklərinə baxmayaraq uca səslə təhqiramiz ifadələr işlətdiyini, vətəndaşların narazılığını gördükdə onu Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etdiklərini, qəti şəkildə tabe olmadığını, maşına mindirən zaman müqavimət göstərdiyini, onun sinəsinə təpik vurulduğu barədə şər-böhtan tipli danışdığını bildirdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs 15 aprel 2023-cü il tarixdə 20-ci məhəllədə yerləşən Cahan bazarının istirahət parkında bazarın mühafizəçiləri ilə mübahisə etmiş, polis əməkdaşı yaxınlaşaraq mübahisənin səbəbini soruşmuş, mühafizənin əməkdaşları “vətəndaş parkın içərisində qanunsuz olaraq küçə ticarəti ilə məşğul olur, bizdə burada satış etməməsini bildiririk, ama tabe olmur” demiş, polis əməkdaşı da bu barədə manqa komandiri polis baş serjantı Elmar Babayevə məlumat vermiş, həmin yerə dəvət etmiş, az keçmədən manqa komandiri polis baş serjantı Elmar Babayev və avtopatrulun sürücüsü polis baş serjantı Natiq Heydərov həmin yerə gəlmiş, vətəndaşı Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etmişlər, ama vətəndaş onlara nalayiq söyüşlər söyərək üzlərinə tüpürmüş, onlar da vətəndaşı avtopatrula mindirərkən avtopatrulun arxasında olan qoruyucu setqaya (reşotkaya) başını vurmuş, alnı qanamış, polis əməkdaşları avtopatrulla Şəxs Naxçıvan Şəhər Polis İdarəsinə gətirmiş və növbətçiyə təhvil vermişlər və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsi tərəfindən 15 aprel 2023-cü il tarixdə verilmiş 19 nömrəli arayışa əsasən, Şəxs həmin tarixdə müayinədən keçirilmiş və ona “praktiki sağlam” diaqnozu qoyulmuşdur. 15 aprel 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 15 aprel 2023-cü il tarixdə, saat 12:45–də inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi etirafı və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal, icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 150 (yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın sürəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar